PDF Oxu

Müxalifət

  • 11

Ermənilərlə iş birliyində olan “liderləri”in siyahısı genişlənir

Ermənilərlə iş birliyində olan “liderləri”in siyahısı genişlənir
Azərbaycandakı bəzi siyasi partiyaların və onların "liderləri"nin Azərbaycanın milli və dövlətçilik maraqlarının əleyhinə fəaliyyət göstərməsinə dair illərdən bəri cəmiyyətdə mövcud olan fikirlər artıq real faktlarla təsdiqini tapmağa başlayıb. Qeyd edək ki, bir neçə il əvvəl AXCP (i) gənclər təşkilatının nümayəndəsi Ruslan Bəşirlinin ermənilərlə əməkdaşlığından bəhs edən görüntülər ortaya çıxarkən, həmin kadrların reallığı əks etdirmədiyini iddia edən AXCP (i) sədri Əli Kərimov danılmaz faktlar qarşısında qaldığını gördükdən sonra Ruslan Bəşirlinin onlarla heç bir bağlılığının olmadığını iddia edərək, cəmiyyət qarşısında özünü sığortalamağa çalışmışdı. Amma bu gün ortaya çıxan məlumatlar daha ciddi və realdır.
Hətta iş o yerə çatıb ki, uzun illərdən bəri xarici təşkilatlardan aldıqları pullar hesabına antiazərbaycan yönümlü fəaliyyətlərini davam etdirən müxalifət "liderləri"nin ermənilərlə iş birliyində olması da artıq öz təsdiqini tapır. Bunun üçün çox da uzağa getmək lazım deyil. Son bir ayda ortaya çıxan faktlara baxmaq kifayət edir.
Məsələ burasındadır ki, bir qədər əvvəl, Ermənistan KİV-də AXCP (i) sədri Əli Kərimovun ermənilərlə iş birliyində olması, hətta ermənilərə hakimiyyətə gələrsə, Dağlıq Qarabağ məsələsi ilə bağlı güzəştə gedəcəyinə dair vədlər verdiyinə dair məlumatlar yayılsa da, Əli Kərimov və onun əlaltıları bu günə qədər də həmin məsələyə dair əsaslı ciddi fikirlər ortaya qoymayıblar. Necə deyərlər, "susmaq razılıq əlamətidir". Elə müxalifət düşərgəsinin təmsilçilərinin davranışlarından da belə aydın olur ki, Əli Kərimovun ermənilərlə iş birliyi haqqında məlumatları indi yaymaqla, deyəsən, erməni mətbuatı "gecikib". Çünki Azərbaycandakı müxalifət düşərgəsinin özündə belə bu xəbəri hamı adi qarşılayır.
Amma Əli Kərimov ermənilərlə iş birliyində olan yeganə siyasi partiya rəhbəri deyilmiş. Bu günlərdə məlum oldu ki, başqa vaxt özünü millətin fədaisi, milli ideologiyanın davamçısı kimi qələmə verməyə çalışan Müsavat başqanı İsa Qəmbərov da bu məsələdə Əli Kərimovla eyni sırada dayanır. Belə olmasaydı, Müsavat başqanı Erməni Milli Hərəkatı ilə əməkdaşlıq etməyə maraq göstərməzdi. Onu da qeyd edək ki, Erməni Milli Hərəkatı qatı millətçi təşkilat olmaqla yanaşı, həmin hərəkatda təmsil olunan insanların əksəriyyəti də vaxtilə Azərbaycan torpaqlarının işğalına "xeyir-dua" verən, bu gün də erməni gəncləri arasında türkə qarşı düşmənçilik aşılayan ideoloqlardır. Özünü Azərbaycanda "ana müxalifət" adlandıran bir partiyanın və onun başqanı İsa Qəmbərovun məhz belə insanların təmsil olunduğu Erməni Milli Hərəkatı ilə əməkdaşlıq qurması, el dili ilə desək, "nə hansısa kitaba, nə də dəftərə sığışası məsələ deyil".
Çünki bu faktın mövcudluğu artıq kimin kim olduğunu açıq şəkildə ortaya qoyur. Belə görünür ki, bir çox hallarda xarici təşkilatların "parası"nı bir yerdə yeməyə öyrəşmiş Əli Kərimov və İsa Qəmbərova bu pullar azlıq edib. Hər iki "lider" hər şeyi, hətta İsa Qəmbərov soy-kökünün bağlı olduğu torpaqların da bu gün də ermənilərin işğalı altında olduğunu ayaq altında qoyaraq, özünün maddi maraqlarının təmin olunmasını hər şeydən üstün tutur. Belə olmasaydı, Qəmbərov ermənilərlə əməkdaşlığa getməzdi. Amma belə də götürəndə, bu, Müsavat başqanının "siyasi fəaliyyəti" dövründə rast gəlinən ilk hadisə deyil. Bir neçə il əvvəl İsa Qəmbərov öz partiyasının, hətta Avropada belə imici ilə bağlı problemləri olan partiyalarla əməkdaşlıq etməsinə razılıq verməzdi.
Amma Azərbaycan müxalifətinin nə Azərbaycan xalqına qarşı etdiyi xəyanətləri, nə də bu düşərgədən çıxan xəyanətkarların sayı azalmır. Elə bu günlərdə Bakıda "Sosialist İnternational" xətti ilə keçirilən beynəlxalq konfransa Sosial - Demokrat Partiyasının Ermənistanın Daşnaksutyun partiyasının nümayəndələrini dəvət etməsi və erməni daşnaklarının bəh-bəhlə yuxarı başa keçirilməsi də müxalifət düşərgəsinin ermənilərlə əməkdaşlıq edən "liderləri"nin siyahısının getdikcə böyüdüyünü düşünmək üçün bir daha əsas yaratdı. Çünki həmin tədbirə daşnakların dəvət edilməsi ilə bağlı verilən açıqlamalardan belə çıxdı ki, "guya daşnaklar Bakıya dəvət olunmasaydı, dünya dağılardı". Hər kəsə aydındır ki, "sosdemçi"lərin marağı heç də bu deyil. Ortada olan maraqlar yalnız və yalnız pul maraqlarıdır. Odur ki, artıq Əli Kərimov və İsa Qəmbərovun "liderlik" etdiyi siyahıya onlardan sonra "sosdemçi" Araz Əlizadə də öz adını yazdı. Maraqlıdır, görəsən, qarşıdakı proseslərdə kimlərin adı ermənilərin tutduğu siyahıya düşəcək?

Digər xəbərlər