Əvəz Temirxan İsa Qəmbərovu "tamada" adlandırdı
Proqnozlarımız özünü doğrultdu. Yazmışdım ki, Əli Əliyevdən sonra ALP sədri Əvəz Temirxan da İsa Qəmbərovun səriştəsizliyindən, satqınlığından danışıb onu qınayacaq. Əvəz Temirxan İsa Qəmbərovun müxalifətin birliyi, inteqrasiyası çağırışlarını "toydan sonra nağara", onun özünü isə "tamada" adlandırdı. Əvəz Temirxan bar-bar bağırdı ki, İsa Qəmbərov Müsavatı mənimsəyib və bütün müxalifəti də mənimsəmək istəyir. O, AXCP (i)-Müsavat birliyini "gərəksiz birlik" adlandırdı.
Əvəz Temirxanla bütün bu məsələlərdə razıyam. İsa Qəmbərovun radikallarla ermənilər arasında "yeganə" rolunu oynadığını bilirdim, "tamada" olduğunu da indi bildim. İsa "bəy" Azərbaycanını demokratiya tarixi ilə bağlı nə varsa hamısını öz adına çıxır. O danışanda elə danışır ki, elə bil atası (rus agenti desək, daha doğru, olar) M.Ə.Rəsulzadə ilə "qardaş" olub. Ə.Elçibəyin ən zəhləsi gedən adamlardan biri İsa Qəmbərov idi. İsa "bəy" indi Elçibəyi sitayiş obyektinə çevirmək istəyir. Bunu da ona görə edir ki, xəstə tərəfdaşları ona da sitayiş etsinlər. Müsavatda hamı ondan üz çevirir. Təsəvvür edin ki, Müsavatda elə insanlar var ki, 15-20 ildir Müsavata təmannasız olaraq xidmət edir, İsa Qəmbərovun "başqan"lığını qoruyur və canla-başla fəaliyyət göstərir. Amma İsa Qəmbərov bu gün onları şərəfsizlikdə suçladı. Dekabrın 26-da Müsavatın iclasında İsa "bəy" Arif Hacıyevin "suka"lığına inanaraq, Müsavatdan istefa verənlərin hamısına əqidəsiz dedi. Mən İsa "bəy"ə sual verirəm, müsavatçıların sənin dədənə borcu-zadı var? Axı quyruq kimi sənə nə qədər yapışmalıdırlar? Özün kef edirsən, milyonlarla oynayırsan. Onları isə bir tikə çörəyə möhtac eləmisən. Bu, sənin satqınlığının nəticəsidir. İndi Adil Qeybulla da, Qabil Hüseynli də başa düşür ki, sən satqınsan. Ona görə də o biriləri kimi istefa verməyə hazırlaşırlar. A.Qeybulla Müsavatın heç bir iclasına getmir və düz də edir.
İsa "bəy" Nüşabə Sadıqlını heç vaxt yaxınına buraxmayıb, ona etibar etməyib və onu adam yerinə qoymayıb. İndi isə Nüşabə Sadıqlını Adil Qeybullanın ayağına minnətçi düşürüb və onları bir-birinə qırdırır. Müsavat başqanının müavini Qabil Hüseynli də İsa Qəmbərovun ruhi-psixoloji vəziyyətinin yerində olmadığını bəyan elədi. Çünki İsa "bəy" Müsavatın Məclis sədrliyinə, Divan üzvlüyünə keçirilən iclasda ancaq onu-bunu təhqir edib, partiyadaşlarının ünvanına qışqıra-qışqıra təhqirlər işlədib. İsa "bəy"in baxtı onda gətirib ki, həmin adamlar orda olmayıblar. Yəqin ki, Sülhəddin Əkbər orada olsaydı, stulu İsa Qəmbərovun başına çırpacaqdı. Son 10 ildə İsa Qəmbərov o qədər uğursuzluq görüb ki, artıq onun psixoloji vəziyyəti də normal deyil. Onun Müsavatın iclasındakı çıxışı ancaq dəliyə məxsusdur.
Göründüyü kimi İsa Qəmbərov təklənib, özü də haqlı olaraq. O, bütün müxalifət partiya sədrlərinə qarşı iyrənc kampaniya hazırladı, lakin axırda özü bunun qurbanı oldu. O, fikirləşməli idi ki, arvad kimi ona-buna torba tikəndə, axırda onun özünə torba tikəcəklər.
