PDF Oxu

Müxalifət

  • 17

Əli Kərimov ermənilərlə iş birliyi qurub

Əli Kərimov ermənilərlə iş birliyi qurub
Azərbaycan ictimaiyyəti dəfələrlə radikal müxalifətin ölkəmizin milli maraqlarının əleyhinə olaraq atmış olduğu addımların şahidi olub. Məhz bu gün də müxalifət qüvvələrinin xalqımızın qaysaq bağlamayan yarası olan Dağlıq Qarabağ məsələsindən sui-istifadə etdiyini bütün cəmiyyətimiz görür. Eyni zamanda, müxalifətin öz maraqlarının təmin olunması üçün milli maraqlarımıza zidd təkliflər irəli sürdüyünün dəfələrlə məhz antiazərbaycan meyilli qüvvələrdən bu məsələyə görə müəyyən qarant və göstərişlər aldığı danılmaz faktdır. Azərbaycan cəmiyyəti bütün bunlarla yanaşı, ayrı-ayrı vaxtlarda müxalifət liderlərinin erməni lobbisi ilə işbirliyində olan xarici dairələrlə yaxından təmas qurduğunun da şahidi olub.
Məhz daha sıx şəkildə erməni lobbisi ilə yaxın təmasda olan radikal müxalifət başçıları, onlardan almış olduqları maliyyə yardımları müqabilində, bir sıra göstərişləri də yerinə yetirmək üçün, təbiidir ki, müəyyən öhdəliklər də götürüblər. Artıq etiraf olunası bir fakt da ortalıqdadır ki, uzun illərdən bəri xarici təşkilatlardan aldıqları pullar hesabına anti-azərbaycan yönümlü fəaliyyətlərini davam etdirən müxalifət "liderləri"nin ermənilərlə iş birliyində olması da, artıq öz təsdiqini tapır. Belə ki, son bir neçə ayda ortaya çıxan faktlara baxmaq kifayətdir.
Məsələ burasındadır ki, bir qədər əvvəl, Ermənistan KİV-lərin də AXCP (i) sədri Əli Kərimovun ermənilərlə iş birliyində olması, hakimiyyətə gələcəyi təqdirdə, Dağlıq Qarabağ məsələsi ilə bağlı ermənilərə güzəştə gedəcəyinə dair vədlər verdiyinə dair məlumatlar yayılsa da, Əli Kərimov və onun əlaltıları bu günə qədər bu yöndə heç bir açıqlama verməmişlər. Necə deyərlər, "susmaq razılıq əlamətidir". Elə müxalifət düşərgəsinin təmsilçilərinin davranışlarından da, belə aydın olur ki, Əli Kərimovun ermənilərlə iş birliyi qurması haqqında məlumatları indi yaymaqla, deyəsən, erməni mətbuatı "gecikib". Çünki Azərbaycandakı müxalifət düşərgəsi bu xəbəri adi hal kimi qarşılayır.
Amma Əli Kərimov ermənilərlə iş birliyində olan yeganə siyasi partiya rəhbəri deyilmiş. Bu günlərdə məlum oldu ki, başqa vaxt özünü millətin fədaisi, milli ideologiyanın davamçısı kimi qələmə verməyə çalışan Müsavat başqanı İsa Qəmbərov da bu məsələdə Əli Kərimovdan geri qalmır. Elə buna görə də, istər Müsavat partiyası yetkililəri, istərsə də, AXCP (i) üzvləri bu və ya digər formada çıxışlarında düşmən ölkənin dəyirmanına su tökürlər. Bu da onların hansı xislətə və niyyətə malik olduqlarını daha qabarıq formada cəmiyyətə nümayiş etdirir. Amma bütün bunlarla kifayətlənməyən müxalifətçilər öz mətbuat orqanlarında ermənilərin dövlətimizə qarşı irəli sürdüyü iddiaları təfərrüatı ilə işıqlandırmaqdadır. Yaranmış mənzərədən aydın olur ki, AXCP (i) sədri Əli Kərimov Qərb dairələri ilə yaxından təmas qurmaq və dəstək almaq üçün dəridən-qabıqdan çıxır. Məlumatlara görə, o, hakimiyyətə gəlmək üçün dəstək göstərilməsi müqabilində ciddi vədlər də verib. Həmin dairələrin Azərbaycanda maraqlarının təmin olunacağını vəd edən AXCP (i) sədri Ə.Kərimov Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyi haqda öhdəliyini də üzərinə götürüb. Tək bu faktdan bir daha aydın olur ki, AXCP (i) sədri öz maraqları naminə milli və dövləti maraqları belə qurban verməyə hazırdır. Bu da bütövlükdə cəmiyyətimiz tərəfindən böyük qınaq obyektinə çevrilib. Çünki xəyanətkar və satqın qüvvələrin cəmiyyətdə yeri yoxdur. Müxalifətçilik adı altında ancaq şəxsi maraqlarını güdən və bunun üçün dövləti maraqları belə zərbə altında qoymağa hazır olan Ə.Kərimov düşmən qüvvələrlə əməkdaşlıqdan əldə etmiş olduğu vəsaitlər müqabilində daha iyrənc addımlar atmağa hazır olduğunu bildirmişdir. AXCP (i) sədri Ə.Kərimov üçün mənəvi keyfiyyətlərin belə itməsi onun erməni lobbisi ilə açıq "iş" mübadiləsi aparmasına özünün böyük təsirini göstərib. Dəfələrlə antiazərbaycan meyilli qüvvələrlə qarşılıqlı əməkdaşlıq müqabilində müəyyən göstərişlər və vədlər alan Ə.Kərimov şəxsi prinsipləri üçün istənilən addımı atmağa hazır olduğunu da bəyan edib. Bu isə müxalifət düşərgəsində təmsil olunan qüvvələrin milli maraqlarımızı hər an zərbə altında qoymağa hazır olduğunu açıq şəkildə isbatlamış olur.

Digər xəbərlər