PDF Oxu

Müxalifət

  • 17

Müxalifətin yeni birliyi - “İctimai psixozlar palatası” və ya Əlikram Hümbətovun bugünkü varisləri

Müxalifətin yeni birliyi - “İctimai psixozlar palatası” və ya Əlikram Hümbətovun bugünkü varisləri
Müxalifətin ağlasığmaz ideyalarının mahiyyətini soruşanda adam dəli olur. Sən demə, müxalifət Azərbaycanda öz hökumətlərini, parlamentlərini yaratmaq, bir sözlə, özlərinə qondarma dövlət qurmaq arzusundadır. Yəqin ki, müxalifətdə nazirliklər, komitələr, idarələr kəşf eləmək ideyası da var. Vallah, bunlar dəli olub. Dünən müxalifət partiyaları Müsavat başqanı İsa Qəmbərovun başçılığı ilə iclas keçirib və ictimai palata yaradıblar. İclasda bədbəxt radikallar, gündə birinin quyruğunda bulanan müstəqil namizədlər, zatı bilinməz QHT-lər və başqa adamlar iştirak edib. 9 nəfərdən ibarət şura yaradıblar. Ağsaqqallar demişkən, doqquzu birinə, biri də doqquzuna dəyməz. İclasın "lider"ləri qərara gəliblər ki, ictimai palata yaradaq. Bu ideyanın müəllifi də İ.Qəmbərovdur. İclasda qəbul olunan 1 saylı protokola AMİP, "KXCP", AXCP, AXP imza atıblar. Maraqlıdır, P.Hüseynov bu protokola nə üçün imza atıb? Axı onun "Xalq Parlamenti" ideyasını İ.Qəmbərov lağa qoyaraq istehza etmişdi. Sonra isə "senat" məsələsini ortaya ataraq özündən Amerika kəşf eləmək istəmişdi. İştaha bax a! Ə.Kərimov deyirmiş ki, parlamentdən iyrənirəm. Atalar gözəl deyib, pişiyin əli ətə çatmayanda, deyir ki, iylənib. Məni qınamayın, Allah-Təala atalar sözlərini və lətifələri bizim müxalifət üçün yaratmışdır. Həqiqət budur ki, İ.Qəmbərov və Ə.Kərimov Əlikram Hümbətovun yolunu davam etdirirlər. Vaxtilə Ə.Hümbətov "Talış-Muğan Respublikası" yaratmaq istədi. Yenə də "bəy"lərin dövründə bu hadisənin əsası qoyulmuşdu. Azərbaycanda qondarma respublika yaratmaq istəyi onun ürəyində qaldı. İndi isə onun "sədaqətli" varisləri İ.Qəmbərov və Ə.Kərimov da qondarma hökumət qurmaq istəyirlər. Bu, artıq cinayətdir. Onlar, yəqin ki, "konstitusiya" da yaradacaqlar və artıq buna qərar veriblər. Belə çıxır ki, müxalifətçilər öz qanunları ilə oturub-duracaqlar, Azərbaycan Respublikasının qanunlarına riayət etməyəcəklər. Onsuz da onlar heç vaxt qanunauyğun addımlar atmayıblar. Gecə-gündüz xalq demoekratiyasından danışan müxalifətçilərə bir sualım var: Siz "hökumət", "parlament" yaratmaq ideyanıza xalqın rəyini öyrəndinizmi? Sizcə, xalq buna nə deyər? Hesab edirəm ki, bu addım açıq-aşkar xalqı bölmək, insanları təxribata çəkməkdir. Bu isə Cinayət Məcəlləsində müvafiq maddə ilə nəzərdə tutulur. Milli maraqlarımızı ermənilərə satan, xəyanətkarlar yetişdirən müxalifət partiyaları Azərbaycandakı demokratik şəraitdən sui-istifadə edir, şəxsi mənafelərini milli maraqalarımızdan üstün tuturlar. Əgər onların qarşısı alınmasa, daha betər satqınlıqlar edəcəklər. Bir söz demək istəyirəm, inanmayanlar özləri bilər, heç inanmasın. Əgər müxalifətçilər ağıllarına gələnləri eləsələr, ermənilər onları tanıyan, rəvac və dəstək verən birinci qüvvələr olacaq. Əgər Ə.Kərimov bambılı kimi ortaya düşüb desə ki, Azərbaycanda "hökumət" yaratmışıq, ermənilər bəlkə də onların səsini ATƏT-də də eşitmək istədiklərini bildirəcəklər. Amma heç kəs uşaq deyil, ikincisi də ki, Azərbaycan İsa və Əli "bəy"lərin yıxa biləcəyi qədər zəif dövlət deyil. Azərbaycan dünyada söz sahiblərindəndir. Deyilənə görə, müxalifətin sərsəm "hökumət"lərində təmsil olunan "siyasətçi"lərin, daha doğrusu, "qaşqaldaq"ların adı da məlumdur. Məsələn, Arif Hacıyev "aparat rəhbəri" olacaq. Onun dədəsinin kim olduğunu bilmirəm, amma deyəsən, "fotoaparatçı" olub. Ona görə də Arif əkənin "aparat" sözündən yaman xoşu gəlir. Ə.Kərimov "vitse-lider", İ.Qəmbərov isə "lider" olacaq. Tüpürüm belə liderliyə də, rəhbərliyə də. Amma bunlar da haqsızlıq edirlər. Gərək Hafiz Hacıyevə "vəzifə" verələr. Az-çox kişinin "xidmətləri" var. Heç olmasa, onu yenə də balıq idarəsi yaradıb ora müdir, daha doğrusu, "baş qambuzik" qoyasınız. Yoxsa sizdən inciyərəm. Nə isə, bu, bir az satirik oldu. Amma neyləyək, Allah şeytana, çaşdım e, İ.Qəmbərova lənət eləsin.

Digər xəbərlər