Mənim elə bir fikrim yoxdur ki, Rəsul Quliyevin qərəzli şəkildə pis günə düşdüyünü yazım. Rəsul Quliyev onsuz da, öz dili ilə desək, "bərbad gündədir". Bunu işıqlandırmaq isə ona görə lazımdır ki, onun xaricdə nə işlər gördüyünü bilməyənlər də bilsin.
Xarici mətbuat yazır ki, Rəsul Quliyev bu ilin noyabr ayının əvvəlində Meksikada tanınmış qumarbazlarla, qadın alveri ilə məşğul olan bandanın rəhbərləri ilə və mafioz qrupların başçıları ilə eyni ziyafətdə iştirak ediblər. Ziyafət mafioz qrupların növbəti "uğuru"nun şərəfinə keçirilirmiş. Qonaqlıqdan sonra onlar arasında "qumar oyunu" başlayıb. Nəticədə Rəsul Quliyev 10 milyon avro pul uduzub. Xarici mətbuat onu da yazır ki, Rəsul Quliyev uduzduqdan sonra opponentlərinə Azərbaycan dilində söyüş də söyüb. Lakin onu başa düşən olmayıb. O da qeyd olunur ki, məşğul olduğu biznesdə də vəziyyəti ağırdır. Belə ki, onun "SEA" Holdinqinə daxil olan şirkətlərdən bir neçəsi iflasa uğramaq üzrədir. Bu şirkətlər müxtəlif adlar altında əsasən erotik filmlərin çəkilməsinə, qadın alverinə, hotellərin tikintisinə sponsorluq edir. Bundan başqa Rəsul Quliyev müharibə olan ölkələrdə itkin düşən, ölən və yaralanan insanların orqanlarının alverləri ilə məşğul olan "orqan mafiyası" ilə işbirliyindədir.
Artıq onun biznesinə nəzarət olunur. Bu nəzarət həm dövlət, həm də xüsusi qruplar tərəfindən həyata keçirilir. Verilən məlumatlara əsasən, Rəsul Quliyev hansısa İtaliya mafiozunun malına "əl qoyub", ona görə də onu cəzalandırmaq planlaşdırılır. Artıq ona bir neçə yerdən zərbələr endirilib. İlk olaraq Meksikada qumarda Rəsul Quliyevlə qarşı-qarşıya super-qumarbaz oturdulub və nəticədə o qəsdən uduzdurulub. Onun balıq kürüsünün alveri ilə məşğul olan şirkətinə qarşı ciddi qadağa qoyulub. Hətta o da deyilir ki, R.Quliyevin özünün də xəbəri olmadan rəhbərlik etdiyi şirkətlərdə ciddi kadr dəyişiklikləri aparılıb. Məsələ ondadır ki, R.Quliyev bütün bu işləri təkbaşına görmür. Onun ortaqları da özü kimi doğma vətənlərindən qovulan cinayətkarlardır.
Vaxtilə Avropa mətbuatında, İnternet saytlarında Əli Kərimovla bağlı homoseksual məlumatların verilməsində R.Quliyevin rolu az deyildi. Həmin vaxt Ə.Kərimov onun Azərbaycandakı maraqlarını qorumaqdan yayındı və buna görə də, güclü şantajla rastlaşdı. Əli Kərimov isə haqqında yazılanların həqiqət olduğunu bildiyi üçün elə də, dərinə getmədi. Rəsul Quliyevin Avropanın bir sıra ölkələrində, xüsusilə, Fransa, Hollandiya və Danimarkada hər il onlarla parnoqrafik, seksual filmlərin çəkilişinə pul xərcləyir. Bu, onun əsas gəlir mənbələrindən biridir. Həmin ölkələrdə ona "fahişələr dostu" deyilir.
Rəsul Quliyevə 2010-cu ildə son beş ildə qazandığı qazanc qədər ziyan dəyib. O, hal-hazırda Fransadadır. Orada biznesini qorumaq üçün görüşlər keçirir. Məlum olduğu kimi, Rəsul Quliyev Azərbaycan Respublikasına qorxusundan gəlmir. Ona qarşı Cinayət Məcəlləsinin 4 maddəsilə cinayət işi qaldırılıb. Rəsul Quliyev Azərbaycandan qaçanda külli miqdarda pulla getmişdi. Neft Emal Zavodunun direktoru olarkən dövlət əmlakını çapıb talamışdı. O, ölkədən qaçanda təyyarə ilə tonlarla qara kürü qaçırmışdı. Lakin yolda tutulacağını bildiyi üçün qara kürünü dənizə tökmüşdü. Bu gün Rəsul Quliyevi Azərbaycanla bağlı heç bir yaxşı şey maraqlandırmır. O, bacardığı qədər Azərbaycanın əleyhinə iş aparır və pullarının bir hissəsini bu istiqamətdə xərcləyir. Ona ABŞ-da "maqnat", Avropada "fahişələr dostu", Azərbaycanda isə "vətən xaini" deyilir. Rəsul Quliyev kimi insanlara xarici dövlətlərdə də inam olmur. Sadəcə onlardan istifadə edirlər, onlar vasitəsilə iri inhisarçıların iyrənc siyasəti həyata keçirilir. Həmin iri inhisarçı qrupların maraqları təmin olunmadıqda isə, onlar dərhal vurulur, İnterpola təhvil verilir. Gec-tez Rəsul Quliyevi də bu aqibət gözləyir, artıq onun vurulması prosesinə başlanıb. Onun arxasında "dağ kimi dayanıb, yarpaq kimi əsən" qüvvələr, heç şübhəsiz, tez bir zamanda Rəsul Quliyevin taleyini "həll edəcəklər". Və məlum olacaq ki, Rəsul Quliyev təkcə Azərbaycanın düşməni deyil, həm də "bəşəri düşmən və cinayətkardır". Bu, həmişə belə olub. Vətəninə, millətinə qara yaxan, onunla açıqcasına düşmənçilik edən şəxslər gec, ya da tez biabırçı formada həbs olunur.
Əldə olunan digər bir məlumata əsasən, R.Quliyev xaricdə fəaliyyət göstərən bir sıra iş adamlarına "qarmaq" atmaq istəyir və onlarla birliyə can atır. Lakin Azərbaycanın xaricdə bizneslə məşğul olan elə qeyrətli oğulları var ki, onlar R.Quliyev kimi şərəfsizi heç vaxt yanlarına buraxmazlar. R.Quliyev azərbaycanlı iş adamları ilə yəhudi əsilli yaxın dostu Aqon adlı şəxs vasitəsilə əlaqədar qurmaq istəyir. Lakin bu cəhdlər həmişə səmərəsiz olub və bundan sonra da belə olacaq.
SAMİR FEYRUZOV
P.S. Mənim Rəsul "bəy"ə bir məsləhətim var. Oturub indidən fikirləşsin,materiallar toplasın, mövzular tapsın və indiyə qədər etdiyi cinayətləri sistemə salsın. Çünki Rəsul Quliyev gec-tez həbsxanaya yollanacaq və orada kitab yazmaq lazım olacaq. İnanıram ki, bu kitabı kim oxusa şərəfsizliyə, vətən xainliyinə gedən yolu beş barmağı kimi biləcək. Gözdə-qulaqda olun, az qalıb...