PDF Oxu

Müxalifət

  • 10

AXCP (i)-nin qurultayı sürprizlərlə müşahidə olundu

AXCP (i)-nin qurultayı sürprizlərlə müşahidə olundu
Parlament seçkilərinin yaxınlaşması müxalifət düşərgəsində mövcud olan ziddiyyətlərin daha qabarıq şəkildə üzə çıxmasını şərtləndirib. Bütün iddialı partiya funksionerləri bir-birinə qarşı olan qəzəb və nifrətlərini söyüş və təhqiramiz ifadələrlə əvəzləyiblər. Özlərinə yaxın olan mətbu orqanlarda sifarişli yazıların dərc edilməsi daxili vəziyyətin daha kritik xarakter almasına gətirib çıxarıb. Belə ağır durum ərəfəsi AXCP (i)-nin qurultay keçirmək iddiasına düşməsi Əli Kərimovun ağlını itirməklə yanaşı, siyasi mübarizə proqramının istiqamətlərini də, itirdiyini nümayiş etdirir. Çünki partiyadaxili qarşıdurmaların kritik xarakter aldığı məqamda qurultay keçirmək gözgörəsi intihara qərar vermək deməkdir. Elə AXCP (i)-nin qurucularından olmuş Gözəl Bayramova, İbrahim Vəliyev, Şakir Zahidov və Tərlan Abışov da qurultayın partiyanın parçalanmasına yol açacağı fikrindədirlər. Ş.Zahidovun bizimlə söhbətində dediyinə görə, Ə.Kərimov parlament seçkiləri ərəfəsi diqqət mərkəzinə çevrilmək və sədrlik iddiasını reallaşdırmaq üçün qurultay keçirməyə səy göstərməsi AXCP (i) üçün fəlakətli vəziyyət yaradacaq: "Düşünürəm ki, qurultayda iddialı partiya funksionerləri parlament seçkilərinə hazırlıq məsələsindən deyil, bir-birinə olan qeyri-insani münasibətləri müzakirəyə çıxaracaqlar. Bu isə nəticədə qurultayın işinin pozulmasına və işini yarımçıq başa çatdırmasına səbəb olacaq". Ş.Zahidov qurultayda söyüş və təhqirlərə daha çox yer ayrılacağını nəzər aldığından, nümayəndə olaraq səlahiyyətindən istifadə etməyəcəyini bildirib. T.Abışov da nümayəndə seçilməyinə baxmayaraq, qurultayda iştirak etməyəcəyini söyləyib. Fikrini də Ş.Zahidovun qeyd etdiyi kimi, qurultayın dava-dalaşla keçə biləcəyi əlaqələndirib. Aldığımız məlumata görə, qurultayın qalmaqallarla keçəcəyini başa düşən Ə.Kərimov hərəkətə keçib. O, bağ evində şənlik məclisi düzənləyərək, qurultayda döyüşə hazırlaşan cəbhəçiləri qonaq dəvət etdiyi bildirilir. Havayı yeyib-içməyə meyilli olan cəbhəçilər dəvəti qəbul etsələr də Ə.Kərimovun qurultayın proqramına saldığı təkliflərini qəbul etməyiblər. Uzun mübahisələrdən və müzakirələrdən sonra qrultayda partiyanın fəaliyyəti üçün məqbul sayıla biləcək həmsədrlik institutunun yaradılması barədə razılığa gəlinib. Amma Ə.Kərimovla birlikdə digər həmsədrin kim olacağı isə açıq saxlanılıb. Qərara alınıb ki, Ə.Kərimov həmsədrlərdən biri təyin edilsə də, digəri qurultay nümayəndələrinin açıq səs verməsi ilə müəyyənləşsin. Adının çəkilməsini istəməyən AXCP (i) sədrinin keçmiş müavini qurultayın sakit keçirilməsi üçün pul da paylanıldığını bildirdi: "Bütün metodlardan istifadə edilməsinə baxmayaraq, AXCP (i)-nin qurultayı sürpirizlərlə zəngin olacaq. Hər hansı qalmaqal isə Ə.Kərimovun idarəetmədə zəif, təşkilatçılıq baxımından gücsüzlüyünü ortaya qoyacaq ki, bu da seçkilərdə xaricdən ayrılması nəzərdə tutulan vəsaitin kəsilməsinə gətirib çıxaracaq."

Digər xəbərlər