PDF Oxu

Müxalifət

  • 12

Həyasızlıq tərənnümü

Həyasızlıq tərənnümü

Məlum olduğu kimi, Müsavat başqanı İsa Qəmbərov Azərbaycanın siyasi arenası daxilində hər zaman ölkə jurnalistikasına, media qurumlarına qarşı öz həyasız, qeyri-peşəkar və "şəxsi ambisiya" xarakterli  siyasətbazlığı ilə seçilmiş anormal tipdir. Onun, nəinki partiyasına yaxın olan qəzetlərə, hətta digər siyasi-ictimai mətbuat orqanlarına, tanınmış media qurumlarına  qarşı etikadan kənar, radikal mövqe nümayiş etdirməsi artıq adi hal almışdır.
İsa Qəmbərovun mətbuata, mediaya qarşı bu cür davranışları elə də uzaq tarixlərə söykənmir. Belə ki, yaxın keçmişdə-2003-cü ilin prezident seçkilərində onun "İsa Qəmbərov prezident" şüarı altında "Lider" telekanalının bir əməkdaşını Müsavat qərargahı qarşısında öz qoluzorlularına döydürərək qanına qəltan etdirməsi hər kəsin xatirindədir. Eyni zamanda, onun hələ AXC-Müsavat hakimiyyəti dövründə ölkə mətbuatına qarşı göstərdiyi əməlləri indi də fəaliyyət göstərən bir çox jurnalistlərin hafizəsindən silinməyib, əslində, Qəmbərovun yalnız media əməkdaşlarına qarşı deyil, ümumiyyətlə, Azərbaycan xalqına qarşı vəhşi münasibəti onun psixi cəhətdən hansı qrup "insanlığa" aid olduğunu açıq-aşkar sərgiləyir. Bu barədə istər qəzetimiz tərəfindən, istərsə də digər KİV-lər tərəfindən ictimaiyyətə kifayət qədər məlumatlar verilmişdir. Lakin məsələ yalnız bu müstəvi üzərində qurulmayıb, çünki İsa Qəmbərovun başqa şakəri də mövcuddur. Bu şakər onun timsalında özünü hamıdan "ağıllı", "tədbirli" və "bic" hesab etməsidir. Məsələ ondadır ki, bu yaramaz tip 2001-ci ildə "RUH" AJMK-nın "Jurnalistərin dostu" mükafatına layiq görülmüş şəxslərdən biridir və o, hazırda bu mükafatdan imtina etdiyini çərənləyir. Bu qeyri-normal hərəkəti ilə siyasətdə qarşılaşdığı biabırçı məğlubiyyətlərini, uğursuzluqlarını "kompensasiya" etməyə cəhd edən İ.Qəmbərov, əslində, cılızlığını, tənha siçovullar tək deşiyə (kim necə istəyirsə, elə başa düşsün - R.R.) sığınması ilə ört-basdır edir. Hələ, üstəlik, qırmızı-qırmızı açıqlama verir ki, 2001-ci ildə verilmiş mükafatı qaytara bilər. Digər məqam isə, ondan ibarətdir ki, bu hərəkətləri ilə İ.Qəmbərov öz partiyasındakı kimi KİV daxilində də hər hansı bir çaxnaşma yaradacağını düşünür. Amma unudur ki, onun partiyasına yaxın olan mətbuat orqanlarından fərqli olaraq, öz sözünü deyə bilmiş bütün media qurumları onun tək oyunbazların kələyinə getmir. Daha dəqiq desək, İ.Qəmbərov heç nəyə yaramayan bic xüsusiyyətləri ilə media qurumları arasında "polemika" və ya mübahisələr yaradacağını fikirləşir. Ancaq necə deyərlər, bu xına, o xınadan deyil.
İ.Qəmbərovun bir çox hallarda uğradığı məğlubiyyətlərin müxtəlif cür "kompensasiyalarla" ört-basdır edilməsi cəhdləri heç bir halda reallaşmamışdır. Məhz bu reallıq indi də baş verəcəkdir. Eyni zamanda, vurğulayaq ki, onun bu cəhdi bir bumeranq effekti kimi qayıdaraq, onun öz başında çatlayacaqdır. Bu qədər böyük jurnalist ordusu olan ölkənin media qurumlarına qarşı yönəldilmiş bu addımın nə ilə nəticələnəcəyini yatsa belə, yuxusunda görə bilməyən İ.Qəmbərov, əslində, jurnalist qələmindən çıxan mürəkkəblər burulğanında tarixin arxivinə gömüləcək.

P.S. Əslində, Qəmbərovun bu ada layiq olmaması çoxdanın həqiqətidir. Başqa həqiqət isə odur ki, bundan sonra jurnalistlərin dostu nominasiyasında bu cür murdar siyasətbazın adının hallanması da qəbuledilməzdir. Çünki onun aparıcı media qurumlarına, yazarlara qarşı bu cür alçaq davranışı, medianı siyasi intriqalar meydanına çevirməyə cəhdi bunu deməyə əsas verir. Eləcə də, bundan sonra  Müsavat başqanı jurnalistlərin dostu deyil, jurnalistlərin düşməni qismində siyasi səhnədən rədd olub gedəcəkdir.

Digər xəbərlər