Qayıdım yenə də Əvəz Temirxanla İsa Qəmbərovun münasibətlərinə. Vaxtilə Lalə Hacıyevanın "agent"lik məsələsi ortaya çıxanda, bu işin başında İsa Qəmbərov dururdu. O, izi itirmək üçün Lalə Hacıyevaya qarşı kampaniyanı "Yeni Müsavat"da deyil, başqa bir qəzetdə apardı. Bunu Lalə Hacıyeva da, Əvəz Temirxan da çox gözəl bilir. Əvəz Temirxan ona qarşı həmişə radikal olub və İsa "bəy"ə açıq-aşkar nifrət edir. Məsələ bundadır ki, İsa "bəy" Əvəz Temirxanın Əli ilə Lalə Hacıyevanın ALP lideri statusunu sıfıra endirmək istədi. Bu, onun özünün yeganə "lider"lik statusunu formalaşdırmaq cəhdi idi. Bundan başqa, İsa Qəmbərov onsuz da heç bir sosial bazası olmayan ALP-nin bir sıra fəallarını Müsavata cəlb etmək istədi. Onun bu istəyini, daha doğrusu liberalçılara etdiyi təklifi Əvəz Temirxana çatdırdılar. Yəni İsa Qəmbərov bu qədər ucuz siyasət aparır. AXCP (i)-Müsavat bloku adı altında aparılan ən çirkin işlərin bir hissəsi də Əvəz Temirxanı əhatə edirdi. Əvəz Temirxan, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Əli Əliyev, Mirmahmud Fəttayev onun birbaşa hədəfləri idi. indi isə onların hər biri növbə ilə İsa Qəmbərovun əsil simasız simasını göstərirlər. Əvəz Temirxandan sonra İqbal Ağazadə onu rüsvay edəcək. Deyilənə görə, İqbal Ağazadə İsa Qəmbərov haqqında kifayət qədər şeylər bilir. Lakin bunları demək istəmir. İ.Ağazadə deyirmiş ki, mən özümü İ.Qəmbərovun yerinə qoymaq istəmirəm və ən azı millət vəkiliyəm.
İsa Qəmbərov artıq yararsızlığını başa düşdüyü üçün əsəb başına vurub. O, Arif Hacıyevdən başqa hamını şantajla qorxudur. Əgər A.Hacıyevlə onun arasında problem yaşansa, bu, artıq İsa "bəy"in sonu olacaq. Çünki İsa "bəy"in son illərdə etdiyi bütün cinayətləri, ikiüzlü "kişi"liyini, maxinasiyaları, Müsavatı hansı metodlarla və kimlərin əli ilə parçalamasını onun qədər bilən ikinci şəxs yoxdur. İsa "bəy" ondan həmişə ehtiyat edib. Müsavatda baş verən hadisələr onu göstərir ki, tezliklə onların da maraqları üst-üstə düşməyəcək və onlar arasında böyük qarşıdurma yaranacaq. Vəziyyət o həddə çatacaq ki, "Yeni Müsavat" partiyanın orqanı kimi deyil, başqa formada çap olunacaq. Arif Hacıyev qarşıdurma nəticəsində yeni partiya yaradacaq. Güman ki, bu partiyada Qabil Hüseynli də təmsil olunacaq. Arzu Səmədbəylinin Müsavatın növbəti qurultayına qədər Məclis sədri olması isə partiyadaxili taktikadır. Bu taktika Müsavatda baş verən istefaların qarşısını almaq üçün nəzərdə tutulub. Müsavatın Divan üzvləri, Məclis üzvləri bir-biriləri ilə it-pişik kimi didişirlər. Konkret olaraq, Müsavatda qruplaşmalar yaradılıb. Maraqlısı odur ki, bu qruplaşmaların heç biri İsa Qəmbərovdan razı deyil və ona qarşı, hələ ki, gizli mübarizə aparırlar.
İsa Qəmbərovun şərəfsiz adlandırdığı şəxslər ona cavablarını da göndəriblər. Hətta istefa verənlərdən biri onu "qeyrətsiz başqan" adlandırıb. İsa Qəmbərovun Məclis iclasındakı çıxışı Müsavatın dağılmasını və istefaları sürətləndirib. İclası yarımçıq tərk edənlər də olub. Onlar indiyə qədər də partiya ilə heç bir əlaqə saxlamırlar. Müsavatda bir neçə qarşıdurma yaranıb. İsa Qəmbərovun göstərişi ilə Adil Qeybullaya qarşı kampaniya aparılır. Təsadüfi deyil ki, N.Sadıqlı onu "siyasətçi" hesab eləmir. Halbuki bir müddət öncə, N.Sadıqlı Müsavatın tarixində onu ciddi siyasi fiqur adlandırırdı. Göründüyü kimi yaltaqlıq, ikiüzlülük, simasızlıq, şərəfsizlik müsavatçılara stimul verir.
Maraqlı məlumatlar əldə etmişik. Məlumat var ki, İsa Qəmbərov Azərbaycanı birdəfəlik tərk edə bilər. Bunu ondan asılı olduğu xarici qüvvələr tələb edirlər. Çünki İsa "bəy" onların bütün işlərini, özünün agentliyini deşifrə edib. Hazırda o, bu istiqamətdə işlər aparır. O, faktiki olaraq, tək qalıb. O, nəyisə gözləyir. Hətta onun xarici qüvvələr tərəfindən "qurban" ediləcəyi barədə də söz-söhbət var. Ona görə də canını qurtarıb, ölkədən qaçıb getmək istəyir.