PDF Oxu

Müxalifət

  • 23

Turqut Ərin kitabını Rəsul Quliyev maliyyələşdirib

Turqut Ərin kitabını Rəsul Quliyev maliyyələşdirib
Vaxtilə dövlət büdcəmizi çapıb-talayan, özünə "avtoritet" dedirtməyi xoşlayan, oğurluq pullarla özünə biznes quran Rəsul Quliyev Azərbaycana olan düşmənçiliyindən əl çəkmir. Etibarlı mənbədən əldə olunan məlumata əsasən Turqut Ərin "Azadlıqdan Tiranlığa" kitabını şəxsən Rəsul Quliyev maliyyələşdirib. Çünki həmin kitabda göstərilən hədyanlar, böhtanlar hələ 1990-cı ilin sonlarında Rəsul Quliyevin dilindən səslənirdi. Rəsul Quliyev o vaxt necə danışırdısa, cümlələr olduğu kimi də bu kitabda verilib.
Bundan başqa Turqut Ər Amerikada Rəsul Quliyevlə bir neçə dəfə görüşüb. Bu görüşü Rəsul Quliyevə yaxın olan bəzi Türkiyə generalları təşkil ediblər. Kitabda ümumxalq narazılığından, demokratik mövqeli baxışlardan əsər əlamət yoxdur. Bu gərəksiz vəsait konkret olaraq bir şəxsin böhtanlarından bəhs edir. Kitabın çapına, bütün xərclərinə və Turqut Ərin ehtiyaclarının ödənməsi üçün bütün maddi vəsaiti Rəsul Quliyev buraxmışdır. Bu, şəksizdir. Ona görə ki, Rəsul Quliyev Azərbaycan dövlətinə, millətinə, hakimiyyətinə olan düşmənçilik mövqeyi heç bir dəyişiklik edilmədən kitabda verilmişdir. Rəsul Quliyev son beş ildə Azərbaycan müxalifətinin simasını bir neçə dəfə dəyişdi. Məsələn, ADP-nin sədri olarkən ölkədə provakasiya yaratmaq istədi. Lakin niyyəti baş tutmayanda ADP-ni parçaladı və növbəti lazımsız partiyanı- "Açıq Cəmiyyət Partiyası"nı yaratdı. O bu partiyanın da fəaliyyətsizliyini də başa düşdü. Digər tərəfdən AXCP (i)-də daxili iğtişaşlar yaradaraq, bu partiyanın da parçalanmasını təmin etdi. Hal-hazırda AXCP (i)-Müsavat yaxınlaşması məhz Rəsul Quliyevin və əlaqədə olduğu xarici təşkilatların sifarişi ilə həyata keçirilir. R.Quliyevin əvvəlcə müxalifət partiyalarını özündən və digər şəxslərdən asılı vəziyyətə salır, daha sonra qurumlarda diqtəsini yeridir. Əgər onun əleyhinə kimsə çıxırsa həmin şəxsi şantaj edir, partiyanı onun əleyhinə qaldırır və onun mövqeyini daha səriştəsiz adamlara həvalə edir. Əldə olunan məlumatlara əsasən, Rəsul Quliyev Turqut Əri Amerikadakı mülkündə qəbul eləyib, ona tapşırıqlar verib. Hətta Turqut Ər ondan bağdakı onlarla ceyranın, maralın, müxtəlif heyvanların kimə məxsus olduğunu soruşub. Rəsul Quliyev isə deyib ki, "Azərbaycana baxma, buradakıların hamısı mənimdir". Hətta Turqut Ər Rəsul Quliyevə "Maqnat" deyə müraciət edirmiş.
Turqut Ərin kitabının Rəsul Quliyevin sifarişi ilə yazılması məsələsinə politoloq Cümşüd Nuriyevin münasibətini öyrəndik. O, bildirdi ki, "Turqut Ər kimi birinin yazdığı kitab da daha çox "Yeni Müsavat", "Azadlıq", "Günaydın", "Meridian" qəzetlərində olduğu kimi, Azərbaycan dövlətinin əleyhinə olan hədyanlar toplusudur. Mən bu kitabı oxuyandan sonra bir şeyi dəqiqləşdirdim ki, bu kitab birbaşa Rəsul Quliyevin sifarişi ilə yazılıb. Çünki o 1998-ci ilin 5 iyulunda dövlətimizə müraciət ünvanlamışdı. Həmin 58 səhifəlik müraciət Turqut Ərin kitabında olduğu kimi öz əksini tapıb. Bu gün müxalifətin birləşmə sifarişi də qıraqdan gəlmişdi. "Azadlıq" qəzeti nə üçün Turqut Əri çap elədi, amma Doğan Yurdakulun "Gladionun türk tətikçisi" əsərini - Əli Kərimovun Azərbaycan dövlətinə etdiyi xəyanətlərdən bəhs edən əsəri niyə çap etmədi? Bu kitabda onun Amerikada görüşdüyü generallar, Türkiyədə gördüyü "işlər" haqqında geniş məlumatlar var. Əgər bunlar demokratikdirlərsə, qoy elə bu kitabı da çap etsinlər". Göründüyü kimi, Rəsul Quliyev iyrənc "işlərini" təkbaşına həyata keçirir. Burada erməni kapitalistlərindən, mafioz qruplaşmalardan tutmuş beynəlxalq terror şəbəkələrin dəstəyindən geniş formada istifadə olunur. Rəsul Quliyev bu kitabın yazılmasını sifariş etməklə Azərbaycanın imicinə zərbə vurmaq istədi. Heç şübhəsiz, burada əsas məsələlərdən biri o idi ki, Azərbaycan Türkiyə münasibətlərinə xələl gəlsin. Bu kitabın yazılması iki səbəbdən yarana bilərdi. Birincisi, Turqut Ər vaxtilə Azərbaycanda diplomat adı altında hansısa dairələrin "agenti"i kimi fəaliyyət göstərib. Və müvafiq vaxt yetişən kimi murdar fikirlər toplusunu həmin dairələrin göstərişi ilə çap etdirib. İkincisi, Turqut Ər əqidəsini, şərəfini pula sataraq, Azərbaycana ləkə gətirmək istədi. Mən heç şübhə etmirəm ki, Rəsul Quliyev bu kitabın hər hansı mükafata layiq olmasını təmin etmək niyyətindədir. Məsələn, Orxan Pamuk Türkiyə əleyhinə kitab yazdı, erməniləri müdafiə etdi və "Nobel" mükafatı aldı. Bunu işi Orxan Pamuk deyil, müəyyən təxribatçı dairələr etdilər. Turqut Ər kimi mənəviyyatsızın, əqidəsi çöpdən fərqlənməyən şəxsin bu kitabı mükafat almaq üçün təqdimata çıxarılsa, təəccüblənməyin.
Yenə də əsas bir məsələ ortada durur: "Sapı özümüzdən olan baltalar". Məsələ bundadır ki, Azərbaycan heç vaxt belə təxribatlara getməyib, istəyir gündə əlli belə kitab yazılsın. Belə miskin ideyalar ölkəmizi deyil, onların özlərini məhv edəcəkdir. Necə ki, edibdir.

Digər xəbərlər