PDF Oxu

Müxalifət

  • 9

Qərb adı altında erməni möhürü: Eynulla Fətullayev sindromu

Qərb adı altında erməni möhürü: Eynulla Fətullayev sindromu
Antimilli fəaliyyətinə siyasi don geyindirən, Azərbaycanda söz azadlığı, mətbuatın müstəqilliyi ətrafında spekulyasiyalar edən Fətullayev ictimai qınağın qarşısında aciz qalıb. Azərbaycanda əxlaq prinsipləri, siyasi tüfeylilik girdabına düşən və baxışlarında mövcud olan demoqogiya xalqın milli heysiyyətini öz eybəcərlikləri ilə qamçılamaqdadır.
İfrat liberalizm epidemiyasının təsiri altında özünü ictimai və siyasi təhlükə mənbəyinə çevirməyə çalışan bir şəxsin "Azadlıq" qəzetində dərc olunan cızma-qaraları onun məqsədləri ilə şərtlənir. Yazdıqları ilə xocalıların əsəblərini tarıma çəkən Fətullayevin özünü haqlı çıxarmaq cəhdi ətrafında dərc olunan məqalələri seçki ərəfəsində gözlənilən idi. Ermənistanın və erməni lobbisinin ölkəmizə qarşı informasiya müharibəsinə dəstək siyasətinin tərkib hissəsidir. Azərbaycan cəmiyyəti üçün ictimai və siyasi təhlükə mənbəyinə çevrilən, erməni lobbisinin ideoloji baxışlarına cavab verən birisi Azərbaycana qarşı fəaliyyət göstərən xarici təşkilatların və dairələrin ruporu kimi öz prinsiplərinə sədaqətli olduğunu bir daha nümayiş etdirdi.
Destruktiv və antimilli davranışları ilə Azərbaycanda söz azadlığına, mətbuatın müstəqilliyinə Qərb adı altında erməni möhürü vurmağa çalışan Fətullayev öz ampluasındadır. Onu müdafiə edən siyasi qurumlar, QHT-lər, mətbuat orqanlarını da bu çirkin işinin yardımçısına çevrilməklə insan haqları, söz azadlığını təhlükə altına ala biləcək həddə çatdırıb. Baxmayaraq ki, söz azadlığının təhlükə altında olmadığı göz önündədir. Görəsən, Azərbaycanda söz azadlığının təhlükə altında olduğunu iddia edənlər adi bir məntiqlə niyə anlamaq istəmirlər ki, Fətullayevin Xocalı soyqırımı haqqında dəhşətli yalanlarından sonra, həbsindən sonra onun qələmi əlindən niyə alınmadı? Ən azı həbsdə olan bir adamı bu imkanlardan məhrum etmək, onun cızma-qaralarını "içəri"dən bayıra çıxarılmasını əngəlləmək o qədər çətin bir iş deyil. Amma onun Azərbaycanda söz azadlığının olmamasını deyəcək qədər aciz olması lümpen estetikasının prinsipləri çərçivəsindədir. "İçəri"dən ötürülən cızma-qaraları "Azadlıq" qəzetinin dərc etməsi, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdinə hesablanan siyasət kimi AXCP (i) sədri Əli Kərimovun maraqlarına da cavab verir. Siyasətin əxlaqsızlıq, ikiüzlülük vasitələrindən də öz mənfəəti hesabına istifadə edən birisinin qarşılıqlı maraqları həm də onlar üçün anlaşılandır. Fətullayevin həbsindən sonra radikal müxalifətin daxildə və xaricdə onun destruktiv ideyalarının təbliğ etməsi siyasi xarakter alıb.
Hakimiyyətə qarşı qarayaxma kampaniyasının ruporlarından olan, Azərbaycan xalqını mənəvi terrora məruz qoyan E.Fətullayev erməni xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. Müxtəlif yerli və xarici dairələrin sifarişi ilə Azərbaycanda hər hansı mövzu ətrafında rəy yaratmaq cəhdləri baxımından E.Fətullayevin cızma-qaraları məhz bu siyasi motivlər üzərində köklənib. "Qənimətin həbsi", "Turan"da vergi yoxlamaları", "Azadlığ"a fasiləsiz basqılar və sair hücumlar"a toxunan E.Fətullayevin son yazısı bütün parametləri baxımından məhz bu çirkin məqsədlərin ana xəttini təşkil edir. Baxmayaraq ki, Qənimət Zahidov həbs olunmayıb, baxmayaraq ki, "Turan"da vergi yoxlamaları yoxdur, "Azadlığ"a fasiləsiz basqılar və sair hücumlardan söhbət belə gedə bilməz. Amma Fətullayev iddia edir ki, bu, var. "Bir-iki azad nəşrin fəaliyyətini çox pis nümunə" kimi səciyyələndirən Fətullayev, Azərbaycan dövlətçiliyinə qarşı radikal mövqedə dayanan çap və elektron nəşrlərin məhdudiyyətsiz fəaliyyətini görməzlikdən gəlir. Qərbin əxlaqsız mədəniyyətini öz içimizdə təbliğ edən bir sıra qəzetlərin komprador ruporları, artıq bunun mümkünsüzlüyünü etiraf etməyə məcbur qalıb. Bu barədə Fətullayev də son yazısında bildirir: "Bu gün dünyada, xüsusilə, Qərbdə bu transformasiyanın perspektivinə şübhə ilə yanaşırlar".
Sarsılmaz dəyərlərin formalaşdırıldığı bir cəmiyyətdə anormal düşüncəli insanların mahiyyətindən irəli gələn mənəvi zəncirin bütün halqaları insanın özünəməxsus əxlaq kodeksləri çərçivəsindədir. E. Fətullayev şöhrətpərəst və təkəbbürlü bir şəxs kimi uzun-uzadı sitatlar, nümunələr gətirməklə oxucuları düşdüyü vəziyyətdən yayındırmağa çalışır. Baxmayaraq ki, əxlaqlı insanlar hər sahədə əxlaqlıdırlar. Fətullayevin əxlaqı kodeksləri və hər yerdə əxlaqdan kənar davranışa meyilləri, hətta Fantinanın timsalında canlanan obrazdan da dəhşətlidir. Burda əsas fərq var. O fərq Fətullayevin mahiyyətindən və insani keyfiyyətindən irəli gələn yeganə amildir. Bunu Fətullayev öz əxlaqi davranışları ilə çoxdan sübuta yetirib. Amma Fantina onun kimi xəyanətkar deyildi. E.Fətullayev üçün gerçəklik onun kluarlarda "davakar cırtdan alfons" adını alması məhz bu təsadüfdən meydana çıxmayıb. Bu şəxsin qısa bir müddət içərisində özü üçün güclü kapital toplaması, dəbdəbəli maşınlarda gəzməsi kimlərinsə sevgisindən doğan istək idi və Fətullayev bundan ustalıqla yararlana bilirdi. "Cırtdan alfons"la bacara bilməyən bəzi insanlar onun riyakar davranışlarına inanmağa məcbur olmuşdu. Əxlaqsızlıq kimi "özəl keyfiyyətləri" təkcə onun boynuna biçilmiş xüsusiyyət deyil, bu, həm də onun xarakterində olan bolşevik ideyası üzərində köklənib.

Digər xəbərlər