PDF Oxu

Müxalifət

  • 13

İsa Qəmbərovun “gücü”

İsa Qəmbərovun “gücü”

Radikal düşərgədə yaranacağı elan edilən növbəti "birlik" doğulmamış o dünyalıq oldu. Bəlli olduğu kimi, radikalların son ümidləri də həmin birlikdə idi ki, bunun da baş tutması məhz öz içlərindən əngəlləndi. Çəkdikləri əziyyətin boşa çıxmasına və öz "liderlərinə" inandıqlarına görə baş-gözlərinə vurub, peşman olanlar da sadə sıravilər oldu.
O sıravilər ki, hələ 2003-cü ilin prezident seçkilərində İsa Qəmbərovun "Qələbə"yə qədər siz gəlin, qələbəyə sizi mən aparacam" (burada o, "Qələbə" kinoteatrındakı mitinqləri nəzərdə tutur") vədinə inanaraq, "qələbə" yerinə "Bayıl"a yollandılar.
Bu dəfə isə yalana düçar olanlar yalnız sadəcə sıravilər deyil, partiya funksionerləri də oldu. Sonuncu parlament seçkisindən sonra AXCP (i) və Müsavat partiyası arasında "birlik" ideyasını önə sürən İ.Qəmbərov az müddət sonra "islahatçılar"ın qurultayında ideyasının reallaşmasına nail oldu. Hər iki partiya bir ad altında seçkiyə qatılmağa razılaşdı. Lakin növbəti dəfə ölümcül məğlubiyyət zərbəsi alan müsavtaçıbaşı seçkilərdən sonra bu günlərdə öz sözlərini, "ideyasını" dandı...
Hər iki halda - birləşməyi istəyənlər və istəməyənlər İ.Qəmbərovun ikiüzlülüyünə, riyakarlığına, hiyləsinə qarşı çıxaraq, istefalara start verdi. Artıq indi İ.Qəmbərov özünü "təmizə" çıxarmaqdan ötrü növbəti sərsəm fikirləri ilə düşərgədaşları qarşısında "vaveyla" deyir. Sən demə o, "Rəsulzadə-Elçibəy" yolunda olan siyasi təşkilatların birləşməsindən dəm vururmuş (?).
İ.Qəmbərov özünə yaxın bildiyi mətbuat səhifələrində deyir ki, hətta AXCP (i) və Müsavat partiyası arasında birlik olsa belə, heç nəyə nail ola bilməyəcəklər. Maraqlıdır, gündəmdə qalmaq xətrinə müsavatçıbaşının gah bu, gah da digər formada bir-birinə zidd fikirlər söyləməsi nəyə hesablanıb?

"Parçala və hökm sür"ün Qəmbərov "taktikası"
Uzunmüddətli müşahidələrimiz isbat edir ki, iqtidar uğrunda cüzi də olsa, qələbə əldə edə bilməyən başqan Qəmbərov öz əsəblərini dağıdıcılıq və "parçala, hökm sür" taktiki gedişləri ilə cilovlayır. 2005-ci ildəki parlament seçkilərində "Azadlıq" blokunda cəmləşən müttəfiqlərinə xəyanət edərək, parlametdə təmsil olunmağa üstünlük verən Qəmbərov seçkiləri "boykot" etməyəcəyini elan etdi. O, "Qarabağ və Respublika Uğrunda" hərəkat yaratdı. Builki seçkilərdən öncə isə müsavatçıbaşı adıçəkilən hərəkatı dağıdaraq məhv etdi. Üstəlik, sübutsuz-filansız hərəkatdakı partiyaları və onların sədrlərini guya "hakimiyyətə, MTN-ə işləməkdə" suçladı. (?!) Növbədə isə "Azadlıq" bloku idi...
Blokda təmsil olunan "Milli Birlik Hərəkatı"nın rəhbəri Lalə Hacıyevanı dolayı yollarla "KQB agenti" adlandıran İ.Qəmbərov adıçəkilən blokun digər təmsilçisi - "VİP" sədri Əli Əliyevi də unutmadı. Nəticədə "Azadlıq" blokunun kökünü dağıdan Qəmbərov eyni zamanda Əli Kərimovu da oradan uzaqlaşdırıldı və öz tərəfinə çəkdi. Bu "taktika"nın növbəti gedişləri isə ictimaiyyətə məlumdur. Eləcə də, "Azadlıq" blokunu dağıdaraq, AXCP (i) ilə birləşmək imkanlarını məhv etmək İ.Qəmbərovun ilk hiyləgərliyi deyildi.

