Radikal müxalifət daxilində getdikcə qızışaraq alovlanan və nəticədə savaş həddinə çatan münasibətlər istər partiyalar arasında, istərsə də şəxsi müstəvidə özünün pik nöqtəsinə çatmaqdadır. Baş qaldırmış kəskin ziddiyyətlərin küləkləri güclü tufana çevrilərək, "kökü çürük ağacları" bir-bir dibindən qoparıb kənara atır. Birtəhər ayaq üstündə qalmağı bacaranlar isə, "başından qurumağa" başlayır
Şəxsi müstəvidə baş qaldıran çoxsaylı düşərgədaxili savaşlardan biri də ADP sədri Sərdar Cəlaloğlu ilə "Ümid" partiyasının sədri İqbal Ağazadə arasındadır. Onu da vurğulayım ki, müxalifət düşərgəsində təmsil olunduğu dövrlərdən bu günə kimi adıçəkilən iki şəxs arasında dəfələrlə qarşıdurmalar, söyüş və döyüşlə nəticələnmişdir. Həmin olaylara bənzər yeni hadisələrdən biri də qeyd olunan söyüş və döyüş taktikasının üzərinə əlavə olunmuşdur. Belə ki, hələ sonuncu parlament seçkilərindən öncə, S.Cəlaloğlu ilə İ.Ağazadə arasında maraqlı sövdələşmə olmuşdur. "Ümid" sədri ADP rəhbərinə təklifdə bulunaraq, bildirmişdir ki, əgər o, İ.Ağazadəyə parlament seçkilərində "elektorat", "maddi" və "texniki" dəstək verərsə, deputat seçilib mandat qazandığı andan onu yaxşı gəliri olan biznesə qoşacaq. Sözügedən biznesin mahiyyəti isə İ.Ağazadənin qardaşının avtomobil alqı-satqısı ilə bağlıdır. Yəni onun qardaşı ayda bir neçə dəfə Avropadan və Dubaydan ucuz qiymətə maşın alıb, ölkəyə gətirir və sonradan bazara çıxarıb, onları baha qiymətə satır. Əlbəttə ki, ölkədə qanunvericilik çərçivəsində edilən ticarətlər, sahibkarlıqla məşğul olmalar, biznes qurmalar qadağan olunmayıb və əksinə. Ona geniş, çoxşaxəli şəraitlər yaradılıb. Bu, öz yerində. Lakin söhbət İqbal bəyin Sərdar bəyi necə aldatmasından gedir. Daha dəqiq desəm, yuxarıda qeyd etdiyim məsələ ilə bağlı razılığa gələn hər iki partiya sədri "qollarını çırmayıb" işə başladılar. Sərdar Cəlaloğlu ona edilən bu təklifdən şirniklənib, ADP-yə və özünə məxsus bütün maddi-texniki və canlı imkanlardan istifadə edərək, özünü İqbal Ağazadə yolunda "şəhi" edir. "Ümid" sədrinin təbliğat-təşviqat kampaniyasının cani-dildən xidmət göstərən Sərdar bəy nə gecə bilir, nə də ki, gündüz.
O an yetişir. Səslər sayılır, faizlər hesablanır, axırda da bəlli olur ki, qutudan İqbal Ağazadənin, nəinki səsi, hətta ruhu belə çıxmır. Yəni "Ümid" sədri arxada qalan 5 illik parlament yaşamında bir millət vəkili olaraq öz seçiciləri qarşısında ümidləri doğrultmayıb və uduzub. Əslində, parlament seçkilərindən sonra bir-iki dəfə mətbuata çıxaraq, beş-üç kəlmə "demokratik prinsiplərə müdaxilə" adı altında dotasiyalarla çıxış etməsi də heç nəyə yaramadı. Yaramadığına görə də, susdu. Bu susqunluq isə ADP sədri S.Cəlaloğlunun heç xoşuna gəlmədi. İ.Ağazadəyə dəyən məğlubiyyət zərbəsinin birini də öz üzərində dadan Sərdar bəy bundan qeyzə gələrək, gedib yapışdı "Ümid" sədrinin yaxasından ki, bəs "mənim sənə xərclədiyim xərc-xəracatımın aqibəti nə oldu?!"
Düşdüyü çətin vəziyyətdən çıxış yolu tapa bilməyən İqbal bəy isə ADP sədrinə bildirib ki, onu mütləq söz verdiyi işlərə qoşmaqla yanaşı, borcunu da qaytaracaq. Fəqət, Sərdar bəy İqbalın daha öncələr də düşərgə daxilində fırıldaq işlərlə məşğul olmasını əlində əsas gətirib, ona çəkdiyi xərci dərhal geri istədi. Bir sözlə, o deyib, bu deyib, axırda məsələ əlbəyaxa döyüşə və davaya qədər gedib çıxıb. Onları bir-birindən birtəhər, zor gücü ilə ayırmağa müvəffəq olan sıravi partiyadaşları yağlı-yağlı söyüşlərə qulaq asmaq lşərəfinə" də nail olublar. Hətta iş o yerə çatıb ki, "Ümid" partiyasının müavinlik postundan tutmuş , digər funksionerləri, o cümlədən, sıraviləri də İ.Ağazadənin bu hərəkətlərindən bezar olduqlarını və belə davam edərsə, partiyadan gedəcəklərini bəyan ediblər.
Baş verən sözügedən hadisənin fonunda İ.Ağazadə hər kəsin qarşısında yaxın günlərdə S.Cəlaloğlu ilə haqq-hesabı lçürüdəcəyini" bildirib, borclarını qaytaracağını vəd edib. Ancaq vaxt-vədə çatdıqda, "Ümid" sədrinin mobil telefonuna zəng çatmır. Bir sözlə, hər şey yenidən başlayır.
İstər şəxsi, istərsə də kütləvi və ya partiyadaxili müstəvidə cərəyan
edən bu tipli hadisələrdən belə qənaətə gəlmək olar ki, adıçəkilən lsiyasi" tiplərin hər vəchlə özlərini siyasi arenada ayaqda saxlamaq çabaları heç bir məntiq və mənaya sığmır. Bütün hallarda, özlərini, sözün əsil mənasında, el içində xar edən bu adamların heç nədə - nə siyasətdə, nə elmdə, nə mədəniyyətdə, nə də TİCARƏTDƏ savadları, səriştələri yoxdur. Çünki onlar yalançı, boşboğaz və qarabəxt yazıqlardılar.
P.S. Allah Üzeyir bəyə rəhmət eləsin...
Bu gün Sərdar Cəlaloğlu İqbal Ağazadəyə deyir: "Sənin deputatlığın cəhənnəmə, bəs mənim maddi-texniki bazam hara getdi?"