Qalmaqal kitabının yeni səhifəsi açılıb
Parlament seçkilərindən öncə uydurma fikirlərlə çıxış edərək, guya birləşdiklərini və seçkilərə bir blok şəklində qatıldıqlarını bildirən AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərov arasında dəhşətli qalmaqal başlayıb. Bu qalmaqalların ardı-arası onsuz da kəsilmək bilmir. Müxtəlif zamanlarda bir-birilərinə qarşı ən sərt şəkildə atmacalar atan bu iki partiyanın rəhbərləri seçkilərdən öncə bir çox yalan fikirlərlə çıxışlar etmələrinə baxmayaraq, tezliklə onların yalanlarının üstü açıldı. Məlumdur ki, onlar arasında heç vaxt sülh sazişi imzalanmayıb. Lakin son zamanlarda aralarındakı münaqişə daha sərt xarakter alıb.
Belə ki, "Yurd" şefi çıxışında qeyd edib ki, Müsavat partiyası ilə birlikdə, bir blok şəklində seçkilərə qatılmaq ən böyük ağılsızlıqdır. Həmçinin, Ə.Kərimov onu da bildirib ki, Müsavat partiyası siyasi nüfuzunu, gücünü tamamilə itirib və bu partiyanın rəhbəri İ.Qəmbərov da heç bir siyasi iradəyə sahib deyil və partiya üzvlərinin partiyanı tərk etmələri də Müsavatın dağılmasının sübutudur. Ə.Kərimov bu çıxışları ilə Müsavat partiyası və onun rəhbərliyinə qarşı açıq-aşkar düşmənçiliyini təsdiq edib.
Ə.Kərimovdan Müsavat partiyası və onun rəhbərliyinə qarşı deyilən bu sərt fikirlərə əks-tərəf öz cavabını ləngitməyib və İsa "bəy" də "Yurd" şefinə qarşı olan nifrətini açıq-aşkar bəyan etməyə başlayıb. Belə ki, İ.Qəmbərov bildirib ki, Ə.Kərimov hər zaman yalan danışır və bu yalanları ilə özünü gündəmdə saxlayır. Həmçinin, İ.Qəmbərov qeyd edib ki, AXCP (i) partiyasının yararsız və zəif fəaliyyəti zatən göz önündədir. Bu partiyanın sıradan çıxmasının səbəbkarı isə siyasi səriştəsi olmayan və siyasətdən tamamilə kənar olan partiya rəhbəri Ə.Kərimovdur.
Onu da qeyd edək ki, istər Ə.Kərimov, istərsə də İsa Qəmbərov siyasi səriştəsi, bacarığı, qabiliyyəti olmayan insanlardır. Bu insanlar müxalifət səhnəsində daim bir-birilərinə kin, nifrət bəsləməklə, həmçinin, ciddi münaqişələr yaratmaqla yadda qalıblar və onlar bu səmərəsiz fəaliyyətlərini bu gündə davam etdirirlər. Çünki bu insanlar yalnız öz mənafeləri uğrunda çalışırlar. Bu insanlara vətənin və millətin mənafeyi önəmli deyil. Onlar xalqın adından istifadə etməklə hansısa çirkin istəklərini, niyyətlərini həyata keçirmək fikrindədirlər. Lakin xalq buna imkan verməz. Son günlərdə açıq-aşkar şahidi oluruq ki, müxalifət düşərgəsinin namizədləri özləri özlərinə elə səviyyədə düşmən kəsiliblər ki, hətta hazırdılar ki, istənilən fürsətdən istifadə edərək, bir-birilərini məhv etsinlər. Bu dərəcədə kəskin mübarizə aparan insanların nə vaxtsa birləşəcəklərinə, bir blok şəklində hansısa seçkilərdə iştirak edəcəklərinə, böyük uğurlar qazanacaqlarına, hansısa naliyyətlərə imza atacaqlarına inanmaq qətiyyən mümkün deyil və bu sadaladıqlarımız qətiyyən reallaşmayacaq. Onu da qeyd etmək lazımdır ki, xalqın dəstəyini, inamını tamamilə itirən müxalifətçilər özlərinin növbəti çirkin niyyətlərini reallaşdırmaq naminə yeni bəhanələr, yalanlar uydurmaqla məşğul olurlar. Onlar parlament seçkilərinin qeyri-demokratik keçirilməsini iddia etməklə, əslində, özlərini gülünc vəziyyətə salmış olurlar. Bu gülünc vəziyyətin ardınca isə onlar bir-birilərinə düşmən kəsilməklə nüfuzlarını daha da itirdilər və özlərinə də sübut olundu ki, nə etdiklərini bilmirlər. Nə etdiyini bilməyən insan isə heç vaxt hansısa partiyanı idarə edə bilməz və belə insanlar siyasətdən tamamilə kənar insanlardırlar.
Sonda isə qeyd edək ki, müxalifət düşərgəsinin tezliklə siyasi səhnədən silinəcəklərinə səbəb olan amillərdən biri də onların bir-birilərinə düşmən kəsilmələridir.