PDF Oxu

Müxalifət

  • 18

Lalə Hacıyeva yenidən sədr olmaq istəyir

Lalə Hacıyeva yenidən sədr olmaq istəyir
Üzr istəmək, yaltaqlanmaq, hər iki ayağını bir başmağa soxmaq radikalların həyat tərzinə çevrilib. Müxalifət sədrləri arsız olub gediblər, gah sədr olurlar, gah da "lider". "Lider olmaq onlar üçün yuxu kimi bir şeydir.
Sən demə, Lalə Hacıyeva yatıb yuxuda görüb ki, "liderdir". Ona görə də sədrlikdən getmişdi. İndi başqa bir yuxu görüb ki, guya yenidən ALP-nin sədridir. Əvəz Temirxan da ki, onun yuxusunu çin edən deyil.
Məlumdur ki, məğlubiyyət girdabında sürünən, artıq on beş ildir seçkilərdə iştirak edərək, heç bir səs qazanmayan Lalə Hacıyevanın son vaxtlar işi-gücü məhkəmələrə gedib-gəlməkdir. O, bütün seçkilərdə uduzdu və artıq gərəksizliyini anlayıb partiya sədrliyindən getdi. Bu, Əvəz Temirxanın əsas arzusu idi, ona görə də, ALP-nin sədri oldu. Əvəz "bəy" sədr müavini olanda, bazarda göy-göyərti satan arvadlar kimi səsini başına atıb yetənə yetir, yetməyənə bir daş atırdı. Bəs indi niyə əvvəlki qədər qışqır-bağırla məşğul olmur? Çünki onun davası sədr olmaq üçün idi. Əvəz Temirxan Lalə Hacıyevanın aşağı olan nüfuzunu lap kökündən baltaladı, onu istefaya göndərdi. Dedi ki, daha sizin vaxtınız bitib. Bəs indi necə, Əvəz "bəy" hər şeydən razıdır? Qətiyyən yox. Ona görə ki, Lalə Hacıyeva yenidən ALP sədri olmaq istəyir. Əvəz Temirxanı kənarlaşdırmaq onun əsas fikridir. Əvvəla, Əvəz "bəy" sədr postundan getmək istəmir. Hətta Lalə Hacıyeva ona yenidən ALP-nin sədr müavini olmağı məsləhət görüb. Lalə Hacıyevanın yenidən sədr olmaq istəyi isə son vaxtlar müxalifət daxilində gedən proseslərlə bağlıdır. Onun bu arzusu birinci olaraq müxalifətə xarici təşkilatlar tərəfinən verilən "qrant"larla bağlıdır. O görür ki, son 4-5 ayda Müsavat, AXCP (i), "Ümid", ADP partiyaları külli miqdarda pul alır və partiya sədrləri kef edir. Bu pullar barədə eşidəndə, onun da ağzı sulanıb. Digər tərəfdən siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi gündəmdədir. Lalə Hacıyeva ümid edir ki, ALP də maliyyələşəcək və ona görə də yenidən sədr olması məsləhətdir. Bu məsələ artıq ALP-də çaxnaşma yaradıb. Partiyada nə Əvəz "bəy", nə də Lalə Hacıyevaya etimad edirlər. Bundan başqa, Əvəz "bəy" L.Hacıyeva ilə çox da dərinliyə getməyəcək. Artıq ona təkliflər var. Bu təkliflər ondan ibarətdir ki, Əvəz "bəy" də istefa versin və digər partiyalardan istefa verən funksionerlərlə birlikdə yeni partiyanın yaranmasında iştirak etsin. Məsələ bundadır ki, Əvəz Temirxan da Lalə Hacıyevanın məğlubiyyətlərlə dolu taleyini yaşadı, o da heç bir uğur qazana bilmədi. Ən əsası ALP-də bütün qarşıdurmaların başında pul, maliyyə mənbələri durur. ALP pulu, əsasən, Rusiyadan və Çində fəaliyyət göstərən müxtəlif "iş adamları"ndan alır. Məhz Əvəz "bəy" bu pullardan məhrum olmaq istəmir. Bu günə qədər o, Lalə Hacıyevaya "patent" verirdi. Amma L.Hacıyeva hələ də "31" markalı maşında gəzir. Bu, sadəcə, görüntü yaratmaq üçün edilir. İndi L.Hacıyevanın könlünə xarici markalar düşüb. ALP-də 5-10 nəfər adam qalıb, sıravi üzvlərin böyük qismi partiya sıralarını tərk etdi, başqa bir qismi isə ALP üzvü olsalar da, artıq bunu unudublar və öz iş-gücləri ilə məşğul olurlar. Eşitdiyimə görə, L.Hacıyeva həmişə Nizami Gəncəvidən sitat gətirərək, özü haqqında deyir ki, "aslanın erkəyi-dişiyi olmaz". Bax, bu L.Hacıyeva üçün utanılası şeydir. Axı sən nə etmisən ki, özünə "qadın aslan, dişi aslan" deyirsən?! Ömrün boyu dövlətimizə, millətimizə hədyanlar yağdırmısan. Camaata naz edirsən ki, səni deputat seçməyiblər. Lap əcəb eləyib seçməyiblər. Çünki 2005-ci ildə təsadüfən deputat oldun, amma seçicilərini saymadın və Milli Məclisə getmədin, mandatdan imtina etdin. Guya "demokratik" adamsan da... Bir də ki, ay Lalə "xanım", aslan elə erkəkdir ki, erkəkdir. Erkəyin başında "fata" olmaz və erkək ərə getməz. Əgər işlərinizi nəzərdə tutursunuzsa, o da zir-zibildən başqa bir şey deyil. Düzdür, özünə erkək aslan deyib ermənilərə ərə gedən "kişi" müxalifətçilərimiz də var. Bax, burada sizinlə razıyam. Hələ ki...

Digər xəbərlər