Mən bunu elə-belə, siyasi nostalgiyaya qapıldığım üçün yazmadım. Eyni zamanda, yeddi il yarım bundan öncə bir satqının törətdiyi xəyanətlərinin ifşa olunmasını da xatırlatmaq ehtiyacında deyiləm. Sadəcə, həmin "insanın" müxtəlif kod altında xalqına və dövlətinə qarşı casusluqlar etməsinin, Rusiyanın, Ermənistanın, və digər dövlətlərin xəfiyyələrinə, gizli kəşfiyyat orqanlarına cani-dildən xidmət göstərməsinin haralardan və kimdən qaynaqlandığını daha geniş formatda bildirmək istəyirəm.
Qeyd etmək istəyirəm deyəndə, bu "adamın" özü, əslində, hərəkətləri, davranışları və ağzından "quş buraxmaları" ilə hər şeyi etiraf edib. Qalır sadəcə onun etdiyi etirafları ətraflı araşdırmaq və geniş şəkildə ictimaiyyətin, oxucu kütləsinin nəzərinə çatdırmaq. Hər halda, bu mənim jurnalist borcum (xalqa həqiqətləri çatdırmaq.- R.R.) və jurnalist haqqımdır...
Haqqında danışdığım agent nə Skotland Yardın, nə də MKİ-nin sayılıb-seçilmiş, üzə çıxmış "Ceyms Bondu" deyil. Haqqında danışdığım agent nə "007", nə də ki, "009" da deyil. Haqqında danışdığım agent məhz 2003-cü ildə ifşa olunmuş, Müsavat partiyasının başqanı, ölkədə dəfələrlə daxili sabitliyi pozmağa cəhd edən, 2003-cü il 15-16 oktyabr iğtişaşlarının təkanvericisi, 2005-ci il 26 noyabrdakı qarşıdurmanın təşkilatçısı, antiazərbaycan meyilli xarici qüvvələrin murdar pullarına SATILMIŞ "Mayor", "Lisa" kod adları altında fəaliyyət göstərən Müsavat başqanı İsa Qəmbərovdur. Digər maraqlı məqamlardan biri də odur ki, agent İ.Qəmbərovun əməlləri ifşa olunduqdan sonra, onun "0579" saylı kodu hələ də dəyişdirilməmiş qalır. Görünür, bu da onu "hay" ağalarının ictimai rəydə çaşqınlıq yaratmaq cəhdlərindən biridir. İndi isə keçək əsas məsələyə...
Parlament seçkilərindəki teledebatların birində AMİP lideri Etibar Məmmədovla polemikada olan Müsavat başqanı İ.Qəmbərov birdən-birə ictimaiyyətin gözləmədiyi bir vaxtda özünüifşa variantından istifadə etdi. Yəni onun anidən dövlətin ən ali rəsmisinə, səlahiyyətli dövlət və hökumət orqanları rəhbərlərinə, eləcə də, birbaşa milli təhlükəsizlik naziri, cənab Eldar Mahmudova müraciət edərək, "xahiş edirəm, sizinlə kimin danışdığına (özünü nəzərdə tutub-R.R.) diqqət ayırasınız" tipli səslənişləri hər şeyi öz həqiqətləri ilə ortaya qoyur. Eyni zamanda, agent İsa Qəmbərov bu ifadələri ilə, öz təbirincə, dövlətin və hakimiyyətin rəsmilərinə "agent" kimi işləməyi təklif edir (?!!).
Heç nə demirəm, yalnız onunla kifayətlənirəm ki, buna həyasızlıqdan başa heç bir ad vermək olmur! Sən agentdə sifətə bax ki, ömrü boyu antiazərbaycan meyilli qüvvələrlə "çaşka-loşka" olub qatı iş birliyində olasan, gedib Potstamda Erməni Ümummilli Hərkatının "Hnçak", daşnak lideri Aram Manukunyanla "saziş" imzalayıb dodaq-dodağa verib öpüşəsən, sonra da deyəsən ki, mən öz dövlətimin xeyirinə agent olmaq istəyirəm?! Hər halda, onun ikili, üçlü, beşli, hətta yeddili-səkkizli agent olması İsa Qəmbərovun HƏYASIZLIQ TƏRƏNNÜMÜDÜR! Mənə elə gəlir ki, ondan daha agent-magent çıxmaz. Çünki bir agentin "üzü neçə dəfə açılar?"
Qaldı o biri məsələyə, bu məsələ də agentliyin sələflik və xələflik məsələləridir. Xatırladım ki, onun sələfi, eyni zamanda, atası Yunis Qəmbərov da xüsusi agent statusu ilə "Yurik" və digər kod adları altında fəaliyyət göstərib. Onun da fəaliyyətində bir çox nöqsanlar baş verib. Həmin nöqsanların sonradan böyük problemlərlə nəticələnməsində də ikili, üçlü agenturalıq olub. Yəni burada İ.Qəmbərovun bir neçə qolda agent işləməsinin ab-havası istər genetik-bioloji, istərsə də, əqidəsizlik baxımından qandan, atasından keçib. Lakin bu, o demək deyil ki, sən də sələfin kimi ikitərəfli, çoxşaxəli agentura ilə məşğul olasan. Nə olardı ki, İ.Qəmbərov düşmən qüvvələr tərəfindən ona edilmiş təklifləri qəbul etməyəydi, yarımçıq qalmış aspiranturasını yekunlaşdırıb, "adam balası" kimi elmi fəaliyyətlə məşğul olardı. Amma o, bunu etmədi. Onu öz atası "Yurik" kimi "Mayor", "Lisa" olmaq daha çox maraqlandırırdı. Bax, beləcə İ.Qəmbərov oldu xəyanətkar İsa, satqın İsa, erməni xalqının qəhrəman övladı İsa və ən nəhayət, İsadan "İisus Xristosa" çevrilən İsa... Deyirəm bəlkə onun təzə kodu elə "İisus Xristosdur"? Hər halda, bunu da araşdıracam...