PDF Oxu

Müxalifət

  • 7

Əli Kərimov rəqiblərinin qarşısından qaçdı

Əli Kərimov rəqiblərinin qarşısından qaçdı
Təbliğat-təşviqat kampaniyasının gedişində radikal müxalifət düşərgəsini təmsil edən bir sıra deputatlığa namizədlərin rəqibləri ilə açıq debatlardan, disskusiyalardan qaçması diqqətdən yayınmır. Belə ki, 31 saylı ikinci Suraxanı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd, AXCP (i) sədri Əli Kərimov dünən - oktyabrın 29-da İctimai Televiziyada ona ayrılan 4 dəqiqəlik pulsuz efir vaxtından istifadə etməyib. Ə.Kərimovun seçicilərlə efirdən canlı ünsiyyət qurmaq üçün yaradılan bu imkandan istifadə etməməsi böyük təəccüb doğurur. Belə görünür ki, onun seçicilərə söyləməyə, ümumiyyətlə, sözü qalmayıb. Digər tərəfdən, belə nəticə çıxarmaq mümkündür ki, o, məhz öz rəqiblərindən çəkindiyindən, onların konkret faktlara söykənən tənqidi fikirləri müqabilində hər hansı arqumenti olmadığından bu debata qatılmayıb. Qeyd edək ki, Ə.Kərimovun müvafiq seçki dairəsindən namizədliyi qeydə alınmış rəqibləri - xüsusən, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Əhəd Abıyev və Fərəc Quliyev Ə.Kərimovu kifayət qədər sərt tənqid ediblər. AXCP (i) sədrinin baş verənləri seyrçi kimi kənardan, ekran qarşısında izləməsi, əslində, razılıq əlaməti kimi də yozula bilər. Baş verənlər AXCP (i) sədrinin, iddialarının əksinə olaraq, seçkidə real, açıq, sağlam mübarizə aparmaq iqtidarında olmadığını göstərir. Maraqlıdır ki, qrafikə əsasən, Ə.Kərimovla birgə debatda iştirak etməli olan 30 saylı birinci Suraxanı seçki dairəsindən deputatlığa namizəd Arif Hacıyev də müvafiq müzakirələrə qatılmayıb. Bu mənada, AXCP (i)-Müsavat blokunun hər iki namizədinin öz opponentlərini cavab vermək istəməməsi radikal düşərgə təmsilçilərinin deməyə, söyləməyə sözü qalmadığını göstərir. Bu mənada, canlı efirdə 4 dəqiqə ərzində seçicilərə müraciət etməyə bir söz tapa bilməyənlərin Milli Məclis üzvlüyünə iddia etməyə, ən azı, mənəvi haqqı çatmır.

Digər xəbərlər