31 saylı ikinci Suraxanı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Əli Kərimov həmin dairədə normal seçki təşviqatı aparmaq əvəzinə açıq-aşkar siyasi manipulyasiya ilə məşğuldur. Diqqəti çəkən odur ki, onun keçirdiyi bütün görüşlərdə demək olar ki, eyni adamlar iştirak edir və bu adamların mütləq əksəriyyəti heç də onun seçiciləri deyillər.
Əli Kərimovun seçki manipulyasiyası
Burada maraqlı və müəmmalı məqamlardan biri də Ə.Kərimovun görüşlərdə iştirak edənlərin eyni adamlar olmasıdır. Qeyd edək ki, Ə.Kərimovla yanaşı, onun keçmiş partiyadaşı Fərəc Quliyev də 31 saylı ikinci Suraxanı seçki dairəsindən deputatlığa namizəddir. Bu mənada, rəqib kimi barışmaz görünən hər iki şəxsin görüşlərdə onların seçicisi olmayan eyni şəxslərlə əhatə olunması kifayət qədər ziddiyyətli, təzadlı məqamdır. Belə görünür ki, hər iki şəxsin bir-birini davamlı şəkildə kəskin ifadələrlə ittiham etməsi əslində yalnız zahiri, aldadıcı əlamətdir. Başqa sözlə, Ə.Kərimovla F.Quliyev keçmiş həmkarlıqları xatirinə, keçirdikləri görüşlərdə süni şəkildə lsay çoxluğu", görüntüsü yaratmaqdan ötrü bir-birlərinə lyardım əli" uzadırlar.
Amma onların siyasi etika çərçivaəsinə sığmayan bu oyunları bir sıra maraqlı məqamları aşkara çıxarır. Bu iki cəbhəçinin yaxın keçmişinə nəzər saldıqda, onların siyasi əxlaq çərçivəsinə sığmayan ikibaşlı oyunları heç də təəccüb doğurmur. Onların hər ikisi bir-birlərini xəyanətkarlıqda, satqınlıqda, milli ideyalara, AXCP-nin ideya-siyasi xəttinə dönük çıxmaqda ittiham edirlər.
"AXCP (i)-Müsavat" bloku xaricdən idarə olunur
"AXCP (i)-Müsavat" seçki blokunun namizədi AXCP (i) sədri Əli Kərimov növbəti dəfə özünü rüsvay edib. Noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak qərarı vermiş Ə.Kərimov xarici donor təşkilatların sifarişi ilə müəyyən "addımlar" atmaq barəsində qərar verib. Çünki parlament seçkilərindən öncə bu prosesə qatılmayacağını bildirən Ə.Kərimov sonradan məhz asılı olduğu dairələrdən almış olduğu göstəriş əsasında qərarını dəyişmək barəsində fikrə düşüb. AXCP (i) sədrinin asanlıqla vermiş olduqları göstərişlərini yerinə yetirməsindən məmnunluq duyan ABŞ və Almaniyada fəaliyyət göstərən erməni lobbisi onu növbəti dəfə "işə" cəlb etmək qərarına gəlib. Məhz yeni göstərişlər sırasında görüləcək işlərin yükünü və çəkisini artırmaq məqsədilə erməni lobbisi Ə.Kərimovdan Müsavat başqanı İsa Qəmbərovla münasibətləri normallaşdırmağı tələb edib. Sonradan yaranacaq "AXCP (i)-Müsavat" seçki blokunun hədəfləri isə heç də noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak prinsipinə söykənmir. Onların belə bir görüntü yaratmaqda yeganə məqsədləri radikal müxalifət nümayəndələri olan AXCP (i) sədri Ə.Kərimovla Müsavat başqanı İ.Qəmbərovdan Azərbaycanda müəyyən iğtişaşlar, dağıntılar, ictimai sabitliyin pozulmasına gətirib çıxaran addımların atılmasında istifadə etməkdir. Erməni lobbisinin sifarişlərini "böyük məmnunluqla" yerinə yetirməkdə israrlı olan Ə.Kərimovla, İ.Qəmbərov bu cür "iş"lər müqabilində külli miqdarda vəsaitlər əldə edirlər. Radikal müxalifət nümayəndələrinin parlament seçkilərinin təbliğat və təşviqat kampaniyasında müəyyən çirkin işlərə əl atması düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.
