PDF Oxu

Müxalifət

  • 21

Qara günlər davam edir

Qara günlər davam edir
Məlumdur ki, hansısa partiyanın daxilində faciəli həyat yaşanırsa, deməli, həmin partiyanın rəhbəri, idarə edənləri, üzvləri tamamilə məsuliyyətsiz, idarəçilik qabiliyyətindən uzaq, siyasi və mədəni səviyyəsi lazımi qədər olmayan insanlardır. Sadaladığımız bu nüanslar müxalifət düşərgəsinin təmsilçilərinin təməl prinsiplərini təşkil edir. Belə ki, istər AXCP (i), istər Müsavat və istərsə də digər radikallar özlərinin siyasi xəttini elə bir mənfi istiqamətə yönləndiriblər ki, bu yönləndirmənin ağır nəticələri daim davam edən bir faciə kimi onların həyatlarının ayrılmaz bir hissəsinə çevrilib. Bu düşərgənin nümayəndələrinin ölkədə iğtişaşlar yaratmaq və öz mənafelərinin həlli istiqəmətində gördükləri çirkin işlərin nə dərəcədə dəhşətli olduğunu görməmək mümkün deyil. İstər Müsavat partiyasının sədri İsa Qəmbərovun Aram Manukunyanla görüşü və imzaladığı əməkdaşlıq sazişi, istərsə bu sazişin imzalanmasından məmnun qalan AXCP (i) sədri Əli Kərimovun niyyəti, istərsə də İsa "bəy"lə, "Yurd" şefinin Azərbaycanı sevməyən xarici qüvvələrdən maliyyə dəstəyi alaraq ölkəmizdə iğtişaşlar törətmək cəhdləri radikal müxalifət düşərgəsinin ən böyük faciələrindəndir. Axı necə ola bilər ki, vətəninə, xalqına hörmətlə yanaşan və bu yolda xidmət göstərmək istəyən insan millətinin düşməni ilə əmədaşlıq sazişi bağlasın? Axı necə ola bilər ki, vətəninə sevgisi olduğunu bildirən vətəndaş xarici qüvvələrin maraqlarına əsasən ölkəsində iğtişaşlar törətməyə cəhd etsin? Əlbəttə, bütün bunlar ağıla və məntiqə sığmazdır. Açıq-aydın məlumdur ki, həm İ.Qəmbərov, həm də Ə.Kərimovun Azərbaycana, xalqımıza sevgisi, məhəbbəti yoxdur. Onu da qeyd etmək lazımdır ki, xalqın dəstəyini, inamını tamamilə itirən müxalifətçilər özlərinin növbəti çirkin niyyətlərini reallaşdırmaq naminə yeni, bəhanələr, yalanlar uydurmaqla məşğul olurlar. Onlar parlament seçkilərinin qeyri-demokratik keçirilməsini iddia etməklə, əslində, özlərini gülünc vəziyyətə salmış olurlar. Çünki hər kəs bilir və istər xarici, istərsə yerli müşahidəçilər qətiyyətlə təsdiq edirlər ki, parlament seçkiləri tam demokratik prinsiplərə uyğun keçirilib. Bütün bu sadaladıqlarımıza rəğmən xalqın qarşısına çıxmaqdan, öz yalanlarından əl çəkmədən uydurma fikirlərlə çıxış etməkdən utanmayan radikal "bəy"lərin iç üzü daha açıq şəkildə görünür. Müsavat və AXCP (i) rəhbərləri ermənipərəst qüvvələrlə əməkdaşlığı özlərinə şərəf sayırlar. Əslində isə, bu, onlara şərəfsizlik bəxş edir. Sonda isə qeyd edək ki, müxalifət düşərgəsi tezliklə siyasi səhnədən tam olaraq silinəcəklər. Çünki onlar özləri-özlərinin süqutunu tezləşdirirlər.

Digər xəbərlər