PDF Oxu

Müxalifət

  • 11

Radikalların problemlər girdabı

Radikalların problemlər girdabı

Sonuncu parlament seçkilərindən sonra növbəti dəfə biabırçı məğlubiyyət məngənəsində sıxışıb qalan radikal müxalifət mənsubları özlərini "təmizə" çıxarmaqdan ötrü yeni "palemikalara" start veriblər. Gah "kölgə parlament" deyilən "xalq məclisi" barədə, gah da "xalq hərəkatı" ətrafında "geniş müzakirələr" aparıldığını bildirən yararsız siyasətbazlar, əslində, problemlər girdabındakı son xırıltılarının fərqinə varmırlar...

Kölgənin kölgəsi olmur

"Kölgə parlamenti" və ya "xalq məclisi" nə deməkdir? Bu "ideyanı" ortaya atanların özləri də çox yaxşı anlayırlar ki, deyilənlər ancaq gündəmdə qalmaq üçün bir variantdır. Çünki onsuz da xalq tərəfindən qətiyyətlə qəbul edilməyən, rədd edilən radikal müxalifət "liderləri" üzlərinin qırmızılılığına salıb başqa yol tapa bilmirlər. Onlar "kölgə parlamenti" anlayışına tamamilə ayrı prizmadan yanaşaraq, özlərindən böyük (eləcə də, başlarından R.R.) hoqqalarına rəvac verirlər.
Kölgə parlamenti anlayışı bir çox inkişaf etmiş Avropa ölkələrində fəaliyyət göstərən qeyri-hökumət qurumu olmaqla yanaşı, demokratik və qarşılıqlı anlaşma şəraitində həmin ölkənin parlamenti ilə təmaslar qurur. Daha dəqiq desək, xalq ilə parlament arasında körpü rolunu oynayır. Eyni zamanda, xalqın seçimi ilə formalaşmış parlamentin deputatları ayrı-ayrı zamanlarda kölgə parlamenti nümayəndələri ilə hər hansı bir problemin həlində müzakirələr, fikir mübadilələri apararaq, prinsipial razılıqlar əldə edirlər.
Bütün bunlardan fərqli olaraq, özlərini "demokrat", "xalq dairəsi" adlandıran qırmızısifət radikal mənsubları özlərindən yeni dəb çıxararaq, tamamilə başqa məsələdən dəm vururlar. Guya bunların millət vəkili olmalarının qarşısını hansısa "gizli qüvvələr" almış və onların əlləri boşda, yəni mandatsız qalmışdır. Ona görə də, "kölgə parlamenti" yaradıb xalqın "problemləri" ilə məşğul olacaq imişlər (?!). Amma hansı xalqın? Axı xalq demokratik şəraitdə, bütün seçki qayda və qanunlarına müvafiq, istədiyi namizədə səs vermiş, öz azad seçimini etmişdir. Bax, məsələ də bundadır ki, danışmaqdan çənələri laxlayan "liderlərin" gözləri özlərindən başqa heç kimi görmür və "xalq" dedikdə də, ancaq özlərini nəzərdə tuturlar. Bu gün onların kölgədə qalmaqla "kölgə parlamenti" yaradıb xalq məfhumunu yalandan imitasiya etmələri, sadəcə, polyaçoluqdan, klounluqdan başqa heç nə deyil. Çünki kölgənin kölgəsi olmur.

"Xalq hərəkatı" manipulyasiyası

Radikal müxalifətin düşdüyü çıxılmaz yolun növbəti dayanacaqlarından biri də "xalq hərəkatı" məsələsidir. Heç bir məğzə, mənaya və məntiqə sığmayan bu fikrin səsləndirilməsi onların özlərini ifşa etmələri ilə nəticələnir. Belə ki, bir vaxtlar müxalifətin mətbu orqanlarında "xalq hərəkatının liderləri" adlandırılan ADP, AXCP (i), Müsavat və digər radikal müxalifət partiyalarının rəhbərləri, səlahiyyətliləri yenidən həmin "hərəkatı" yaratmaq arzuları ilə sübut etmiş olurlar ki, onlar, əslində, heç bir hərəkatın lideri-filanı deyillər. Əgər onlar, həqiqətən də, "xalq hərəkatı" liderləridirlərsə, ikinci dəfə həmin "hərəkatı" yaratmağın nə mənası var?!
Əlbəttə ki, bu da uğursuz manipulyasilardan biridir və bu manipulyasiya suda boğularkən saman çöpündən yapışmağa daha çox bənzəyir. Ən sadə həqiqəti görməməzlikdən gələn radikal maxinatorlar anlamırlar ki, xalq hərəkatı heç bir vaxt yaradılmır. Siyasi elmə müraciət etsək, görərik ki, əsil xalq hərəkatı xalqın kütləvi pisixoz vəziyyətindən doğur və xalqın etiraz və ya tələb səsi olaraq formalaşır. Lakin siyasi arenada, sözün əsil mənasında, bör-böcək, ya da iylənən tarakan təsiri bağışlayan radikalların hap-gopları, pafosları kənardan baxanda, çox gülünc təsir bağışlayır. Yarandıqları zamandan ta bu günlərə qədər xalqın adından manipulyasiya edən, sonda xalqı özündən təcrid edərək yaxalarını bir kənara çəkən siyasi idiotların yenidən xalqın ətəyindən yapışmaları, az qala dizin-dizin sürünüb, nə isə ummaları, təbii ki, biganəliklə nəticələnəcəkdir.

Çıxış yolu...

Mərhələ-mərhələ, demək olar ki, bütün seçkilərdə məğlub olub bu günlərədək birtəhər sürünüb gələn radikal müxalifət partiyaları və onların rəhbərləri çeşid-çeşid çıxış yolları axtarsalar da, müsbət nəticələrə varmayıblar. Artıq tarixin zibil urnalarında çürüyən bloklar, mərkəzlər, birliklər, koalisiyalar, ittifaqlar və daha nələr, nələr... Bütün buqların, gur-gur guruldayan adların da heç bir əhəmiyyəti qalmayıb. Və bu adlar da radikalizm, dağıdıcılıq prinsipləri ilə buxovlanmış müxalifət rəhbərlərinin dadına çatmadı. Eynilə yuxarıda qeyd olunan "kölgə parlamenti" və ya yeni "xalq hərəkatı" kimi absurd fikirlər də onların özlərinə qarşı olan aldadıcı manevrlərdir. Yaxşı olardı ki, özləri-özlərini adlatmaqdansa, onların öz içlərindən olan "əqidə" dostlarının atdıqları addımlara düzgün qiymət versinlər. Bir halda ki, az-çox və yaxşı siyasi təşkilat idarəediciliyində onlarla çalışmış səlahiyyətli funksionerlərin öz rəhbərlərindən imtina etmələri, ziyanın yarısından (əslində, bütünündən R.R.) geri dönmələri və istefa vermələri də heç nəyi dəyişmirsə, onda onlara siyasi padoş adından başqa heç bir ad vermək olmaz. Yox, əgər bu ayamanı qəbul etmək, siyasi padoş kimi çürüməkdə davam etmək istəmirlərsə, çıxış yollarını istefa verməkdə görməlidirlər.

Digər xəbərlər