Radikal müxalifətin yanlış taktikası öz əleyhinə çevrilib
Acı və biabırçı məğlubiyyətin ardınca radikal müxalifət düşərgəsində reallığı başqa səmtə yönəltmək üçün məkrli şəkildə addımlar atılmaqdadır. Düşərgədə hər kəs öz məğlubiyyətinin səbəblərini və bunun nəticəsində məlum olmuş nəticəni qəbul edib, bir küncə çəkilib. Amma xarici havadarlarının sifarişlərini yarımçıq yerinə yetirmiş və bunun nəticəsində də onlara davamlı şəkildə ayrılan vəsaitin kəsilməsindən təşvişə düşən Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimov son günlər yaman əl-ayağa düşüblər. Hətta dünənə kimi bir-birinin söymədikləri ünvanı qalmayan "dost"larını da başlarına yığıb "xalq parlamenti" təsis etdiklərini bildiriblər. Amma həmişə olduğu kimi, bu dəfə də, onların reallaşdırmaq istəyində olduqları qondarma ideyalar öz məsləkdaşları tərəfindən boykot edilib. Bütün müxalifət nümayəndələrinin hər birinin adına ayrılıqda məktub göndərən Qəmbərov-Kərimov cütlüyü nəticədə AXCP (i) və Müsavat yetkililərindən müsbət cavab ala bilib. Öz tərəfdarları tərəfindən bu cür münasibətlə qarşılanan müxalifət nümayəndələrinin hansı prinsip və adla "xalq parlamenti" yaratdıqları hələ də heç kəsə məlum deyil. Gizli və məkrli işin daxili konturlarını Qəmbərov-Kərimov cütlüyündən başqa, deyəsən, kimsə bilmir. Çünki Müsavat partiyasının qərargahında bir neçə oyuncaq partiyanın iştirakı ilə gülünc formada keçirilən qondarma tədbir və bunun ardınca səslənən riyakarlıqda dolu bəyanatlar növbəti dəfə onların iç üzünü açıb göstərmiş olub. Burada maraqlı bir cəhət isə, ondan ibarətdir ki, noyabrın 7-də keçirilən parlament seçkilərində xalqdan dəstək ala bilməyənlər indi kimin dəstəyinə arxalanmaq istəyirlər? Digər bir sual doğuran cəhət isə odur ki, xalqın adından hələ də yalan ifadələr səsləndirmək, deyəsən, nə İ.Qəmbərova, nə də ki, Ə.Kərimova dərs olub. Əgər bu, belə olmasaydı və yaxud onlar 16 ildən artıqdır ki, cəmiyyətin adından yalan danışa-danışa uydurma ifadələr səsləndirməsəydilər, orta nəsə bir müsbət nəticə olardı. Amma məlum faktlar, ortalıqda olan real nəticə bunun tamamilə əksini isbatlamış olur. Radikal müxalifətin üzdəniraq ünsürləri isə, hələ də, özlərinin konnektur maraqlarına uyğun olanı seçməkdə israrlıdır.
Qəmbərov-Kərimov cütlüyü tərəfindən qondarma bir şəkildə ortalığa atılmış "xalq parlament" ideyası isə hələ də təəccüblə qarşılanır. Çünki seçkidə cəmiyyət radikal müxalifətə özünün birmənalı mövqeyini açıq şəkildə bir daha bildirdi. Hələ seçkidən öncə də müxalifət düşərgəsində bir çox hallarda bu reallığı nəzərə alıb müəyyən etirafedici bəyanatlarla çıxış etmişdilər. Sadəcə olaraq, düşərgədə xarici donorların birbaşa yerli içracısı kimi çalışan Müsavat başqanı ilə AXCP (i) sədri reallığı görməzlikdən gələrək, hər şeyə öz prizmalarından baxırlar. Onlara diqtə edilən göstərişlərdə, məhz seçki sonrası cəmiyyət daxilində müəyyən gərginliklər, intriqalar, çaxnaşmalar yaratmaq barəsində tədbirləri reallaşdırmaq tapşırılıb. Sırf maliyyə vəsaitlərini həmin təşkilatlardan alan AXCP (i) və Müsavat üçün bundan başqa seçim imkanının qalmaması və seçkidən də bu cür vəziyyətdən çıxmaq nəticədə adıçəkilən şəxslər üçün əlavə çıxış yolu qoymuş olmayıb. Amma təəssüf və təəccüb doğuran xəbərlərdən biri də ondan ibarətdir ki, üzündə abır-həya qalmayan radikal müxalifətin üzdəniraq ünsürləri növbəti dəfə xalqın adından uydurma ideyalarla çıxış edirlər. Bir məqamı da qeyd etməliyik ki, xalqın özlərinə qarşı birmənalı münasibətini bilə-bilə radikal müxalifətin riyakar qüvvələri konnektur maraqları naminə istənilən oyundan çıxmağa hazır olduqlarını nümayiş etdirməyə çalışırlar. Parlament seçkilərindən sonra üzləşmiş olduqları acı və biabırçılıqla dolu məğlubiyyətlərinin əsil mahiyyətini ört-basdır etməyə çalışanlar yenidən çirkin əməllərini sığortalamaq üçün var-gəl edirlər. Sadə bir məntiq isə, onların bütün illüziyalarını tamamilə darmadağın etmiş olur.