PDF Oxu

Müxalifət

  • 19

İSA QƏMBƏROVUN ERMƏNİLƏRƏ SEVGİSİNİN SƏBƏBİ BƏLLİ OLUR

İSA QƏMBƏROVUN ERMƏNİLƏRƏ SEVGİSİNİN SƏBƏBİ BƏLLİ OLUR
Zaman-zaman müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin müxtəlif qüvvələrlə işbirliyinə malik olmaları barədə mətbuatda yazılar dərc olunub. Keçirilən toplantılarda bəzi konstruktiv mövqeli müxalif partiya sədrləri də radikal liderlərin Azərbaycanın milli maraqlarına qarşı çıxmalarına dair ittihamlar səsləndiriblər. "KAXCP" sədri Mirmahmud Fəttayev təəssüf hissi ilə bəzi partiya sədrlərinin əllərinin Qərbin müəyyən dairələrinin cibində olması barədə fikirlər səsləndirmişdir. BAXCP sədri Qüdrət Həsənquliyev, BQP sədri Fazil Qəzənfəroğlu və digərləri də radikal partiya sədrlərinin qaranlıq fəaliyyətlə məşğul olmalarına dair mətbuata açıqlamalar vermişlər.
Konkret faktlara istinad edərək, qeyd etmək lazımdır ki, Rusiya hərbi sənayesinin zavod direktorlarından biri olan Sakit Abdullayev AXCP (i) sədri Əli Kərimova külli miqdarda maliyyə yardımı verdiyini qeyd etmişdir. S.Abdullayev onu da söyləmişdi ki, ayırdığı vəsait müqabilində Ə.Kərimov heç bir əməli iş görməmiş, maliyyəni yalnız öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Bundan bir qədər əvvəl də Ə.Kərimovun dəstə üzvlərindən olan Ruslan Bəşirli Gürcüstanda Ermənistan xüsusi xidmət orqanı əməkdaşları ilə əməkdaşlıq əlaqələri quran zaman ifşa olunmuşdur. Bu cür biabırçılığı Müsavat başqanı İ.Qəmbərov da ermənilərlə eyni mövqedən çıxış etməklə davam etdirmişdir. Bu günlər Almaniyada səfərdə olduğu zaman erməni sevgilisini erməni müxalifətinin liderlərindən olan Aram Manukunyanla müqavilə imzalamaqla daha da möhkəmlətmişdir. Rəzalət hesab olunan bu müqavilənin bəndlərində İ.Qəmbərov Dağlıq Qarabağla bağlı Ermənistana güzəştə gedilməsinə dair üzərinə öhdəliklər götürməyə hazır olduğunu nümayiş etdirmişdir. Halbuki Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qəti etiraz nümayiş etdirən İ.Qəmbərov A. Manukunyanla saziş imzalamaqla bütün addımlarında qeyri-səmimi olduğunu nümayiş etdirir. Bəzən hansısa qeyri-hökumət təmsilçisinin Ermənistana səfər etməsinə də İ.Qəmbərov sərt təpki nümayiş etdirmişdir. Sual oluna bilər. Nədən İ.Qəmbərov gözlənilmədən A.Manukunyanla saziş imzaladı?

