PDF Oxu

Müxalifət

  • 14

"Müxalifətin bütün sifətlərini görmüşük"

"Müxalifətin bütün sifətlərini görmüşük"
Məlum olduğu kimi, bu günlərdə ALP sədr əvəzi Əvəz Temirxan, nəhayət ki, "surətdən" "orginala" , yəni sədr postuna yiyələndi. Posta yiyələnməsi ilə də Ə.Temirxan düşərgə sakinlərinin tənqidinə düçar oldu. "Əvəz Temirxan normal düşüncəli deyil" fikrini söyləyən Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov parlament seçkilərində onun iştirakının zəruriliyi barədə açıqlamalar səsləndirib. E.Məmmədov onu da bildirib ki, Ə.Temirxan mətbuata açıqlamasında onun ünvanına ittihamlar səsləndirərək, milli istiqlalçılar arasında ziddiyyətlər yaratmaq istəyir.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov da əks tərəfi cavabsız qoymayıb. O, ALP sədrinin söylədiklərini uydurma adlandırıb: "Müxalifət düşərgəsinin təmsilçiləri dəfələrlə bildiriblər ki, Əvəz özünü müalicə etdirməlidir. Bu səbəbdən də biz ALP sədrinin sözlərinə ciddi əhəmiyyət vermirik". O, Ə.Temirxanın AMİP liderinin müxalifətin birliyini pozması barədə ittihamlarını da rədd etdi. Vurğuladı ki, E.Məmmədov heç vaxt müxalifət əleyhinə addım atmayıb: "Əvəzi siyasətçi olaraq qəbul etmirik. Lakin demək istəyirəm ki, müxalifət deyilən bir qismin seçkiləri boykot taktikası özünü doğrultmadı".
Eynilə İsa Qəmbərov və Müsavat başqanının müavini, deputat Arzu Səmədbəyli ALP sədri Ə.Temirxanı savadsız adlandırmaqla parlament seçkiləri ərəfəsi onun söylədiklərini sayıqlama kimi dəyərləndiriblər. Hər iki müsavatçı Ə.Temirxanın parlamentdə oturmağa layiq olmadığını vurğulayıblar: "Müsavatla ALP-ni tərəzinin eyni gözünə qoymağı doğru deyil. ALP hansı lider və sosial baza ilə seçkilərə qatılmaq istəyir? "Ac toyuq yuxuda darı gördüyü" kimi, ALP sədri də çox şeylər arzulayır. Bu isə ona nəsib olan istək deyil". Ə.Temirxan ona qarşı ittihamlara cavab olaraq "İsa Qəmbərovla bağlı, xüsusilə də, həbsdən azad olunması ilə bağlı məndə başqa şok informasiya var", "O vaxt İsa Qəmbərovu həbs etdirən Azərbaycan rəhbərliyi deyildi, tamam başqa adam idi" kimi açıqlamalarını söyləyib. Ə.Temirxan Arzu Səmədbəylinin də bu prosesə qoşulmasının səbəbini də açıqlayıb: "Görünür, Arzu Səmədbəyli Müsavatın siyahısına düşmək ümidini hələ də itirməyib. Ancaq bilmir ki, artıq onun "qatarını" İsa Qəmbərov çoxdan saxlayıb. Elə gördüyün 5 il oldu. Ona da şükür elə. Qaldı ki, A.Səmədbəylinin ALP-nin gücü ilə bağlı dedikləri ağ yalandır. Ancaq hesab edək ki, onun dedikləri doğrudur. Noolsun? Lap tutaq ki, onların 500 min üzvü var, nə dəyişir? Fakt odur ki, bu partiyanın cəmiyyətdə heç bir nüfuzu yoxdur.
İsa Qəmbərovun nüfuzu Lalə Hacıyevanın nüfuzundan əhəmiyyətli dərəcədə azdır. Mənim Müsavatla problemim yoxdur, Arzu Səmədbəyli ilə də o cümlədən... Niyə o özünü İsa Qəmbərovun bizə qarşı düşmənçilik kampaniyasına qoşur, bilmirəm. Öncə Arzu bəy öz başqanının mənəvi kimliyini müəyyənləşdirsin, ondan sonra mənə hücuma keçsin. Lalə Hacıyevanın nüfuz problemi isə heç bir zaman olmayıb. Arzu bəyə məsləhət görərdim ki, kiməsə irad tutanda, hansı dəyərlər sisteminin prizmasından irad tutduğunun fərqinə varsın. Əslində, mən bizim ünvanımıza səslənən ittihamlarla bağlı İsa Qəmbərovla hər zaman debata çıxmağa hazıram. Azərbaycan cəmiyyəti bizim kim olduğumuzu da yaxşı bilir və yaxşı tanıyır. O səbəbdən də, seçkiərəfəsi müxalifət gündəmə yeni, daha maraqlı məsələ çıxarmağa çalışmalıdır. Yoxsa, insanlar onları tamamilə yaddan çıxara bilər".

Digər xəbərlər