Özü qondarma, fəaliyyəti iflic, rəhbərliyi isə simasız simalarla dolu olan Müsavat partiyasından əsasən siyasilər istefa verdi. Arif Hacıyev, yəqin ki, sevindiyindən ağaca dırmaşıb. Yekəbaşlıq da işə yarayarmış, Arif kişi o qədər iyrənc oldu ki, Sülhəddin Əkbər və İbrahim İbrahimli onun bu yekəbaşlığına dözə bilməyib, Müsavatdan çıxdı. Kələ-Sülhəddin Əkbər getdi, qaldı kərtənkələ , yəni Arif Hacıyev. İsa Qəmbərov isə dələdir, yeyə-yeyə çürük ağacı da puça çıxardıb.
Müsavatın təkcə rəhbərliyindəki şəxslər deyil, adi partiya üzvləri də Müsavatdan çıxacaqlarını bildiriblər. Daşqın adlı Müsavat fəalı deyir ki, "biz gəncik, amma partiyada bizimlə ünsiyyət quran, kömək edən yoxdur. Heç bir perspektiviniz yoxdur. Vaxtında bilsəydim, Müsavata üzv olmazdım". O dedi ki, Müsavat bir-iki adamın əlindədir, başqa heç kəsin fikri nəzərə alınmır. İsa Qəmbərova isə sitayiş olunur. Etibarlı mənbədən əldə etdiyim məlumata əsasən, Müsavat və AXCP (i) soyuq müharibə aparır. AXCP (i)-nin məqsədi odur ki, Müsavat parçalansın və onun aparıcı adamları AXCP (i)-yə üz tutsunlar. Müsavatda isə açıq-aydın görünür ki, İsa Qəmbərov başqanlıqdan gedəcək, Arif Hacıyev başqan olacaq. Partiyada isə Arif Hacıyevə nifrət edirlər. Heç bir tanınmış müsavatçı onun başqanlığını qəbul etməyəcək. Yəni bu iki partiyada "lider"liyi Müsavat qazanmışdı. Lakin proses belə gedir ki, AXCP (i) Müsavatı üstələyəcək, müsavatçıları cəbhəçilərə çevirəcək. Arif Hacıyev başqanlıq məsələsini İsa Qəmbərovla razılaşıb və arxayın oturub. İsa ən uzağı başqanlıqdan gedəcək. İndiyə qədər getməməsinin səbəbi isə onun müxalifət düşərgəsində özünə olan münasibəti öyrənmək istəyidir. O çox gözəl başa düşür ki, Müsavat sütunlarını get-gedə itirir. Sütunsuz partiya isə adi küləklə göyə sovrulur. Arif Hacıyev başqan olacağı təqdirdə, Müsavatda demaqoqizm, özbaşınalıq, şəxsi istəklər və "suka"lıq daha da şiddətlənəcək. Müsavat partiyasında vəziyyət bundan sonra çox dəyişəcək. Bütün bu məsələlərdən başqa partiya ilə "Yeni Müsavat" qəzeti arasında ziddiyyətlər yaranacaq. Belə ki, Rauf Arifoğlu ilə Arif Hacıyev arasında münasibətlərdə ziddiyyətlər yaranacaq. Bir növ partiya ilə qəzet arasında əlaqə kəsiləcək, "Yeni Müsavat"ın Müsavatı müdafiə funksiyasını azaldacaq. Proseslər bütün radikal müxalifətdə eyni istiqamətdə cərəyan edir. Vaxtilə Rəsul Quliyev ADP sədrliyindən çıxdı və ADP parçalandı. Ən əsası ADP-nin bütün təsir imkanları yox oldu. Müsavatda da vəziyyət belə olacaq, qanadlar, lələklər, qulaqlar yaranacaq.
Müsavatın məhv olmasının bir sıra səbəbləri var. İlk növbədə, İsa Qəmbərovla, onun idarəçilik qabiliyyətinin çox aşağı olması ilə əlaqədardır. Təsəvvür edin ki, heç bir sosial bazası olmayan Müsavat heç dost-tanış partiyası kimi də idarə oluna bilmir. İkincisi, partiyanın qeyri-şəffaf maliyyə mənbələrinin təsiri altına düşməsi ilə bağlıdır. Səriştəsizlik, xalq arasında nüfuzun olmaması, daxili düşmənçilik, nə yaxşıdırsa, onu pisləmək ideyası, hamının özünə "siyasi lider statusu" verməsi və s... bu kimi mənfi hallar Müsavatı məhv elədi. Əli Kərimov Müsavatdakı acınacaqlı vəziyyətdən, toyuq xoruzdan ləzzət aldığı kimi, ləzzət alıb sevinir. Əli Kərimov Sülhəddin Əkbəri yanına çəkə bilməyəcək. Çünki Sülhəddin Əkbər İsa Qəmbərova "yox" deyibsə, gör indi Kərimov Əliyə nə deyəcək?! Əgər İsa Qəmbərov Müsavatdan vaxtında getsəydi, ermənilərlə müqavilə bağlayıb, dalda durmasaydı, Müsavat az da olsa bir az gec dağılardı.
Müsavat partiyasından Sülhəddin Əkbərin və İbrahim İbrahimlinin çıxması ilə bağlı Müsavat Divan ("kreslo" üzvü daha məqbuldur) üzvləri danışmaq istəmədilər. Biri dedi ki, Müsavat mənim "dədə yurdum"dur, ordan çıxmaq dədəmin evindən çıxmaq kimi bir şeydir. O biriləri məlumatsız oldular. Başqa biri də başladı demokratiya deyə-deyə çərənləməyə. Halal olsun Arif Hacıyevə, kişi kimi dediyini elədi, hamını çıxardı, özü qaldı. Bambılı kimi...