PDF Oxu

Müxalifət

  • 13

Mandat, yoxsa "başqan"lıq

Mandat, yoxsa "başqan"lıq

Müsavatda baş verən proseslərə artıq bütün müxalifət rəhbərləri növbə ilə münasibət bildirir. Bu, onunla bağlıdır ki, müxalifət partiyaları sədrləri Müsavat başqanı İsa Qəmbərovun iyrənc siyasətini, özünəsitayiş sistemi yaratmaq cəhdini yavaş-yavaş başa düşürlər.
ADP sədri Sərdar Cəlaloğlu İsa Qəmbərovun əsil simasını az da olsa nümayiş etdirdi. Dedi ki, müxalifəti parçalayan birinci şəxs İ.Qəmbərovdur. İndi "VİP" sədri Ə.Əliyev hücuma keçib. Başqa cür desək, o, İ.Qəmbərovu "tülkülükdə" qınadı, "Azadlıq" blokunun dağılmasında əsas günahkar kimi onu göstərdi. Ortaya maraqlı məqamlar çıxdı. Əvvəla, məlum oldu ki, İ.Qəmbərov deputat olmaqdan ötrü partiya maraqlarını, ümummüxalifət maraqlarını satıbmış. O "Azadlıq" blokunu dağıtmaqla hakimiyyətə "yarımaq" istədi və özünü hakimiyyətə sırımaq üçün "başqan"lıq məsələsini də ortaya atdı. İsa "bəy" söz vermişdi ki, əgər deputat olsam, başqanlıqdan gedəcəm. O, bu mesajı verməklə müəyyən qüvvələrdən "mərhəmət" istədi. Lakin deputat mandatı ona qismət olmadı. Ona görə də İ.Qəmbərov hazırda gic-gic bəyanatlar verərək, deyir ki, "əgər mən başqanlıqdan getsəm, Müsavat partiyası dağılar". Onda belə çıxır ki, Müsavatda ondan başqa adam yoxdur. Bəs İsa "bəy" gecə-gündüz çərənləyirdi ki, guya Müsavat "lider" istehsal edir. Bax, burda deyiblər ki, "İsa kimi ağası gülüm olanın, başına külüm olar". O müxalifətdə özündən başqa, heç kimi "rəhbər" kimi görmür. Əslində, İsa "bəy"in deputat seçilmək istəməsində başqa məqsədləri var idi. Bu istiqamətdə bütün "resurs"larını da işə salmışdı. İsa "bəy" ona da razı idi ki, Müsavatdan bir nəfər də seçilsə, bu, özü olsun. Ortada çox maraqlı görünür. Yadınızdadırsa, İsa "bəy" 2005-ci il parlament seçkilərində deputat olmadan ötrü indiki qədər canfəşanlıq etmirdi. Bəs nə oldu ki, İsa "bəy" başqanlığı da deputatlığa qurban verməyə razı oldu. Bunun iki səbəbi var. Birincisi, xarici qüvvələrin İsa "bəy"ə verdiyi sifarişdir ki, nə olur-olsun, bu il deputat seçilməlisən və nəyi də qurban vermək lazımdırsa, etməlisən. Hətta İsa "bəy"i o qədər arxayın etmişdilər ki, bəyanat versin. İkincisi, İsa "bəy" müxtəlif yollarla Azərbaycan hakimiyyəti üçün müxalifəti parçalamaq yolunda "xidmət"lər göstərməyə çalışırdı. Çünki bu, onun 20 illik xislətidir. Axı ona kim etibar edər! Buna baxmayaraq, o, müxalifəti parçalamağa nail oldu, lakin özünün yeganə "lider" statusunu formalaşdıra bilmədi. Ə.Əliyev və S.Cəlaloğlu onu tənqid etdi. Növbədə Əvəz Temirxan, Mirmahmud Fəttayev və İqbal Ağazadə, Əli Kərimovla İsa Qəmbərov əvvəlki kimi bir-birilərinə qardaş demirlər. Təbii ki, sifarişlə qardaşlıq olmaz. Onlar arasında münasibətlər getdikcə daha da soyuyur və faktiki olaraq, Müsavat-AXCP (i) cütlüyü yoxdur. İsa "bəy"in çirkin işləri müxalifətdə ən çox Müsavatın ziyanına işlədi. Sülhəddin Əkbər, İbrahim İbrahimli, Sülhəddin Əkbər istefa verdi. Artıq Adil Qeybulla, İkram İsrafil, Nüşabə Sadıxlı, Almaz Məmmədova da istefa verməyə hazırlaşır. İ.Qəmbərov yenə də tüpürdüyünü yaladı. Demişdi ki, başqanlıqdan gedəcəm, amma getmədi. O özünə çox primitiv formada "imic" qazandıraraq, bəraət verir. Guya ki, İsa "bəy"in ünvanına xalq nümayəndələri məktub yazırlar ki, İsa "bəy" başqanlıqdan getməsin. Axı sən nə zibilsən ki, sənə də xalq məktub yazıb yalvara ki, ay İsa "bala" getmə. Gedirsən get, getmirsənsə, cəhənnəmə getmə. Daha xalqın adından istifadə etmək nəyə gərəkdir. Arif Hacıyevin əlinə mikrofon verib anqırdırsan ki, İsa "bəy" getsə batacağıq. Utanmadan xarici nümayəndəliklər, beynəlxalq təşkilatlar, xarici dövlətləri də rüsvay edib deyirsiniz ki, guya onlar da İsa "bəy"ə "dəstək" verir. Pahoo, işə bir bax! Belə çıxır ki, İsa başqanlıqdan getsə NATO, BMT, ATƏT dağılacaq, ABŞ strateji siyasətini dəyişəcək və dünyanın xəritəsində dəyişiklik olacaq. Vallah, bu "isavatçıların işi qalıb Allaha. Mən şübhə etmirəm ki, yəqin Barak Obama İsa Qəmbərov haqqında kitab yazacaq, onu təbliğ edəcək və onun bəşəriyyətə "lazım" olduğunu bəyan edəcək.
Bəli, ola bilər ki, İsa "bəy"ə xaricdən məktub gəlsin ki, başqanlıqdan getmə. Amma məsələ bu məktubun kim tərəfindən və necə göndərilməsindədir. İş o yerə çatıb ki, daha İsa "bəy" xarici qüvvələrlə əlaqəsini gizlətmir, ancaq "tapşırıq"ları yerinə yetirir. Bu tapşırıqlar Müsavatda adi partiya üzvlərini də qane etmir. Qəzetimizə daxil olan məlumatlara görə, gələn ilin yanvar-fevral aylarında Müsavatla AXCP (i) arasında münasibətlər o qədər pisləşəcək ki, hər iki partiyada kütləvi istefalar baş verəcək. Ə.Kərimovla İ.Qəmbərov əlbəyaxa da olacaqlar. O da məlumdur ki, vaxtilə onlar bir-birilərinə "agent" deyirdilər, bir-birilərini vətənə xəyanətdə suçlayırdılar. Bu gün isə qardaş olmaq istədilər, amma alınmadı. AXCP (i)-də İsa "bəy"dən ən zəhləsi gedən adam F.Qəhrəmanlıdır. O İsa "bəy"in əsil niyyətini bilir və bu barədə ondan heç də geridə qalmayan Ə.Kərimovla söhbət edir. Onlar bir-birilərindən xəbərsiz "plan"lar hazırlayırlar. Əslində, müxalifətdə baş verən bu qədər xoşagəlməz, ifrat dərəcədə düşük, komik vəziyyətin yaranmasının bir səbəbi var: o da ki, ümummüxalifətin "vahid lider" məsələsi. İş ondadır ki, müxalifətdə hamı özünü "lider" hesab eləyir və birinin sözü o birisinin boğazından keçmir. İsa "bəy" deyir ki, hamı məni seçməlidir, Əli "bəy" də deyir ki, İsa agentdir, düşməndir və yeganə "lider" varsa o da mənəm. Bu mənəm-mənəmlik "siyasətbazları"n partiyalarını əməlli-başlı bazara çevirib.
O da məlumdur ki, Müsavat rayon təşkilatlarının üzvləri (əgər onların rayon təşkilatları varsa, Allah İsa "bəy"ə lənət eləsin). Artıq partiyadan istefaya hazırlaşırlar. Lakin onlara mane olan qüvvələr var. Birbaşa İsa Qəmbərovun göstərişi ilə partiyadan çıxmaq istəyən şəxslərin istefa ərizələri rayon təşkilatlarında saxlanılır və guya partiya rəhbərliyinin bundan xəbəri yoxdur. Əslində isə, hər şeydən xəbərsiz elə sıravi bədbəxt üzvlərdir.

P.S. İsa "bəy", bir az geciksəydin, it də gedəcəkdi, ip də. Deputat olmadınız, başqanlıqdan da getsəydiniz, biabırçılıq olacaqdı. Düzdür, onsuz da biabırsınız. Bütün bunlara rəğmən səndən bir xahişim var. Nə edirsən et, amma o Arif Hacıyevə əl dəymə. Çünki fransızlar gözəl bir atalar sözü deyiblər: "Deyir ki, itin yanında it ona görə lazımdır ki, quyruğunu bulamağa səbəb olsun".

Digər xəbərlər