Barəsində vaxtilə gedən külli sayda yazı və məqalələrdə (radikal müxalifət mətbuatında - R.R.) "xilaskar İsa" obrazında canlandırılan Müsavat başqanı İsa Qəmbərovun bu dəfə özünü xilas etmək cəhdləri ictimaiyyətdə istər-istəməz maraq doğurur. Və ictimaiyyətin ona olan bu qədər aşırı "marağı" Qəmbərovu xoflandırır.
Deyəndə ki, "soğan yeməmisən, için niyə göynəyir" və ya "od olmasa tüstü çıxmaz" məsəlini qarşısına etalon isbat kimi qoyanda, bu adam başlayır "nala-mıxa" döyəcləməyə. Axı Müsavat başqanı özünü nədən və kimdən xilas etməyə cəhd edir? Nəyə görə durub-durduğu yerdə, çoxmilyonlu teletamaşaçılar arasında (qarşısında - R.R) etiraf etdi ki, bəli mən "KQB" agentiyəm və mənim agentliyim bir neçə tərəflidir. Yəni "ŞPİON-am, özü də lap YEKƏSİNDƏN!".
Məlum məsələnin üzərindən bir aydan çox vaxt ötsə də, İsa Qəmbərovun telejurnalist Etibar Hüseynovla olan parlament seçkiləri öncəsi teledebatdı hələ də gündəmdədir. Yox, məsələ onda deyil ki, artıq Milli Məclisdə millət vəkili postunda əyləşmiş tanınmış telejurnalist Etibar Hüseynov Müsavat başqanını faktlar qarşısında, ən xırda detallarla yıxdı-sürüdü. Yəni yıxıb-sürüməyə qalsa, mətbuatda bir çox sözünü deyə bilən və düzgün istiqamətdə fəaliyyət göstərən jurnalist həmkarlarım İsa Qəmbərovu qələmlərinə dolayıb elədən-elə, belədən-belə sürüyüb. Əsas məsələ ondadır ki, məlum teledebatın vurhavur yerində söz demək imkanından faktiki mərhum olan Qəmbərov ali dövlət rəsmisindən tutmuş milli təhlükəsizlik naziri cənab Eldar Mahmudovadək bütün rəsmi şəxslər qarşısında yalvarış tipli ifadə işlədib. Xüsusilə, cənab Eldar Mahmudova etdiyi müraciətində "xahiş edirəm, sizinlə kimin danışdığına diqqət yetirəsiniz" kimi söz işlətməsi əvvəl-əvvəl onun haqqında geniş bilgiyə sahib ola bilməyənləri çaş-baş qoyub. Lakin barmaqlarını dişləyib, fikrə daldıqdan sonra ictimaiyyətə məlum olub ki, əşşi, bu, sən demə agentiymiş ki! Agent də nə agent...
SSRİ DTK-sına işləyən, xalqının canını, qanını düşmən qüvvələrə satan XAİN, SATILMIŞ AGENT! Primakovun rəhbərliyi altında Bakının baş planını "Alfa" və "Vımpel" cəza dəstələrinə ötürən xəyanətkar QƏMBƏROV. O Qəmbərov ki, "Xocalı soyqırımı bizim hakimiyyətə gəlməyimiz üçün şans idi və biz bu şansdan istifadə edərək, Mütəllibov iqtidarını devirdik, hakimiyyəti qazandıq" kəlməsini utanıb-qızarmadan, vicdan əzabı çəkmədən açıqladı. Belə də ki, bir vicdansızdan hansı vicdanı gözləyəsən axı?! Gah "Lisa", gah "Mramor" kod adları ilə murdar pullara satılmış bu "siyasi fahişə"dən nə pislik, nə xəyanət desən gözləmək mümkündür! Mümkündür ki, mümkündür!
Alnına möhür kimi vurulan 0579 saylı kod nömrəsi arxasında bu "stukaç"ın daha hansı əməlləri mövcuddur... Bu barədə də vaxtı çatanda danışacağıq. Amma yadımdan çıxmamış vurğulayım ki, onun öz ölkəsində agent işləmək arzusu ən axırıncı həyasızlıq tərənnümüdür. Vaxtilə öz ölkəsinə qarşı işləyən şpionun indi qeyri-adi təklifdə bulunması ya dəlilik, ya da blefdir...
Bir zamanlar İsa Qəmbərovun keçmişini araşdıran jurnalist həmkarlar daha bir yeniliyi üzə çıxarmışdılar. Bu yenilik indiki zamanda köhnə informasiya olsa belə, hər zaman aktuallığını qoruyub saxlayır. Çünki Qəmbərovun agentura şəbəkələri arasında var-gəl etməsinə səbəb onun dos-doğma atası-Yunis Qəmbərov olmuşdur. Necə deyərlər, agentlik-şpionluq məsələsi həm irsən, həm də şəxsi razılıq əsasında atadan balaya, Qəmbərovdan Qəmbərova, Yunisdən İsaya keçmişdir. Hələ SSRİ-nin bərk gedən vaxtlarında respublikadan respublikaya söz aparıb gətirən, DTK-nın "x" şöbəsində (burada ancaq belələri oturub-dururdu - R.R.) işləyən "Yurik" ya da "Yurka" adı altında kodlaşdırılmış Yunis Qəmbərov öz işi barəsində balaca İsaya "qəşəng-qəşəng", "maraqlı nağıllar" danışırdı. Yəqin o vaxtlar -gənc pioner Qəmbərov İsa öz-özünə düşünürdü ki, yekələndə, mən də atam kimi ŞPİON olacam: "Bəlkə də böyüdüyü kənddə-kəsəkdə öz həmyaşıdları ilə "dava-dava" oynayanda da öz "döyüşçü dostlarını" "düşmən" tərəfə satırdı. Neyləmək olar? Artıq gecdir. İsa Qəmbərov yetişkin, professional şpion, ikili agent kimi formalaşıb. Gördüyü hər şeyi, hər hadisəni, hər olayı şıppıltıyla ötürür o biri tərəfə.
Məhz belə-belə gəldi oldu partiya başqanı, sonra gəldi oldu prezidentin səlahiyyətlərini icra edən, sonra gəldi oldu parlament sədri, sonra təzədən oldu partiya başqanı, axırda da oldu...
Nə isə, bu barədə bayaq dediyim kimi sonra danışarıq. Əsas söhbət odur ki, bu cür ittihamlar qarşısında o susur. Susmaq isə razılıq əlamətidir. Bəlkə elə deyil "cənab ŞPİON QƏMBƏROV?"