Müxalifətin xəyanətləri...
Bünövrəsi vətən xainləri tərəfindən qoyulan, ideologiyası erməni ideologiyasından fərqlənməyən, plastik qürurlu "rəhbər"lər dövlətimizə, millətimizə qarşı törətdiyi cinayətlərdən bu gün də əl çəkmirlər. Təkcə Müsavat partiyası 2003-cü ildən 2010-cu ilin birinci yarısınadək dünyanın müxtəlif təşkilatlarından təxminən 25 dəfə "yardım" alıb.
Bu "yardım"ların mənbəyi barədə məlumat heç vaxt açıqlanmayıb və bu gün də açıqlanmır. Bundan başqa Müsavat partiyası Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən müxtəlif dövlətlərdən 2005-2010-cu illərdə "insan hüquqlarının müdafiəsinə və demokratiyaya dəstək" adı altında 15 dəfə "maddi yardım" alıb. O da məlumdur ki, bir dəfə edilən yardımın məbləği 100-150 min dollar olur. Deməli, Müsavat partiyası son 3 ildə xaricdən təxminən bir milyon dollara yaxın pul alıb. Digər tərəfdən Müsavat partiyasına xaricdə, xüsusən, Rusiyada yaşayan "iş adamları" da pul veriblər. Rusiyadan verilən pulların başında birbaşa Ayaz Mütəllibov durur. Bəs sual olunur ki, Ayaz Mütəllibov lider olduğu Sosial Demokratlar Partiyası nə üçün canfəşanlıq etmir? Çünki o bilir ki, Araz Əlizadə ilə Müsavat-AXCP (i) rəhbərliyi arasında düşmən münasibətlər mövcuddur və onlar arasında ciddi fikir ayrılıqları vardır. Ayaz Mütəllibova isə lazımdır ki, Azərbaycanda çaxnaşma düşsün. Bunun üçün ən yaxşı vasitə Müsavat-AXCP (i) cütlüyüdür. Digər tərəfdən, o anlayır ki, Araz Əlizadə onun müəyyənləşdirdiyi yolla getməyəcək və Müsavat-AXCP (i) cütlüyü ilə əlbir olmayacaq. Bu məsələdə Ayaz Mütəllibovla Rəsul Quliyevin mövqeyi üst-üstə düşür. Onların hər ikisi də Azərbaycanda "dəyişiklik" etmək üçün Müsavat-AXCP (i) cütlüyünə ümid edir. Daha doğrusu, onlar radikal müxalifəti əllərində oyuncağa çeviriblər. AXCP (i) maliyyə cəhətdən Müsavatdan geri qalır. Təxribatçı qurumlar, "humanitar" təşkilatlar Müsavata daha çox dəstək verirlər. Ona görə ki, Azərbaycanda xaos, anarxiya yaratmaq üçün daha çox cəhd edir.
AXCP (i) 2005-ci ildən sonra ermənilərdən çox "dəstək" aldı. Belə ki, ermənilər Ruslan Bəşirli "itkisini" nəzərə alaraq, AXCP (i)-yə təkcə 2008-ci ildə müxtəlif təşkilatlar vasitəsilə 500 min dollar pul vermişdilər. AXCP (i)-də ən "ağıllı" adam Fuad Mustafayev idi, ona görə tutduqları yolun düzgün olmadığını anlayaraq istefa verdi. Həyasız Əli Kərimov isə siyasi əxlaqsızlığından əl çəkmədi. Əksinə, savadsız, təcrübəsiz gəncləri qabağa verərək, onlara "liderlik" vəd edir və onları iyrənc işlərinə qurban verir.
Müxalifət bu günə qədər dövlətimizə qarşı etdiyi cinayətlərlə millətimizin yaddaşında qalıb. Bir neçə fakt qeyd edək. Əvvəla, Müsavat və AXCP (i) bu gün də İsa Qəmbərovun və Əli Kərimovun başçılığı altında əbədi və əzəli düşmənlərimiz olan ermənilərlə "dostluq" edir və onlardan pul alır. Müxalifətin himayəsi ilə yaradılan qeyri-hökumət təşkilatları (QHT-lər) Amerika və Avropada fəaliyyət göstərən erməni terrorçu qruplaşmalarından kifayət qədər "qrant"lar alır. Erməni pulunu yemək, bu pulu qarayaxmalara xərcləmək, bunun əvəzində ermənilərə Azərbaycanla bağlı məlumat vermək dövlətimizə qarşı cinayət deyilmi?!
2003-cü ilin oktyabr, 2005-ci ilin noyabr hadisələri zamanı insanları təxribata, dövlətə qarşı çıxmağa məcbur etmək, bunun əvəzində hər bir insana pul vermək cinayət deyilmi?! Konkret faktla danışaq. Əvvəlki seçkilərdə olduğu kimi, "radikal çaqqallar" İsa Qəmbərova, Əli Kərimova, Arif Hacıyevə səs vermək üçün yüzlərlə düşüncəsiz insana 50 manat pul verdilər.
Amma bu da səmərə vermədi. Hesablayanda belə çıxır ki, radikallar 500 adama, ümumilikdə, 25 min manat pul veriblər. Küçə fahişəsi kimi pulsuz olduğundan, maddi çətinlikdən danışan İsa Qəmbərov və Əli Kərimov bəs bu boyda pulu hardan əlavə edib? Təbii ki, erməni "atalarından". Bunlar necə cinayət deyilmi?!
Əli Kərimovun ilham mənbəyi Ruslan Bəşirli dövlət maraqlarımızı 2000 manata ermənilərə şokolad yeyə-yeyə konyak içə-içə satdı. Onu zindanda yox, həmin zindanın içində başqa bir zindan da hazırlayıb orda it kimi zəncirlə bağlamaq lazımdır. "Əsəbi satqınlar yuvası" olan "Yeni Müsavat" isə hər nömrəsində tələb edirdi ki, Ruslan Bəşirliyə azadlıq! Utanmazın şərəfsizi müdafiəsi təbiidir.
İsa Qəmbərov atasının əmisi oğlu Aram Manukunyanla əl verib dodaq-dodağa öpüşdü. "Kişi"nin oğlu hələ bir saziş də imzaladı. Bütün bunlar dövlətimizə qarşı cinayət deyilmi?!