PDF Oxu

Müxalifət

  • 11

Müsavat kanalizasiya mənbəyidir

Müsavat kanalizasiya mənbəyidir
Müsavatda baş verən iyrənc hadisələr onların iç üzünü bir daha açdı. Bir daha aydın oldu ki, ancaq zir-zibil istehsal edir. İstehsal edən isə ən böyük zibildir. Müsavatdan çıxanlar hərəsi bir partiya yaradacaq. Vallah, partiya yaratmaq bunlar üçün su içmək kimi bir şeydir. Sonra da ki, bu içdikləri su öz burunlarından gəlir.
Müsavatın, radikalların indiki vəziyyəti ilə bağlı, Rauf Arifoğlunun yeni partiya yaradacağı və Sülhəddin Əkbərin, İbrahim İbrahimlinin partiyanı tərk etməsi ilə bağlı politoloq Cümşüd Nuriyev bildirdi ki, "Mən onlara radikal müxalifət deməzdim, onlar daha çox provakator müxalifətdir. Çünki radikalizmin Azərbaycanda tətbiqi boş şeydir. Bunlar daha çox xaricdən alınmış sifarişlə fəaliyyət göstərən müxalifətdir. İstər Sülhəddin Əkbər, istərsə də İbrahim İbrahimli Müsavatın son dayaqları idi. Müsavat Arif Hacıyev və İsa Qəmbərov tandemindən başqa heç kəsə qalmadı. Burada istefa edən adamlardan biri də Rauf Arifoğlu olacaq. Çünki o, Demokratik Müsavat Partiyası yaratmaq istəyir. İstefa verənlərin "Turan" informasiya agentliyinə verdiyi məlumatda bildirilir ki, İsa Qəmbərovun strateji istiqaməti ayrı tərəfə yönəldiyinə görə, ordan istefa verdilər. Müsavat AXCP (i)-nin gününə düşəcək. Müsavatda daha çox şəxsi müstəvidə olan məsələlər müzakirə olunur. İbrahim İbrahimli Müsavatda can qoymuşdu. Sonradan gördü ki, İsa Qəmbərov şəxsi maraqlarına xidmət edir. Məsələn, İsa Qəmbərovun övladlarının ikisi də xaricdə oxuyur, İbrahim İbrahimlinin övladları niyə oxumasın və s... Əsas bir faktı da nəzərdən qaçırmaq olmaz ki, Müsavat partiyasının dağılmasının əsas səbəbkarları İsa Qəmbərov və Arif Hacıyevdir. Əgər bu iki şəxs müxalifətdən getsə normal, ağıllı müxalifət partiyası formalaşdırmaq olar. Müsavatın ideologiyası ilə tutduğu dəsti-xətt uyğun gəlmədiyinə görə, təbii ki, məhv olmağa məhkumdur. AXC, AMİP bu taleyi yaşadı, indi də Müsavat yaşayır. Bunların ideyası bu idi ki, layiq oldu-olmadı, mütləq parlamentdə təmsil olunmalıyıq. Bunlar Azərbaycanın maraqlarını satmaqda davam edirlər".
Məsələyə millət vəkili Fəzail İbrahimlinin də münasibətini öyrəndik. O bildirdi ki, hərə özünə bir ad qoyub və daxildə olan ziddiyyətlər partiyanın parçalanmasına səbəb oldu. Fazil müəllim radikalların Vətəndaş Həmrəyliyi Partiyasına ana müxalifət adı verildikdən sonra bunu gülüşlə qarşılamasına münasibət bildirdi: "Həmin gülüşlər, istehzalar müxalifətin faciəsinin mənbəyidir. Onların çoxusunun ürəyində niyyətləri arzu olaraq qalacaq. Qələbə qazana bilməyən partiyalar tarix səhifəsindən silinir və belə də olacaq. VHP söyüş söymür, təhqiramiz ifadələr işlətmir və sinəsini cırmır".
Təsəvvür edin ki, Müsavatın dağılması ilə ən az iki partiya yaranacaq. Bunların da heç biri gərəkli olmayacaq. Partiyanın gərəkliliyi liderin böyüklüyündən keçir. Müsavatda da ki, böyük-kiçik bilən yoxdur. Kiçiklər qurbağa kimi quruldayır...

Digər xəbərlər