PDF Oxu

Müxalifət

  • 12

İsa Qəmbərovu ermənilərlə hansı cəhətlər bağlayır?

İsa Qəmbərovu ermənilərlə hansı cəhətlər bağlayır?
Oktyabrın 7-də Almaniyanın Potsdam şahərində erməni partiya rəhbəri ilə sıx görüşlər keçirən Müsavat partiyasının başqanı İsa Qəmbərov bu əlaqələrin təzə olmadığını və onları sovetlər dönəmində birgə fəaliyyət prinsipləri bağladığını açıqlayıb. Eyni zamanda, İ.Qəmbərov R.Manukunyanla yenicə imzaladıqları qarşılıqlı fəaliyyət barəsində müqavilənin də, aralarındakı münasibətlərdə yeni mərhələ açacağını bildirib. Müsavat partiyasının başqanı ilə Ermənistan Ümummilli Hərəkatının idarə heyətinin sədri A.Manukunyanın görüşünün birbaşa təşkilatçısı olan Almaniyada fəaliyyət göstərən erməni lobbisinin nümayəndələri də, bu müqavilənin imzalanmasından məmnun qalıblar. Uzun müddətdir ki, Müsavat partiyası ilə əlaqələrinin olması və aralarında rəsmi bir müqavilənin olmaması erməni lobbisinin nümayəndələrində bir qədər narahatçılıq doğururmuş. Elə bu məqsədlə də, onlar Müsavat başqanına yeni vədlər və imtiyazlar barəsində fikirlərini çatdırıb, qarşılıqlı əlaqələri daha geniş anlamda nizama salacaq müqavilənin imzalanmasına cəlb etmiş olublar. Hər zaman xarici donor təşkilatların və antiazərbaycan meyilli qüvvələrin malik olduğu imkanlara qarşı böyük maraq bəsləyən İ.Qəmbərov sonluqda bu "iş"ini yaxşı bir sonluqda yekunlaşdırmış olub. Çünki başqan İ.Qəmbərov A.Manukunyanla çoxdandır ki, əlaqələrini rəsmiləşdirmək barəsindən səylər göstərirdi. Bundan əlavə, erməni lobbi nümayəndələri və digər antiazərbaycan meyilli qüvvələr də, İ.Qəmbərova vermiş olduqları vəsaitlərin müqabilində Ermənistandakı real qüvvələrlə əlaqələri genişləndirmək tapşırılmışdı. Yuxarıda sadaladığımız faktlardan da, açıq şəkildə İ.Qəmbərovun ermənilərə qarşı simpatiyasının olduğu və onlardan olan istənilən təşkilat və qurumla əməkdaşlıqda maraqlı olduğu sezilir. Bu baxımdan da nümayiş etdirdiyimiz bu cür faktları heç bir şərhlə, izahla analiz etməyə gərək qalmayır. Onu da, əlavə edək ki, Almaniyaya İ.Qəmbərovun naməlum şəraitdə çağırılması və onun orada keçirmiş olduğu görüşlərin bir çoxunun ictimaiyyətdən gizlədilməsi də, Müsavat başqanının bu "iş"ə planlı şəkildə hazırlışmasından xəbər verir. Daima Azərbaycana qarşı düşmən mövqedə olan ölkələrin dəyirmanına su tökməklə məşğul olan İ.Qəmbərov məhz bu səbəbdən də bu günə qədər siyasi arenada özünü riyakar bir fiqur kimi tanıda bilib. Müsavat başqanının erməni qayğıkeşliyi və təəssübkeşliyi ilə bağlı ortalıqda olan faktlar isə bu məsələdə inkaredilməz faktların olmasını təsdiqləmiş olur. Çünki bir müddət öncə də, erməni lobbisinin birbaşa diqtəsi ilə qarşılıqlı əməkdaşlığa başlamış olduqları AXCP (i) sədri Əli Kərimov da, Müsavat başqanı İ.Qəmbərov kimi erməni "sevgisini" gizlədə bilməyin. Ölkəmizin ən ağrılı və həssas məsələsi olan Dağlıq Qarabağ probleminin həllində ermənilərə güzəştə getməyin "prinsiplərindən" dəm vuran Ə.Kərimov düşmən dövlətin məkrli siyasətinə hansı qüvvənin diqtəsi ilə dəstək verir? Məhz Ə.Kərimovun bu satqınlıq və riyakarlıq prinsiplərini özündə ehtiva etmiş olan bəyanatından sonra Almaniyaya məlum səfər müddətində Ermənistan vətəndaşı və həmin ölkədə siyasi partiya rəhbəri kimi fəaliyyət göstərən şəxslə sıx təmasda olan İ.Qəmbərov da, "dost"undan geri qalmadığını nümayiş etdirməyə çalışıb. Bütün bu sadalananlar və radikal müxalifət düşərgəsində baş verən gizlin olaylar, onu deməyə əsas verir ki, sonun başlanğıcı müxalifətin iç üzünün açılması ilə müşahidə olunur.

Digər xəbərlər