PDF Oxu

Müxalifət

  • 10

"MBH" lideri Lalə Hacıyeva siyasi arenanı tərk edib

"MBH" lideri Lalə Hacıyeva siyasi arenanı tərk edib
"Azadlıq" siyasi bloku fəaliyyətini dayandırdıqdan sonra bir sıra müxalifət partiyaları ilə yollarını ayırmış "MBH" lideri Lalə Hacıyevanın vəziyyəti ağırlaşıb. Eyni zamanda, AXCP (i) sədri Əli Kərimovun ənənəvi xəyanətkarlığı nəticəsində də, möhkəm stress keçirən L.Hacıyeva düşmüş olduğu durumdan çıxa bilmir. Bir müddət öncə isə, "MBH" lideri müəyyən qədər özünə gəldiyini və müxalifət düşərgəsindəki rəqiblərinə qarşı ciddi mübarizə aparacığını bildirmişdi.
Elə bu məqsədlə də, L.Hacıyeva uzun müddətdir ki, ALP-də sədr əvəzi postunda çalışmış Əvəz Temirxanı sədrlik postuna gətirdi. Düşünülürdü ki, Ə.Kərimovun ona xəyanət edərək, Müsavat başqanı ilə əməkdaşlığa girməsi "MBH" liderinin sərt reaksiyası ilə nəticələnəcək. Məhz onun tərəfindən atılan addımlar da, bunun bir sıra prinsiplərini açıq şəkildə göstərirdi. Amma aradan az bir müddət keçmədi ki, qocaman "MBH" lideri, ümumiyyətlə, özünün siyasi arenanı tərk etməsi barəsində bəyanat verməli oldu. Görünən isə odur ki, radikal düşərgədəki eybəcərliklərə artıq dirəniş göstərə bilməyən L.Hacıyevanın yeganə çıxış yolu məhz bu imiş. Çünki mövcud situasiya düşərgədəki bütün prosesləri tam açıqlığı ilə meydana çıxarıb.
Qeyd edək ki, Azərbaycan Liberal Partiyasının və "Vətəndaş və İnkişaf Partiyası"nın yaratmış olduğu oyuncaq "İnsan naminə" seçki bloku parlament seçkilərində biabırçı məğlubiyyətin təsirindən hələ də qurtula bilməyib. Bir məqamı da vurğulayaq ki, parlament seçkisi öncəsi yaradılmış "İnsan naminə" seçki bloku məhz müxalifət düşərgəsində L.Hacıyevanın rəqiblərini sıradan çıxarmaq məqsədi ilə yaradılmışdı. Çünki radikal düşərgədə bu günə qədər yaradılmış bütün birlik və ya bloklar ancaq bir-birlərinin yolunu kəsmək məqsədilə formalaşdırılıb. Bir faktı da qeyd edək ki, hər seçkiöncəsi yaradılan bu cür oyuncaq birlik və bloklar məhz seçkiyə az bir müddət qalmış tamamilə parçalanır və onlardan əsər-əlamət qalmır. Onu da əlavə edək ki, L.Hacıyeva hələ parlament seçkisi öncəsi siyasətdən gedəcəyini bildirməklə, düşərgə daxilində də müəyyən söz-söhbətlərə səbəb olmuşdu. Eyni zamanda, parlament seçkilərində iştirakdan imtina etmiş L.Hacıyeva, deyəsən, seçkidə qarşılaşacağı biabırçı durumu əvvəlcədən görürmüş. Ona görə də, o, üzüsulu şəkildə siyasi arenadan uzaqlaşmaqla, bir sıra rəqiblərinə də bu cür addım atmaq barəsində mesajlar vermiş oldu.

Digər xəbərlər