Erməni saytı İsa Qəmbərov haqqında şok məlumatlar yayıb
Əgər proseslər belə davam etsə, yəni İsa Qəmbərov WikiLeaks saytının sahibi Culian Assancı sona kimi "müdafiə etsə" və Ermənistanda baş alıb gedən daxili iğtişaşlarla bağlı konkret mövqe seçib sərsəm fikirlər səsləndirsə, onun haqqında etdiyi bütün çirkin işlər barədə ictimaiyyətə məlumatlar yayımlanacaq.
Ermənistanda daxili çəkişmələr nəticəsində erməni radikalları qalib gəlsələr, bu zaman İsa Qəmbərovun vəziyyəti ağır olacaq. Onun indiyə qədər Azərbaycan dövlətinə, dövlətçiliyinə etdiyi xəyanətlər, Ermənistan hakimiyyəti ilə etdiyi "dostluq" və gəlir mənbələri haqqında məlumatlar erməni saytında yer alacaq. Heç şübhəsiz ki, erməni dairələri özlərinə dəstək tələb edəcək. Bu dəstək o adamlardan tələb olunacaq ki, onlar erməni hakimiyyəti ilə lazımi əlaqədə olub, informasiya mübadiləsi edib və onlardan pul alıb. İsa Qəmbərov bütün bunları analiz etməlidir. Analiz etmək üçün də milli baş lazımdır, daha erməni başı yox.
Azərbaycanda və dünyada baş verən proseslərə radikal addımlarla təsir etmək olmaz. Əks halda İsa Qəmbərov və Əli Kərimov kimi tamamilə təxribatçı qrupların əlində oyuncağa çevrilirsən. 2003-cü ildən bu günə qədər İsa Qəmbərov ermənilərlə sıx əlaqə qurub, 2005-ci ildə bu istiqamətdə daha da sürətli iş aparmışdır. Lakin hadisələrin onun xeyirinə olmadığını görəndə, ermənilərin ona dəstək verməyəcəyini anlayanda, ermənilərlə olan münasibətində daha açıq mövqe tutdu. Ermənistan hakimiyyəti hər hansı bir təhlükə ilə üzləşəndə (söhbət erməni müxalifətindən olan təhlükədən gedir), pul verdikləri bütün "siyasətçi"lərdən "hakimiyyəti müdafiə mesajları" tələb edəcəklər. Bir tərəfdən baxanda, onların buna haqları var. Çünki İsa Qəmbərov Azərbaycanın maraqlarını satanda, ilk növbədə, ailəsini (onsuz da, millət bilən deyil) fikirləşməli idi. Ermənistanda təmsil olunan cərəyanlar göstərir ki, hakimiyyətdəki müəyyən dairələr informasiya maraqları təmin olunmadıqda, İsa Qəmbərov haqqında bütün həqiqətləri yazacaqlar. Xəyanət motivi radikal müxalifətin devizidir.
Türkiyədə Əli Kərimovun millətimizə, dövlətimizə etdiyi xəyanətlər haqqında olduqca sanballı material olan "Gladionun türk tətikçisi" kitabı nəşr olunmuşdur. Bu kitabdan əvvəl də türk saytları Əli Kərimov haqqında, onun əlaqələri, əlbir olduğu düşmənlərlə gördüyü işlərlə bağlı materiallar vermişdi. Bu kitab Əli Kərimovun məhv olmuş imicinin son toxumlarını dayandırdı. İndi növbə İsa Qəmbərovundur. O Azərbaycanda qətiyyən hörmətə, nüfuza və dəstəyə malik deyil. "Nüfuz" qazandığı erməni qüvvələri isə ən uzağı iki-üç aya onu məhv edəcəklər. Bu missiyanı erməni saytı yerinə yetirəcək. Onun sovet dövründən ("agent" olduğu vaxtdan) bu günə qədər bütün təxribatçı "missiyası", erməni məxfi qurumları ilə əlaqəsi, xaricdə oxuyan iki övladının hansı pula oxuması, Azərbaycan dövlətinə etdiyi xəyanətlər barədə məlumatlar veriləcək.
İsa Qəmbərov qulaqlarını şəkləyib gözdə-qulaqda olsun.