PDF Oxu

Müxalifət

  • 8

Hafiz Hacıyev də "qoluboy" adlandırdığı Əli Kərimovun yolunu gedir

Hafiz Hacıyev də "qoluboy" adlandırdığı Əli Kərimovun yolunu gedir
Bundan əlavə, adıçəkilən düşmən təşkilatın digər nümayəndəsi sabiq Ermənistan prezidenti Levon Ter- Petrosyanla da sıx əlaqədə olan Müsavat başqanı məhz Cənubi Qafqazda yaxın gələcəkdə mövqe sərgiləmək üçün razılığa gəliblər. Digər bir tərəfdən isə İ.Qəmbərovun Almaniyaya məlum səfəri müddətində AXCP (i) sədri Əli Kərimov üçün də yeni müəyyən ianələr müqabilində göstərişlər də verilib. Məhz parlament seçkilərinə də, erməni lobbisinin birbaşa diqtəsi ilə qatılan Ə.Kərimov sonluğun onun üçün bu dərəcədə acı bir nəticə ilə bitəcəyini çox gözəl bilirdi. Sadəcə olaraq, Müsavat başqanı İ.Qəmbərovla AXCP (i) sədri Ə.Kərimova erməni lobbisi tərəfindən verilmiş göstərişdə, məhz bu prinsip öz təsdiqini tapmışdı ki, onlar aralarındakı münasibətlərə məhəl qoymadan seçkiyə birgə qatılıb müəyyən dərəcədə çaxnaşmalar, intriqalar, iğtişaşlar törətsinlər. Ə.Kərimov noyabrın 7-də keçirilən seçkidən sonra biabırçı şəkildə məğlubiyyətə uğramağının belə fərqinə varmayaraq, növbəti dəfə ambisiyalarını ortaya qoymağa çalışır. Amma bu dəfə ona, bu çirkin işdə uzun müddət aralarında qalmaqallar yaradaraq, gündəmdə olduğu "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev də köməklik edir. Artıq Müsavat başqanı İ.Qəmbərovla Ə.Kərimovun dırnaqarası iş birliyinə onların köhnə dostu H.Hacıyevin də qoşulması ortadakı bir sıra mətləblərə yenidən aydınlıq gətirilməsini tələb edir.

Hafiz Hacıyev Əli Kərimovla ermənilərin diqtəsi ilə əməkdaşlağa girir

"Azadlıq" Hərərakatçılar Birliyinin sədri Təhmasib Novuzov biziimlə söhbətində H.Hacıyev kimi siyasi fahişələrin cəmiyyətdə yerinin olmadığını, onu kimilərin 90-cı illərin əvvələrində siyasətə maraqlarını təmin etmək üçün qoşulduğunu bildirdi. Qeyd etdi ki, Ə.Kərimovla H.Hacıyev arasında sıx bağlılığın olması onların hər ikisinin bir "əqidəyə" xidmət etdiyini nümayiş etdirir. Ona görə də, H.Hacıyev kimi simasızların, şərəfsizlərin cəmiyyətdə yeri yoxdur. Ancaq üzdəniraq ideyalara xidmət etdiyi üçün mənəiviyyatsızlıq və simasızlıq onların şəxsiyyətində öz təcəssümünü tapıb. Mənəviyyat sarıdan korluq çəkən Ə.Kərimovla İ.Qəmbərov bloku sıralarının H.Hacıyev sayəsində bir qədər də genişlənməsi insanlığın deqradasiyasının son həddi kimi qiymətləndirilir. Daima cinsi azlıqların müdafiəçisi kimi ad çıxarmış Ə.Kərimov üçün H.Hacıyev kimi birisi ilə əməkdaşlığa girməsi və eyni mövqedən çıxış etməsi cəmiyyət tərəfindən heç də təəccüblə qarşılanmır. Çünki kişilik xislətini tamamilə unutmuş, mənəviyyatı sıradan çıxmış H.Hacıyev kimilərinin cəmiyyətdə zərrə qədər də yeri yoxdur. Sadəcə olaraq, onlar istənilən situasiyalarda özlərini cəmiyyətə sırımaqda maraqlı görünürlər. Amma həmişə olduğu məntiqi cavabdan sonra daxili çirkablarını ictimailəşdirməklə iddialarını ortaya qoymağa çalışırlar.
Parlament seçkilərində heç bir uğur əldə edə bilməyənlər sırasında acı və biabırçı məğlubiyyətin təsirindən qurtula bilməyən "Müasir Müsavat" partiyasının sədri H.Hacıyev əsl simasını cəmiyyət üçün nümayiş etdirməkdədir. Onsuz da onun barəsində cəmiyyətimizin üzvləri yetərincə məlumata malikdirlər ki, bu tip hansı yuvanın quşudur. Amma bütün bunlara baxmayaraq, H.Hacıyev müəyyən iddialarla çıxış etməklə, həmkarı "qoluboy" adlandırdığı Ə.Kərimovun "erməni keşişi" hesab etdiyi İ.Qəmbərovun fikirlərinə dəstək olmağa çalışır. Dünənə kimi bir-birinə söymədikləri yeri qalmayan simasızların bu gün bir mövqedən çıxış etməsi onların şəxsiyyət problemi ilə əlaqəli olan məsələdir. Çünki kişilik itəndən sonra insan yaramaz bir ünsürə çevrilir. Əli Kərimov, İ.Qəmbərov və Hafiz Hacıyev kimi.

Digər xəbərlər