PDF Oxu

Müxalifət

  • 17

İsa Qəmbərov Aram Manukyanla müqavilə imzaladı

İsa Qəmbərov Aram Manukyanla müqavilə imzaladı
Radikal müxalifət düşərgəsinin bir sıra terrorçu təşkilatlarla, entik dağıdıcı qruplarla əməkdaşlığı ilə bağlı dəfələrlə cürbəcür faktlar ortaya çıxıb. Çünki sosial bazasını itirmiş, bütün imkanlardan özünü məhrum etmiş radikal müxalifət partiyaları ancaq bu cür təşkilatlarla əməkdaşlıq müqabilində müəyyən vəsaitlər əldə edirlər.
Amma təəccüblü hal ondan ibarətdir ki, radikal müxalifət partiya rəhbərləri heç bir halda bu faktları qəbul etməyərək, hər şeyə öz bildikləri prizmadan izah verməyə çalışırlar. Fakt qarşısında isə istənilən izahın məntiqsiz olduğunu yaddan çıxaran radikal müxalifət partiya sədrləri an- tiazərbaycan meyilli qüvvələrlə əməkdaşlıq müqabilində əldə etdikləri qazancı itirməmək üçün var-gəl edirlər. Bir neçə gün öncə Almaniyaya çağırılan Müsavat başqanı İsa Qəmbərova da məhz vermiş olduğu hesabatın qarşılığında yeni göstərişlər müqabilində böyük məbləğlər vəd edilib. Digər bir məqam isə ondan ibarətdir ki, daima vətənpərvərlikdən, milli dəyərlərdən ağız dolusu danışan İ.Qəmbərov erməni partiya sədri ilə səmimi görüşlər keçirib. Müsavat başqanı ermənistanlı həmkarı ilə münasibətlərinin davamlı inkişafından bəhs edərək, əlaqələri bundan sonra daha da irəliyə aparmaq barəsində düşüncələrini bölüşdürüb. Öz növbəsində, Ermənistan Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukyan da, İ.Qəmbərovla aralarındakı münasibətlərdən məmnunluğunu ifadə edib. Bu faktı qeyd etməklə, onu izah etməyə çalışırıq ki, özünü "ana müxalifət" sayan Müsavat başqanı İ.Qəmbərov ermənilər üçün bu qədər alışıb-yanırsa, vay "bala müxalifətin" halına. Məhz yuxarıda sadalanan faktı geniş oxucu kontingentinə təqdim edərək, cəmiyyətin yararsız və satqın müxalifətin əməlləri barəsində əldə etmiş olduğu bilgilərini genişləndirmək niyyətindəyik. Çünki İ.Qəmbərov vətənə qayıdanda, sonra ona sübut etmək olar ki, sənin erməni Aram Manukyanla nə işin vardı?
Daima Azərbaycanın düşmənləri vətənimizin inkişafını görmək istəməyən qüvvələrlə əməkdaşlıqda maraqlı olan İ.Qəmbərov bu dəfə açıq şəkildə öz niyyətini nümayiş etdirməli olub. Vətənə və xalqa xəyanətin cəzasının ağır olduğunu və xalqın gözündə hansı səviyyədə qarşılandığını, deyəsən, tamamilə yaddan çıxaran Müsavat partiyasının başqanı İ.Qəmbərov zaman-zaman gördüyü bu kimi "iş"lərindən razı görünür. Birmənalı şəkildə onun maliyyə imtiyazlarını təmin edən bu təşkilatlar və erməni lobbisi bundan sonra İ.Qəmbərova əməkdaşlıq müqabilində hansı vədləri verəcək, görəsən? Görünən isə odur ki, erməni lobbisi ilə "iş"ini sıx şəkildə qurmuş İ.Qəmbərov özü üçün yeni imkanlar açmaq niyyətindədir.
Bir faktı da, qeyd edək ki, bir müddət öncə, Müsavat partiyası ilə sıx əməkdaşlıqda olan AXCP (i) sədri Əli Kərimov da, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistana güzəştə getməyin vacibliyini bildirmişdi. Hətta bir qədər də, başından yekə düşüncələrə qərq olmuş AXCP (i) sədri Ə.Kərimov hakimiyyətə gəldikləri müddətdə istənilən şərtlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana güzəştə gedəcəklərini söyləmişdi. Məhz son 15 gün ərzində radikal müxalifət düşərgəsində özlərini aparıcı siyasi qüvvə kimi göstərməkdə maraqlı olan iki şəxsin Ə.Kərimov və İ.Qəmbərovun Ermənistanla bağlı əlaqələrinin ortaya çıxması müxalifətin ümumi mənzərəsini yenidən açıq şəkildə cəmiyyətə təqdim etmiş olur. Çünki bu faktlar ortalıqda ola-ola müxalifət yetkililərinin digər məsələlərdən danışması qeyri-reallıqdan başqa bir şey deyildir.
Qeyd edək ki, Müsavat partiyasının başqanı İ.Qəmbərov bir müddət öncə, Almaniyada fəaliyyət göstərən və daha çox terrorçu və radikal meyilli qüvvələrə dəstək verən "Nauman" təşkilatının sifarişi ilə həmin ölkədə olub. Bir sıra donor təşkilatlarla əməkdaşlıq barəsində müqavilələr imzalayan İ.Qəmbərov səfərini rəngarəng etmək üçün digər addımlar da atıb. Məhz oktyabrın 7-də Almaniyanın Potsdam şəhərində Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili, Ermənistan Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukyanla əməkdaşlıq və qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək barəsində müqavilə imzalayan Müsavat başqanı İ.Qəmbərov niyyətinin məkrini açıq şəkildə ortaya qoymuş olub. Onu da əlavə edək ki, Potsdam şəhərində A.Manukyanla gizlin şəkildə də, görüşlərini davam etdirən İ.Qəmbərov macərasında da geri qalmayıb. Fürsət düşmüşkən Almaniya-Türkiyə milliləri arasındakı görüşü də izləyən Müsavat başqanı, hətta həmin vaxt stadionda futbol yarışını izləməyə gəlmiş Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşə can atıb. Lakin görüş barəsində rədd cavabı alan İ.Qəmbərov Türkiyə baş nazirini sonradan saymazlıqda ittiham edib.
Amma görünür türk nazir İ.Qəmbərovu A.Manukyanla Almaniyanın Potsdam şəhərinin küçələrində qol-qola gəzərkən görüb və o üzdən də onunla görüşdən imtina edib.
Bu yazıda sadalanan bütün faktlar, müxalifətin yarı gizli, yarı aşkar düşmən ölkə və təşkilatlarla ələqələri bir daha isbat etdi ki, ölkəmizdə hələ də öz maraqları naminə iyrənc əməllərə əl atmağa hazır olan qüvvələr qalmaqdadır.

Digər xəbərlər