14 MİLYONA İMZALANAN SAZİŞ

Araşdırmalara və əldə olunan sənədlərə görə, İ.Qəmbərov erməni ümummilli hərəkatının lideri ilə müqavilə imzalamasını Qərbin bəzi dairələri təşkil edib. Bunun müqabilində İ.Qəmbərova 14 milyon dollar ödənildiyi bildirilir. Məsələnin həll edilməsi prosesini isə Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gillin vasitəsilə nail olub. Maliyyə vəsaitinin Norveçin banklarına köçürülməsi də vasitəçinin hansı tərəfi dəstəklədiyini üzə çıxarır.
Söz yox ki, maliyyə ödənişləri heç də o demək deyil ki, Müsavat partiyası və onun başqanı İ.Qəmbərov hakimiyyət uğrunda gedən uğursuz mübarizəsində nəyəsə nail ola biləcək. Bunun real olmadığını pullarını sağa-sola səpələyən dəllallar da gözəl başa düşürlər. Aydın şəkildə dərk edirlər ki, Azərbaycanda hakimiyyətlə xalq arasında güclü vəhdət mövcuddur. Xalq hakimiyyətin apardığı daxili və xarici siyasəti birmənalı şəkildə dəstəkləyirlər. Bununla yanaşı, həmin dəllallar başa düşürlər ki, Azərbaycanda müxalifətə dəstək mövcud deyil. Sadəcə, milyonların xərclənməsi yalnız ölkədəki demokratik proseslərə, vətəndaş cəmiyyəti quruculuğuna xələl gətirməyə hesablanır. Radikal partiyalar pulla ələ aldıqları muzdlar vasitəsilə qarışıqlıq yaratmağa, pozuculuq aktları həyata keçirməyə səylər göstərəcəklər, təbii ki, bu halda asayiş keşikçiləri qanuna zidd əməllərin qarşısının alınması üçün əməli addımlar atacaqlar. Bu halda züy tutmağa hazır olan xarici maraqlı qüvvələr Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu, demokratik proseslərə əngəllər yaradıldığı iddiası ilə hay-küy qaldıracaqlar. Parlament seçkiləri olduğunu nəzərə aldıqda yerli və xarici qüvvələrin bəd niyyətlərinin daha güclü olduğunu başa düşməmək mümkün deyil.

İSA QƏMBƏROVUN "ARARAT" FİRMASI İLƏ BİZNES ƏLAQƏLƏRİ
Xatırlamaq lazımdır ki, milli azadlıq hərəkatının Azərbaycanda geniş vüsət aldığı məqamlarda diribaş dələduzlardan bəziləri kimi, İ.Qəmbərov da ortaya atılıb boğazdan yuxarı qışqıranlardan olmuşdur. Məqsədi də vəzifə əldə etmək və bununla da, laborant vəzifəsinə "əlvida" demək olmuşdur. Bu diribaşlığın və qarşıya qoyulan məqsədlərə xarici dəstəyin verilməsi İ.Qəmbərovu, doğurdan da, vəzifə kreslosunda oturmasını təmin etdi. AXC-Müsavat hakimiyyəti dönəmində Ali Məclisin sədri olan İ.Qəmbərov fəaliyyətini Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə yönəltməkdənsə, varlanmağa, geniş maliyyə imkanları əldə etməyə çalışdı. Məhz buna görə də, ermənilər fürsətdən yararlanıb, Dağlıq Qarabağda torpaqlarımızı işğal etməyə başladı. Tarixi faktlara əsasən, demək olar ki, torpaqlarımızın işğal edilməsi İ.Qəmbərovu tamamilə narahat etməmişdir. Əgər onda az da olsa milli təəssübkeşlik hissi olsaydı, ermənilərin özlərinin Dağlıq Qarabağ problemi sülh yolu ilə həll etmək təşəbbüslərinə biganə qalmazdı. Əldə etdiyimiz sənədlərə görə, 1992-ci ilin oktyabrın 13-də Ermənistan parlamentinin 56 üzvünün imzası ilə o vaxt Azərbaycan Ali Məclisinin sədri olan İ.Qəmbərova Dağlıq Qarabağ probleminin həll edilməsi üçün səyləri birləşdirmək barədə müraciət ünvanlanmışdır. Həmin müraciəti şəxsən Ermənistan parlamentinin o vaxtkı üzvü Aşot Beleyan şəxsən özü İ.Qəmbərova təqdim etmişdir. Amma İ.Qəmbərov münaqişənin uzanmasında maraqlı olduğunu sənədi gizlətməklə nümayiş etdirmişdir. Məlumata görə, İ.Qəmbərov A.Beleyanla biznes əlaqələrini qurmaq mövzusunda müzakirələr aparmağa daha çox üstünlük vermişdir. Hətta İ.Qəmbərovun Patrik Arkadi ilə əlaqələrinin yenidən bərpa edilməsi üçün A.Beleyandan vasitəçi olmasını xahiş etmişdir.
Bir sözlə, İ.Qəmbərovun və Ə.Kərimovun erməni dəyirmanına su tökmələrinin tarixi qədimdir. Ona görə də, onların ermənilərlə bugünkü əlaqələrindən təəccüblənməyə dəyməz. Diqqətçəkən məqam isə bu cür ünsürlərin Azərbaycanda yaşamağa haqlarının nə qədər çatmasıdır?

Digər xəbərlər