PDF Oxu

Müxalifət

  • 17

Səhv seçki siyasətinin acı nəticələri

Səhv seçki siyasətinin acı nəticələri

Bəzi dilçi alimlər ulağı bəzən düşüncəsiz, ağılsız insanlardan daha "ağıllı" hesab edirlər. Nəzərə almaq lazımdır ki, ABŞ-da dəfələrlə hakimiyyətdə olmuş Demokratlar Partiyasının  emblemi eşşək rəmzində təsvir olunub. Avstriya, Kanada, Kuba kimi ölkələrdə eşşək sevimli qida məhsulu kimi qəbul olunur. Xülasə, eşşəyin anqırmasını və soncuqlamasını nəzərə almasan, onu müsbət keyfiyyətlərə malik heyvan adlandırmaq olar. Hətta müqayisəli təhlil aparsaq, Rauf Arifoğlu kimi bazar təfəkkürlü "insandan", İsa Qəmbərov, Əli Kərimov, Əvəz Temirxan və bir də Qiyas Sadıqbəyli formatında siyasət adamlarından, eləcə də, bəzi müğənni adına ləkə olan arvadlardan ulaq daha xeyirli və təhlükəsizdir. Fikir verin: Beynəlxalq təşkilatlar, eləcə də,  ayrı-ayrı ölkələrin müşahidəçiləri Azərbaycanda keçirilən 7 noyabr parlament seçkilərini azad və demokratik seçki prosesi kimi dəyərləndirdiyi halda, radikal müxalifət təmsilçiləri hədyan danışır, Afrika cəngəlliklərində yaşayan buşmenlərsayağı mövqe sərgiləyirlər. Bu da, onu deməyə əsas verir ki, 1988-ci il meydan dövründən bu günə qədər radikal müxalifət liderlərinin yalnız kostyumları dəyişib, daxili aləmləri və düşüncə tərzləri isə hələ də, göhnə beyin məhsulu olaraq qalmaqdadır.  
       
İDDİALARIN ƏSİRİ OLMAQ MƏĞLUBİYYƏTİ ŞƏRTLƏNDİRƏN ƏSAS AMİLDİR
Qeyd etmək yerinə düşər ki, "AXCP (i)-Müsavat", "DUİ" blokunun təmsilçiləri, eləcə də, ADP, ALP, AXP və bu kimi digər partiya və blokların məxluqları seçki uğursuzluğunu özlərinin yarıtmaz səhv seçki taktikalarında axtarmaqdansa, başlarını tupikə yönəldir, Andreas Qrossun belə gülüşünə səbəb ola biləcək iddialar irəli sürürlər. Deyirlər ki, guya seçkilərin təbliğat-təşviqat kampaniyasının vaxtı az olub. Yəni, "Oynamaq istəməyən deyər gəlin, yerim dardır" məsəlinə uyğun olaraq, radikal müxalifətdə yarıtmaz seçki taktikasının insanlara çatdırılmasında  vaxtın azlığından qeybət edir. Guya 4-5 ay vaxt olsa idi hay-küylü şoularını insanlara çatdırar və bununla da, seçkilərdə uğur qazana bilərdilər. Amma dərk etmək istəmirlər ki, tarixin gerçək zamanında məğlubların, yaramazların və nəhayət, bataqlığı özlərinə isti məkan edənlərin sivil təbəqəyə qayıtması faktları bu günə qədər qeydə alınmayıb.  Qısası, batan gəmini xilas etmək mümkün olmadığı kimi, məhvə məhkum müxalifətin də xilas edilməsi qeyri-mümkündür. Eyni zamanda, müxalifət iddia edir ki, seçkiləri planlı şəkildə aparmaq üçün onların pulları olmayıb. Deyən gərək, Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanın vasitəsi ilə erməni lobbisinin, "Nauman" təşkilatının, Qərbdəki antiazərbaycan mövqeli qüvvələrin və digər məkrli qüvvələrini  ayırdıqları maliyyə vəsaitləri hara getdi? Təbii ki, həmin milyonlar yeni şəxsi evlərin, xarici avtomaşınların, Türkiyədə, Ukraynada, Rusiyada və digər xarici ölkələrdə obyektlərin alınmasına xərclənib. Çünki radikallar özləri də yaxşı anlayıblar ki, seçkiyə qatılmaq və müxtəlif məzhəkələrin qurulması hələ mandat əldə etmək deyil. Daha doğrusu, onlar seçkilərdə ictimai dəstək qazana bilməyəcəklərini çox yaxşı başa düşmüşlər.  Ona görə də, ən müsbət variant olaraq  xaricdən ayrılan maliyyə vəsaitini şəxsi maraqların ödənilməsinə xərcləmək yolunu seçmişlər. Sual verən gərəkdir ki,  Müsavat başqanı İsa Qəmbərovun Türkiyənin İstanbul və Adana şəhərlərində fəaliyyət göstərən xəz məmulatlar istehsal edən mini- fabriki hansı vəsait hesabına tikilib? Eləcə də, Arif Hacıyev Ankaradakı aptek və "Supermarketi", AXCP (i) sədri Əli Kərimov Ukraynada ayaqqabı fabrikini hansı maliyyə hesabına inşa etdiriblər? Söz yox ki, antiazərbaycan mövqeli qüvvələrin ayırdıqları vəsait hesabına.

XARİCİ QÜVVƏLƏR DƏ ƏLALTILARI KİMİ YARAMAZ ÜNSÜRLƏRDİR
Müxalifətin seçki məğlubiyyəti fonunda xarici maraqlı qüvvələrin də Azərbaycanda öz çirkin planlarını həyata keçirə bilməmələri tərəflərin eyni ağılda və təfəkkürdə olduğunu deməyə əsas verir. O mənada ki, xarici qüvvələr əlaltılarının yarıtmazlıqlarını hər fürsətdə dərk etdikləri halda, onlarla əməkdaşlıqlarını davam etdirirlər. Yəni eşşək məsələsi. Daha geniş anlamda deyilsə, eşşək bir dəfə batdığı yerdən ikinci dəfə keçmədiyi halda, xarici maraqlı qüvvələr əlaltılarının bacarıqsızlıqlarını bildikləri halda, onlarla əlaqələrini davam etdirirlər. Bəziləri iddia edirlər ki, xarici maraqlı qüvvələrin başqa seçim imkanları yoxdur. Çıxış yolu yalnız radikal müxalifəti təlimatlandırmaqla, Azərbaycandakı marqlarını təmin etməyə ümid etməkdir. Bu isə "ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər, sən də yeyib dirçələrsən" məsəlinə bənzəyir. Qısası,  müqayisəli təhlil onu tamamlamağa imkan verir ki, doğurdan da, istər radikal müxalifət təmsilçiləri, istərsə də, onların ağaları olan xarici maraqlı qüvvələr heç də ev heyvanları siyahısına daxil edilən eşşəkdən ağıllı deyillər. Dünən "Xəzər" TV-nin xəbərlər proqramında  göstərilən bir süjetdə kimi onlara vaksinlərin vurulmasına və dezinfeksiya edilmələrinə zərurət var. Hər halda, araşdırmalar bu qənaəti yaradır. Kimsə bununla razılaşmırsa  özləri müstəqil şəkildə araşdırmalar apararaq müəyyən mövqeyə gələ bilərlər. Amma tam əminliklə demək olar ki, bizim araşdırmamızdan fərqli mövqe olmayacaq.

Digər xəbərlər