Xronoloji baxış
radikalların gözü ilə
ALP-nin sədri Əvəz Temirxanın İsa Qəmbərov barəsində vaxtilə söylədikləri ifadələri xatırlamaq yerinə düşərdi. Xronoloji araşdırma kimi də qəbul edilə bilən ifadələrdən belə qənaətə gəlmək mümkündür: Müsavat başqanının bugünəqədərki fəaliyyəti müxalifətin maraqlarına zidd addımları kimi sıralanıb. Məsələn, Temirxan qeyd edir ki, İ.Qəmbərov "Rəsulzadə, Elçibəy"çinin məhz özünün olması dedikdə sırf yalan danışır: "İsa deyir ki, müxalifət cəbhəsində yalnız "elçibəyçi"lər birləşməlidir. Gəlin onun necə "elçibəyçi" olduğuna nəzər yetirək. 1992-ci ildə bir ay prezident vəzifəsini icra edəndə, Elçibəy hakimiyyətinin məmurlarının 80 faizini İsa Qəmbərov təyin etmişdi. Onların da əksəriyyətinin, nəinki dövlətin, heç özlərini də idarə etmək gücləri, bacarıqları və səriştələri yox idi. Son olaraq bütün bunlar Elçibəy hakimiyyətinin süqutuna səbəb oldu. Hələ bu, azmış kimi, o vaxtkı iqtidar öz yerini möhkəmlətməmiş, AXCP tərkibində Müsavat partiyasını yaradıb. Hakim partiyanın və komandanın parçalanmasına yol açan birbaşa İ.Qəmbərov deyilmi? Elçibəyin iqtidardan getməsində Qəmbərov-Elçibəy nifaqı əsas səbəb olmadımı? 1998-ci ildə "beşlər" çərçivəsində Elçibəyin prezidentliyinin vahid namizədliyinə imkan verməyərək, onun yolunu çarpaz xətlərlə kəsən Qəmbərov deyilmi? AXCP-ni parçalayan Qəmbərov deyilmi? Hətta keçmiş Müsavatçılardan bəziləri bütöv AXCP-nin parçalanmasında İ.Qəmbərovun şəxsən göstəriş verdiyini mənə deyiblər. "Yeni Müsavat" qəzetində Əbülfəz Elçibəy haqqında təhqiramiz ifadələr işlədən İ.Qəmbərov deyilmi? Rəhmətlik Elçibəyin "üç mərasimi" çıxmamış avqustun 24-də "Yeni Müsavat"da keçirilən rəy sorğusunda özünü "birinci" Əbülfəz bəyi "üçüncü" edən İsa deyildimi? "Demkonqres"i parçalayan Qəmbərov İsa deyildimi?"

Bu hələ harasıdır?!
Müsavat başqanının Azərbaycan xalqı qarşısında o qədər günahları var ki, sadalamaqla bitməz. Belə ki, Qəmbərov xəyanətkarının SSRİ xüsusi-xidmət orqanlarına agent kimi işləməsi arxivlərdə, mətbuatda öz təsdiqini tapmışdır. 1990-cı il 20 Yanvar hadisələrindən sonra o zamankı respublika DTK-sının sədri Vaqif Hüseynova Primakovun verdiyi göstərişdən, yəqin ki, ictimaiyyətin xəbəri var. Belə ki, bunu bilməyənlərə bir daha xatırladım ki, açılmış telefon stenoqramlarında Vaqif Hüseynovla Primakovun dialoqu təxminən belə olmuşdu:
V.H: - Yoldaş Primakov, İsa Qəmbərovun, Nemət Pənahovun və Etibar Məmmədovun həbsinə göstəriş vermişəm. Digər aktivistlər isə artıq əlimizdədir. Göstərişiniz nə olacaq?
Primakov: - O birilər barədə sonra danışarıq, Qəmbərovla isə işiniz olmasın. O, bizim uşaqdır...
Təbii ki, yuxarıda qeyd olunan fakt Qəmbərov agenturasının sonuncusu deyil. Çünki onun "kliçkaları", "kod adları", "kod nömrələri" də artıq deşifrə edilərək, ictimaiyyət kütləsinə təqdim edilib. Lakin Müsavat başqanı bir dəfə də olsun onu ifşa edənləri məhkəməyə vermədi. O, susdu və başqa gizli faktların da açılacağından ehtiyat etdi. Tarixə müraciət etsək, görərik ki, susmaq razılıq əlamətidir, qədim Roma hüququnda bu səslənmiş prakuratorlar (indiki - R.R.) tərəfindən verilirdi. İsa Qəmbərov da susur, susqunluğu ilə etiraf edir. Digər tərəfdən, Qəmbərov öz düşərgədaxili rəqiblərini İrana "işləməkdə" təqsirləndirir. Amma unudur ki, məşhur Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi beynəlxalq aləmə səs saldığı vaxtda o, bu kəmərin İrandan keçməsi üçün "paket" hazırlamışdı (?!).
Beləliklə, dağıda-dağıda, ətrafındakılara, xəyanət edə-edə, minbir oyundan çıxan müsavatbaşı Qəmbərov İsa nəticə etibarilə qarğış yiyəsinə çevrildi. Hələ bu, harasıdır? Qarşıda onu daha betər hadisələr gözləyir. Ona görə məsləhət budur ki, fürsəti əldən verməyib, hazırda can-başla xidmət göstərdiyi Ermənistanın xüsusi xidmət orqanlarına sığınıb öz adını, sifətini (sifətlərini. - R.R.), kodunu dəyişsin.

Digər xəbərlər