PDF Oxu

Müxalifət

  • 17

“Ümid” ümidsizlər yuvasına çevrilir

“Ümid” ümidsizlər yuvasına çevrilir
"Ümid" partiyasında günbəgün qızışan qarşıdurmalar, birinci növbədə, İqbal Ağazadənin səriştəsizliyini, idarəçilik qabiliyyətinin olmamasını və siyasi savadsızlığını ortaya çıxardı
Partiyadan birbaşa İ.Ağazadənin təzyiqləri ilə qovrulan sabiq birinci müavin Fuad Qocayev onunla bağlı maraqlı məlumatlar səsləndirib. O, ilk növbədə, İ.Ağazadə haqqında heç kəsin bilmədiyi məlumatları sızdırdı və ona mesaj verdi ki, əgər mənim partiyaya qayıtmağımı təmin etməsə, bütün faktları ictimaiyyətə açıqlayacam.
Məhz buna görədir ki, İ.Ağazadə törətdiyi zibillərin aşkara çıxmasından qorxaraq, F.Qocayevə yaltaqlanır. Bu, həm də onunla bağlıdır ki, "Ümid" partiyasında bu hadisədən sonra vəziyyət daha da qəlizləşib. Belə ki, artıq "Ümid" partiyasının rəhbərliyində təmsil olunanların əksəriyyəti F.Qocayevə dəstək verərək, İ.Ağazadəni yekəxana adlandırırlar. Onlar bildirirlər ki, İ.Ağazadə heç kəsin təklifini, mövqeyini dinləmir, hansısa dairələrin verdiyi tapşırıq əsasında tələsik qərarlar çıxarır.
"Ümid" partiyasının rəhbərliyindən sızan məlumatlara görə, İqbal Ağazadə rəhbərlik etdiyi partiyanın büdcəsini də dədə malı kimi xərcləyir və uzun müddətdir ki, məşğul olduğu "maşın alverinə" yönəldir.
Başqa bir tərəfdən, partiya funksionerləri İ.Ağazadəni yaltaqlıqda, əqidəsizlikdə qınayır. Onun əsil simasını Azərbaycan xalqı kimi partiya üzvləri də tanımırlar. Əvvəlcə F.Qocayevi qovdu, sonra başa düşdü ki, bütün çirkin əməllərin üstü açılacaq. Ona görə də F.Qocayevi dolayı yolla yenidən partiyaya dəvət etdi. O bildirdi ki, əgər F.Qocayev istəyərsə Mərkəzi-Təftiş Komissiyasına müraciət edə bilər. Bu, o deməkdir ki, "heç yerə getmə, məni biabır eləmə və qayıt gəl partiyaya". Lakin F.Qocayev tərəddüd içindədir. Çünki o bilmirdi ki, İ.Ağazadə ona yaltaqlanacaq, özü də belə tez.
Bu məsələdə İ.Ağazadə onu bir növ sınadı və əqidəsini yoxladı. Lakin göründüyü kimi, F.Qocayev dərhal ağzını açıb, gözünü yumdu. Yəni artıq bundan sonra F.Qocayev partiyaya qayıtsa da, ona inam olmayacaq və onun üçün də digərləri kimi heç bir perspektiv görünmür. Faktiki olaraq, cəmiyyət "Ümid" partiyasında heç kəsi tanımır, yalnız İ.Ağazadədən başqa. O da ki, başını itirmiş "siyasətçi" və "yeri səhv düşən adam" kimi, İ.Ağazadə beynəlxalq təşkilatlara, xarici nümayəndəliklərə Azərbaycanla bağlı ən çox dezinformasiyalar verən müxalifətçi sədrlərdəndir. O, dəfələrlə deputat mandatından istifadə edərək, Azərbaycan dövlətinə, millətinə böhtanlar yağdırıb. Düzdür, İ.Ağazadə tarixçidir. Amma başa düşmür ki, "Ümid" də digər müxalifət partiyaları kimi funksiyasız, fəaliyyətsiz və barmaqla sayılacaq qədər fəalı olan partiyadır.
O da məlumdur ki, "Ümid" sədri partiyasının yüzlərlə üzvü olduğunu deyir. Bəs bu üzvlər partiyaya necə qəbul olunub? Məsələn, İ.Ağazadənin yaxın bir qohumu tanışlarından şəxsiyyət vəsiqələrini alaraq, onların özlərinin də xəbəri olmadan partiyaya üzv edib. Qondarma sənədlər, imzalar partiyanın fəaliyyətini müəyyənləşdirə bilməz. Əgər İ.Ağazadə partiyasına könüllü qəbul olan bir nəfər gəncin adını çəksə, onda daha ona söz demərəm.
Yenidən qayıdaq o məsələyə ki, İ.Ağazadə partiyada mənəvi terrorla məşğul olur. Ona demək lazımdır ki, ay zalım oğlu, onsuz da "Ümid"in üzvləri bədbəxt olublar, daha sən niyə yazıqlardan əl çəkmirsən? Yoxsa sən də "Ümid"in içində bir dənə də müxalifət partiyası yaratmaq istəyirsən. Elə deyək, İsa "bəy" kimi. O Müsavatın içində daz başında olan tüklərin sayı qədər qruplaşmalar, partiyalar nə bilim, daha nələr yaradıb? Ona görə də İsa "bəy" özünü dünyanın "kişi" lideri, Əli Kərimov isə ən arsız "dəmir ledi" adlandırır.

Digər xəbərlər