Əli Kərimovun xarici qüvvələrlə əlaqəsi
Özünü və partiyasını xarici qüvvələrdən, xüsusən, iri erməni sərmayeçilərindən asılı vəziyyətə salan Əli Kərimov çirkin əməllərinə don geyindirir. Əli Kərimova pulu ancaq Azərbaycanın düşmənləri, eləcə də ermənilər verə bilər. Əli "kişi" deyir ki, mən pulu demokratik Avropadan alıram. Əli "kişi" başa düşmür ki, heç bir sivil dövlət səninlə əlaqə qurmaz və sənə yardım etməz. Çünki sənin adını çəkdiyin sivil, demokratik dövlətlərin Azərbaycanla çox sağlam münasibətləri mövcuddur. Əli Kərimovun əlaqədə olduğu xarici qüvvələr əsasən Amerikanın bəzi ştatlarında, Avropanın təxribatçı qurumlar yerləşən ərazilərində fəaliyyət gösərir. Bu qurumlar Ermənistan dövlətinin murdar siyasətini həyata keçirir. Erməni lobbi təşkilatları humanitar yardım adı altında vətəninə, millətinə xəyanət edən Əli Kərimov kimi şərəfsizləri ələ alır və onlardan Azərbaycanın əleyhinə istifadə edir. Məsələn, Azərbaycanda keçirilən bu ilki parlament seçkiləri ərəfəsində ölkədə provakasiya yaratmaq üçün Əli Kərimova "demokratiyaya yardım" adı altında 200 min manat pul verilib. Bu, ilkin olaraq verilən pul idi ki, Əli "kişi" zəhərlənsin. Əli Kərimov seçkidən sonra və hal-hazırda da Rusiyada yaşayan iş adamları ilə əlaqə qurmaq və onlardan pul qoparmaq istəyib. Lakin həmin iş adam adamları Əli Kərimovu rədd ediblər, hətta ona layiq olduğu söyüşlərlə cavab veriblər. Həmin biznesmenlərdən biri bu yaxınlarda deyirdi ki, Əli Kərimov çox həyasız bir adamdır, yapışıb yaxamızdan ki, pul verin. Biz isə qadınlara, vətəninə xəyanət edənlərə pul vermirik.
Məsələyə münasibət bildirərkən "Azadlıq" Partiyasının sədri Əhməd Orucov dedi ki, "onlar əsasən xarici təşkilatların təsiri ilə nəyisə dəyişdirilməsi xəttində olan adamlardır. Onlar özlərindən başqa alternativ görmürlər. Ona görə də, bizi yerli-yersiz tənqid edirlər".
Bir tərəfdən baxanda AXCP (i)-Müsavat birliyi ideyası eynilik təşkil edir. Ermənilər də deyir ki, nə yaxşı şey varsa bizimdir, bizim radikallar da. Ermənilər deyir ki, Ermənistan gözəl ölkədir və dünyaya sülh təlqin edir. Əli Kərimov və İsa Qəmbərov da partiyalarını cənnət, ölkəni isə cəhənnəm adlandırırlar. Adama sual verərlər ki, ay Əli "kişi", cəhənnəmdə də cənnət olar?
Əli "kişi" deyə bilərmi ki, xarici qüvvələr ona verildiyi pulun qarşılığında ondan nə istəyir?! O pulu verən Azərbaycanın düşmənləri təbii ölkəmiz üçün yaxşı bir şey istəyə bilməz. Xarici təxribatçı qüvvəllər ancaq radikal partiyaların rəhbərləri görüşürlər və onlara "dəstək" verirlər. Adi cəbhəçi və müsavatçı nəyəsə ümid etməsin. Məsələn, İsa Qəmbərovun mühafizəçiləri var, övladları xaricdə oxuyur, altında xarici marka maşını, otağı da ki, Sarkisyanın otağına oxşayır. Əli Kərimovun da hər şey var, hətta mühafizəçiləri var. Bu mühafizəçilər onu kimdən qoruyur? Təbii ki, manyaklardan. Əli Kərimovun xarici qruplaşmalarla əlaqəsi ilə bağlı Qulamhüseyn Əliyevdən münasibət öyrənmək istədim. O, şəhərdə olmadığını əsas gətirərək, sonra müsahibə verə bilməyəcəyini dedi. Qulamhüseyn Əliyev qısa və konkret sualdan sonra belə cavab verdi: "Məndə heç bir məlumat yoxdur".