PDF Oxu

Müxalifət

  • 10

Həyasızlığın son həddi!

Həyasızlığın son həddi!
Bəri başdan onu deyim ki, quduz insan sürüsünə reaksiya vermək quduz it sürüsünə yol vermək kimi bir şeydir. Simasız müxalifət sürüsünə çox da baş qoşmaq lazım deyil, yoxsa daha da şit olurlar. Noyabrın 7-də keçirilən seçkilərə bu simasız sürünün simasız münasibətinə keçək. "Müdrik" Müsavat başqanı və AXCP (i) sədri Əli Kərimov deyir ki, seçkilər tamamilə saxtalaşdırılıb. Onlara təsəlli verən isə ABŞ Dövlət Departamentinin üzdəniraq münasibətidir. Əşi, bir partiya ki, "qoyun"lar yetişdirə, onun ilbəil sosial bazası tükənə, xalqından əli üzüləndə, ermənidən haray istəyə və həmin partiyanın ancaq sədri tanına (özü də satqın kimi) mən bu partiyadan ancaq həyasız və əxlaqsız qərarlar gözləyirəm. O ki qaldı ABŞ-a, görəsən, Dövlət Departamenti hansı pozulmuş insan hüquqlarından danışır? Bəs ABŞ hüququ pozulmuş bir milyondan artıq Azərbaycan qaçqınlarının pozulmuş hüquqlarından niyə danışmır?! Əksinə, ABŞ Konqresində hər il ermənilərə tribuna verilir. Nə yazıq ki, özünü demokratiya ocağı adlandıran ABŞ-a erməni lobbisi təsir edə bilir. Erməni Manukunyanla bizim müxalifətin qardaşlığı da burdan doğur. Yoxsa bizim müxalifəti tanıyan kimdir! Məsələn, Müsavatla AXCP (i)-nin, ümumilikdə, 114 üzvü var və hamısı da deputatlığa namizədliyini irəli sürmüşdü. İşə bax a! Kişilər deyir ki, bizim partiyanın bütün üzvləri deputat olmalıdır. Yoxsa deyəcəm ki, seçki demokratik keçirilməyib və səsimi atacam başıma. Azərbaycan müxalifəti ilə erməni müxalifətinin imzaladığı müqavilənin və sənədin hər bir cümləsinə tüpürüm. Ay "mərhəmətli" müxalifət, niyə anlamırsan ki, bu sənədin mahiyyətində miskin erməni xisləti durur. Üstəgəl də sizin bu sənədə imza atan haram əlləriniz. Necə olur ki, S.Sarkisyan Azərbaycanın xeyirinə olan heç bir sənədə imza atmır, amma Sarkisyandan da murdar erməni müxalifəti guya güzəştə gedəcək? Axı siz kimsiniz?!
Daha əl çəkin Azərbaycanın imicinə zərbə vurmaq fikrindən! Bütün beynəlxalq təşkilatlar 7 noyabr seçkilərini demokratik və şəffaf seçki kimi qiymətləndirirdilər. Yüzlərlə xarici müşahidəçilər bu seçkini demokratiya yolunda atılan növbəti bir addım kimi dəyərləndirdilər. Həmməruzəçilər seçkilərin obyektiv və demokratik keçirildiyi haqda hesabat verdilər. Məncə, Azərbaycana bu da bəsdir. Bizə müəyyən təzyiqlərlə çıxış edən demokratiya məsləhəti lazım deyil. Bizim dövləti yaradanlar və idarə edənlər fenomenal şəxsiyyətlərdir. Onların heç kimin məsləhətinə ehtiyacı yoxdur. O cümlədən də, satqın müxalifətin və bu müxalifəti maliyyələşdirən erməni lobbisinin məsləhətinə.
SAMİR

Digər xəbərlər