Radikal müxalifət xarici dövlət orqanlarına Azərbaycanla bağlı məlumat ötürür
Bizi həmişə radikal müxalifət barədə ilginc faktlarla məlumatlandıran etibarlı mənbə bu dəfə radikalların xarici xüsusi xidmət orqanları ilə əlaqəsindən danışdı. O bildirdi ki, radikalların başqa dövlətlərə, xüsusən, ABŞ, İngiltərə, Almaniya, Ermənistan və digər ölkələrlə ciddi əlaqələri var. Amerika xüsusi xidmət orqanlarına ötürülən məlumatların başında Rəsul Quliyev, Almaniya və Ermənistana ötürülən məlumatların başında isə İsa Qəmbərovla Əli Kərimov durur. Rəsul Quliyevin "fəaliyyəti" haqqında Sərdar Cəlaloğlu da mətbuata danışdı.
Məlum oldu ki, hələ 2005-ci ildə, yəni Rəsul Quliyev ADP sədri olanda partiyanı "agent"liyə çeviribmiş. Başqa tərəfdən Rəsul Quliyev Azərbaycan haqqında ADP-dən aldığı məlumatları xüsusi xidmət orqanlarına və "demokratiyaya dəstək" adı altında işləyən donor təşkilatlar ötürürmüş. Bu dezinformasiyalar diplomatik korpuslar, xarici nümuyəndəliklər və birbaşa siyasi partiyalar vasitəsilə, ya Rəsul Quliyevə, ya da ki, xarici xüsusi xidmət orqanlarına göndərilir. İsa Qəmbərovun Wiki Leaks saytının sahibi Culian Assancı müdafiə etməsi də bunu sübut edir. Bu saytda yer alan həqiqətə uyğun olmayan və Azərbaycan haqqında dəlilsiz iddialar müxalifəti sevindirir. Mənbə onuda qeyd etdi ki, "WikiLeaks" saytında verilən Azərbaycanla bağlı məlumatlar radikal müxalifət və onların xaricdə olan "dayaqları"ndan qaynaqlanır. Belə ki, bəzi diplomatlar radikal müxalifəti pulla ələ alır, onlara söz verir ki, Azərbaycanda "demokratiya" yaradacağıq və beləliklə də, müxalifətdən əldə etdiyi "məlumatları" öz dövlətlərinin xüsusi xidmət orqanlarına göndərir. Məsələn, konkret danışsaq, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (SİA) əldə etdiyi məlumatları özlərinin yaratdıqları saytlar vasitəsilə ictimaiyyətə çatdırır. Mərkəzi Kəşfiyyat İdarəsi çox yaxşı başa düşür ki, ABŞ dövlət olaraq məsuliyyəti öz üzərindən ata bilər və belə də edir. guya ki, hər kəsin söz azadlığına hörmət edir.
Əli Kərimov və İsa Qəmbərov ölkəmizlə bağlı yalan məlumatları bir neçə yolla xaricə ötürür. Birincisi, qrantlar, yardımlar almaq üçün xarici dövlətlərə bilavasitə verdiyi layihələr vasitəsilə. Bu layihələrin arasında Azərbaycanın imicinə zələl gətirən məlumatlar bir neçə səhifə həcmində xarici dövlətlərə ötürür. Bu da məlumdur ki, xaricə göndərilən məlumatlara birbaşa olaraq həmin ölkələrin xüsusi xidmət orqanları nəzarət edir. Yəni təqdim olunan layihə onları qane edirsə pul ayırırlar, əvəzində, ciddi məlumatlar tələb edirlər. İkincisi, diplomatik nümayəndəliklər vasitəsilə. Bu inkarolunmaz faktdır ki, bütün dünya dövlətlərini səfirliklərin işçilərinin 80%-i həmin ölkələrin xüsusi xidmət orqanlarının agentləri və rezidentləridir. Üçüncüsü, radikal müxalifətin bəzi nümayəndələri xarici dövlətlərə səfərlərə göndərilir. Əslində onlar xaricdə rezidentlərlə görüşür, onları məlumatlandırır.
İsa Qəmbərov Ermənistan Ümummilli Hərəkatı lideri Aram Manukunyanla görüşəndə və "dostluq" sazişi imzalayanda həmin görüşdə erməni xüsusi xidmət orqanının yüksək rütbəli şəxsləri də iştirak edib. Bu saziş aysberqin görünən tərəfidir. Həqiqət isə odur ki, Manukyan Ermənistanda, Qəmbərov isə Azərbaycanda hakimiyyətin dəyişilməsi üçün bütün "vasitələrə" əl atmalı idilər. Bu "vasitələr" isə Ermənistan prezidenti Serj Sarkisyan və erməni xüsusi xidmət orqanları vasitəsilə müəyyənləşdirilmişdi. Doğru olan budur ki, Manukyan Sarkisyanla şəxsən bu "saziş" barədə razılaşıb. İ.Qəmbərov isə nə ictimaiyyətin, nə də heç bir kəsin, hətta partiya funksionerlərinin də münasibətlərini nəzərə almamışdı.
Əli Kərimov isə ölənə kimi ermənilərə qul olacaq. O özünün vaxtilə yüksək vəzifədə olduğunu əsas gətirərək, bildirir ki, mən dövlət, dövlətin idarə olunması barədə çox şeylər bilirəm. Bir neçə aylıq təcrübəsinə əsaslanaraq, böyük dövlətçilik iddiası ilə çıxış edir və xarici xidmət orqanları ilə "işbirliyini" özünə şərəf hesab edir. Əli Kərimovu xaricdə hamı "agent" kimi tanıyır. Biz dəfələrlə Əli Kərimov haqqında gedən, xarici saytlarda, qəzetlərdə verilən dəqiq məlumatların şahidi olmuşuq.
Azərbaycanda "ACP", AXCP (i) və Müsavat partiyaları açıq-aşkar xarici qüvvələrə "işləyir". Bütün bu partiyalar üçün "işbirliyini" Rəsul Quliyev, Eynulla Fətullayev, İsa Qəmbərov, Əli Kərimov, Arif Hacıyev vasitəsilə düzüb-qoşublar.
Lakin "şərəfsizlər ordusu" anlamaq istəmir ki, xarici dövlətlərin xüsusi xidmət orqanlarına kimisə qurban vermək lazım gəlsə, onların "başı kəsiləcək". Məsələn, Grelian Assang kimi...