PDF Oxu

Müxalifət

  • 8

Əli Kərimovun iddiaları ilə fəaliyyəti uzlaşmır

Əli Kərimovun iddiaları ilə fəaliyyəti uzlaşmır
Radikal müxalifət daxilində qarşılıqlı ittihamların son həddə çatması düşərgə daxilində dramatik vəziyyəti daha da gərginləşdirib. Vaxtilə eyni siyasi cərgədə uzunmüddətli "əməkdaşlıq" barədə saziş imzalayan partiya rəhbərləri seçki ərəfəsi bir-birilərini xəyanətkarlıqda günahlandırır. "2005-ci il parlament seçkilərində İsa Qəmbərov gərək kişi qeyrətli Lalə Hacıyevadan örnək götürəydi" -deyən Ə.Kərimov Müsavat başqanını siyasi riyakarlıqda da günahlandırırdı. İndiki halda, İ.Qəmbərovla Ə.Kərimovun müttəfiqlik maraqları fonunda radikal müxalifət daxilində münasibətləri gərginləşdirmələri düşərgədə hadisələrin heç də müsbət istiqamətdə cərəyan etmədiyini göstərməkdədir. 2005-ci ilin parlament seçkiləri ərəfəsində Azərbaycanda hakimiyyət dəyişikliyini arzulayan təşkilatlar tərəfindən maliyyələşdirilməsi hesabına keçirilən mitinqlərin nəticəsiz başa çatması müxalifətin siyasi mövcudluğuna son qoydu. Radikal müxalifətin ictimai təhlükə mənbəyi kimi ciddi kataklizmlərin yaşanacağında maraqlı olması müxalifət partiyalarının bir-birilərinin siyasi fəaliyyətlərini təftiş etməsi ilə nəticələndi. İ.Qəmbərov və Ə.Kərimov hazırda düşərgə daxilində çıxılmaz vəziyyət yaradıblar. Radikal müxalifət partiyalarının parlamentə keçiriləcək seçkilərə də münasibəti əvvəlkilərdən heç nə ilə fərqlənmir. Bu düşərgəni təmsil edən partiyalar köhnə amplualarından əl çəkməyərək, bir-birini söyüb-təhqir etməklə məşğuldurlar.
Parlament seçkilərində iştirak etməyə qərar verən partiyalar arasında son günlər konfrantasiyanın genişlənməsi bu baxımdan diqqəti cəlb edir. Əslində, keçmiş müttəfiqlər arasında yaranan presedent vəziyyət bu partiya rəhbərlərinin nəyə qadir olduğunu bir daha təsdiqləyir. Digər maraq kəsb edən məsələ radikal müxalifət partiyalarının öz daxilində ziddiyyətlərin yaranmasıdır. Bu məsələdə də partiyadaxili qruplaşmaların leqal müstəvidə mübarizəsinə stimul verdi. Prezident, parlament seçkilərində antiazərbaycançı qüvvələrin Azərbaycana qarşı tutduğu mövqe və bu istiqamətdə göstərdiyi cəhdlərin iflasa uğraması radikal müxalifətin planlarını alt-üst etdi. İndiki halda isə ölkə yeni parlament seçkiləri ərəfəsindədir. Eyni ssenarinin yenidən işə salınması üçün cəhdlərin başlanması, Ə.Kərimovun rəhbərliyi ilə müxalifətin birliyinə nail olmaq məqsədi daşıyır. Azərbaycan hakimiyyəti ölkədə demokratiyanın tam bərqərar edilməsi üçün bütün zəruri tədbirləri həyata keçirməsinə baxmayaraq, Ə.Kərimov qeyd edilən kontekstdə "demokratik" fəaliyyəti ilə dövlətçilik əleyhinə kampaniya aparır. Radikal müxalifət partiyaları rəhbərlərinin məhz seçki öncəsi belə bir mövqe nümayiş etdirmələri başa düşüləndir. Bununla, radikal müxalifət partiyaları istədikləri yerdə mitinq keçirməklə özbaşınalıq etmək, asayişi pozmaq məqsədi güdürlər. Radikal müxalifət təmsilçilərinin xəstə siyasi ambisiyalar üzərində köklənən, qarşılıqlı ittihamlar, təhqir və tənqidlə müşayiət olunan destruktiv fəaliyyətləri düşərgənin uğursuzluğunu şərtləndirib.
İddiaları ilə fəaliyyətləri uzlaşmayan radikal müxalifətdə baş qaldıran xəyal qırıqlığı hələ də davam etməkdədir. Məğlubiyyəti və nəhayət ki, siyasi səhnədəki gücsüzlüklərini dərk edən radikalların arzularının gerçəkləşməsinə olan inamsızlıqlarını yeni siyasi blok da aradan qaldıra bilmir. Süstlüyü isə, həmişə olduğu kimi, müxtəlif səviyyələrdə hökm sürən ənənəvi qarşılıqlı ittihamlar və ya partiyaların daxili çəkişmələri pozur. "Vahid məqsəddən" usanan demokratlar bünövrəsini hələ çoxdan qoyduqları daxili intriqaların yeni mərhələsinə start veriblər. Bununla yanaşı, bir sıra qəzetlər ictimaiyyətdə çaşqınlıq yaratmaq, hakimiyyətdə yüksək vəzifə tutan şəxslər və onların ailə üzvləri haqqında yalnız şayiələrə söykənən fikirlər əsasında mənfi rəy formalaşdırmaq cəhdi ilə "qara piar" aparırlar. Bu da həmin mətbu nəşrlərin rəhbərlərinin və yaxud onların arxalarında duran siyasətçilərin mədəni-etik səviyyəsini ortaya qoyur.

Digər xəbərlər