PDF Oxu

Müxalifət

  • 19

Əli Kərimovdan ermənilərə növbəti jest

Əli Kərimovdan ermənilərə növbəti jest
Parlament seçkilərindən acı məğlubiyyətlə çıxan radikal müxalifət partiyaları artıq başlarını yerdən qaldırıb günahı öz boyunlarından atmaq iddialarına düşüblər. Radikal düşərgədə antiazərbaycan meyilli qüvvələrlə sıx əməkdaşlıqdan həm mənəvi həm də maddi cəhətdən zövq alan yetkililər növbəti dəfə cəmiyyətin özlərinə qarşı mənfi münasibətindən ibrət götürmək əvəzinə, başqa yollara əl atırlar. Ona görə də, son günlər müxalifət düşərgəsində özlərini bir qədər aktiv siyasətçi kimi gözə soxmağa çalışan müxalifətçilər sırasında AXCP (i) sədri Əli Kərimov da müəyyən iddialarla çıxış etməkdədir. Bir müddət öncə, erməni lobbisinin birbaşa diqtəsi ilə mövqeyində müəyyən dəyişikliklər etmiş Ə.Kərimov havadarlarından növbəti dəfə göstərişlər alıb. Məhz bu səbəbdən də, Ə.Kərimovun son iki gündə gözünə, demək olar ki, yuxu belə getmir. Çünki Ə.Kərimova erməni lobbisi tərəfindən verilmiş yeni göstərişlərdə onlara daha sıx və açıq əməkdaşlıq təklif olunur. Digər tərəfdən isə, seçkidə qarşılaşmış olduqları acı məğlubiyyətin xofundan qurtulmaq üçün Ə.Kərimova bir qədər fərqli qaydada fəaliyyət planı təqdim edilib. Çünki bundan öncəki göstərişlərdə Ə.Kərimovdan ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmaq, iğtişaşlar və aksiyalar keçirmək tələb olunurdu. İndi isə gündəmə uyğun olaraq, havadarları tərəfindən AXCP (i) sədrinə internet üzərində müəyyən təbliğat işləri aparmaq göstərişi verilib. Məhz bu göstərişlərdə Ə.Kərimovdan gənclərin internet şəbəkələrində ermənilərin xeyirinə təbliğat materialları yaymaları barəsində məqamlar da yer alıb. Elə bu səbəbdən də, Ə.Kərimov ətrafında olan üç-beş nəfərin imkanlarından istifadə etməklə, müəyyən diqqət cəlb edən addımlar atmaq niyyətinə düşüb. AXCP (i) sədri Ə.Kərimovun son üç gündə gecə-gündüz fikrə dalaraq, çalışdığı məsələlərdən biri də, xarici donorların gözündə cəlbedici partnyor kimi görünməkdir. Çünki istənilən bir məsələdə cəmiyyətin özünə qarşı mövqeyindən xəbərdar olan Ə.Kərimov bu cür metod və qaydalarla daha çox dividend əldə etmək niyyətinə düşüb. Bu günə qədər müxalifətçiliklə məşğul olmaq adı altından müəyyən oyunlardan çıxan və ancaq siyasət pərdəsi arxasında şəxsi maraqlarını reallaşdırmağa çalışan Ə.Kərimov indiki halda, məhz yeni metodlardan istifadəyə üstünlük verməyə çalışır. Ambisiyalarını gerçəkləşdirmək üçün ancaq gizlin oyunlardan, ermənilərlə açıq iş birliyindən zövq alan Ə.Kərimov nədənsə üç cümləsindən birində cəmiyyətin "iradəsinə" uyğun fikirlər səsləndirir. Hər bir halda, maraqları üçün cəmiyyətin adından çıxış edən, uydurma bəyanatlar səsləndirən və ən nəhayətdə, dəfələrlə ictimaiyyəti aldatmaq üçün atmış olduğu addımlar sonluqda Ə.Kərimov üçün acı nəticələrin formalaşmasını təmin etmiş olub. Amma bir məqamı da, vurğulamaq lazımdır ki, Ə.Kərimov heç bir halda öz maraqlarından kənara çıxa bilməyib. O, ancaq şəxsi prinsiplərini gerçəkləşdirmək üçün var olduğunu və bunun üçün istənilən qüvvə ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. AXCP (i) sədrinin ötən gün tabeçiliyində olan mətbu orqanda səsləndirmiş olduğu riyakarlıqla dolu fikirlərdə də, məhz ermənilərlə işbirliyinin bütün çalarları açıq şəkildə sezilməkdədir. Hələ parlament seçkilərindən öncə, Ə.Kərimova verilmiş göstərişlər və bunun ardınca yenidən AXCP (i)-yə ötürülən dividendlər müqabilində göndərilmiş öhdəliklər bütün mətləblərə işıq salmış olub.

Digər xəbərlər