ARAM MANUKUNYAN "AXCP (İ)-MÜSAVAT" SEÇKİ BLOKUNU MALİYYƏLƏŞDİRİR
Bu ilin oktyabrın 7-də Almaniyada fəaliyyət göstərən və daha çox terror təşkilatlarının maliyyəçisi kimi tanınan "Nauman" təşkilatının sifarişi əsasında Almaniyada səfərdə olan Müsavat başqanı İ.Qəmbərov orada erməni lobbisinin nümayəndələri ilə "səmərəli" görüşlər keçirib. Eyni zamanda, yaxın 5 ildə görəcəkləri işlərin proqramını da təhvil alan İ.Qəmbərov bunun müqabilində külli miqdarda vəsaitlər də əldə edib. Digər tərəfdən isə İ.Qəmbərova AXCP (i) sədri Ə.Kərimova çatdırılacaq "iş" proqramı da verilib. Hər bir göstərişə görə qarşılığını alan Ə.Kərimov bu səbəbdən də, Müsavat başqanını Almaniyadan qayıdarkən, aeroportda böyük sevgi ilə qarşılayıb. Məlum səfər "proqramı"nı daha zəngin və səmərəli etmək üçün İ.Qəmbərov orada olduğu müddətdə Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla qarşılıqla əməkdaşlıq haqqında müqavilə də imzalayıb. Məhz Cənubi Qafqazda yaxın gələcəkdə görəcəkləri "iş"lərin baş planı təsbit olunan bu müqavilənin imzalanmasında Müsavat başqanı çox məmnun qalıb. Çünki bu dırnaqarası anlaşmadan sonra A.Manukunyan dostu İ.Qəmbərova Azərbaycanda yaratmış olduqları "AXCP (i)-Müsavat" seçki blokunun maliyyə yükünü öz üzərinə götürüb. Bu səbəbdən də, İ.Qəmbərov razılaşmış imzalanma proqramından kənara çıxaraq, Almaniyanın Potsdam şəhərinin bir neçə küçə və xiyabanında A.Manukunyanla qol-qola gəzərək, müəyyən tövsiyələr də alıb. Öz növbəsində, A.Manukunyan köhnə dostu AXCP (i) sədri Ə.Kərimova səmimi salamlarını çatdırmağı İ.Qəmbərovdan xahiş edərək, verilmiş olan tapşırığın müqabilində ödənilən vəsaiti ona çatdırmağın vacibliyini söyləyib.
CİNAYƏTKARLARLA ƏMƏKDAŞLIQ MÜQABİLİNDƏ ƏLDƏ OLUNAN ÇİRKLİ
PULLAR ƏLİ KƏRİMOVUN ƏL-QOL AÇMASINA İMKAN VERİR
AXCP (i) sədri Ə.Kərimov qeyd olunan dairələrindən almış olduğu göstərişləri yerinə yetirmək üçün bütün mümkün variantlardan istifadəyə cəhd edir. Bu səbəbdən də, Ə.Kərimov "AXCP (i)-Müsavat" seçki blokunun namizədi kimi paralament seçkilərində iştiraka qərar verdikdən sonra onun seçicilərlə görüşünə cangüdənlərindən, çayçısından, katibəsindən və sürücüsündən başqa kimsənin gəlmədiyi inkaredilməz faktdır. Amma Ə.Kərimov başda olmaqla onun tərəfdarları bu cür faktlar ortalıqda ola-ola ucuz, məntiqdən uzaq prinsiplərdən istifadə edirlər. Amma hər bir addımlarında cəmiyyətin hiddəti ilə qarşılanan Ə.Kərimov tərəfdarları yolu yarısından dönməyi də özləri üçün optimal variant görürlər. Çünki AXCP (i) sədrinin seçicilərlə üz-üzə çıxaraq deməyə sözü, danışmağa dili yoxdur. Zaman-zaman xalqın gözünə baxa-baxa yalanlar uyduran, vətəndaşların adından ucuz bəyanatlar verən Ə.Kərimovun sonluqda bu mənzərə ilə qarşılanması labüd idi.