İsa Qəmbərovla Əli Kərimovun son görüşü, vidası, nidası
Son vaxtlar ki, radikal düşərgədə baş verən qarşıdurmalardan baş çıxarmaq müşkülə çevrilib. Düşərgə daxilində insani münasibətlər və sivil dəyərlərdən əsər-əlamət olmadığından, kimin ağzına nə gəldi danışır, kimin kimdən xoşu gəlmədi lənətləyir. Belə olan təqdirdə, hər hansı bir müsbət haldan danışmıq problemə çevrilir. 20 ildən artıq bir zaman çərçivəsində mövcudluğunu bu və ya digər formada saxlamağa çalışan radikal müxalifət üçün sonun başlanğıcı daha acınacaqlı görünür. Heç bir halda müsbət tendensiyalarla yadda qalmayan radikal müxalifət üçün ancaq şəxsi prinsiplər əsas olub.
Elə bu səbəbdən də, düşərgə yetkililəri birdəfəlik olaraq, xarici bossları qarşısında öhdəlik götürməklə onların yerli icraçıları qismində çıxış etməyə başlayıblar. Çox böyük təəccüb və təəssüflə qeyd edilən məsələlərdən biri də ondan ibarətdir ki, bu cür faktlar ortalıqda ola-ola radikal düşərgə təmsilçiləri özlərini aydan arı, sudan duru göstərməyə çalışırlar. Onların iddiası heç vaxt baş tutmasa da, hər seçkiöncəsi yağışdan sonra çoxalan göbələklər kimi radikal müxalifət partiyalarının baş qaldırdığını müşahidə etmək olur.
Düşərgədə anormal partiyalardan olan Müsavat və AXCP (i) üçün bu ilin son tarix olacağı məlum olsa da, hər iki partiya sədri axırıncı məqamlardan da, öz xeyirlərinə istifadə etməyə çalışırlar. Məlum olduğu kimi, bir neçə aydır ki, radikal düşərgədə bu ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı bir sıra müxalifət yetkililəri əməlli-başlı başsız başlarını sındırmaqdadırlar. Onlar məhz xarici havadarlarının sifarişləri əsasında yeni-yeni oyuncaq təkliflərlə gündəmə gəlməklə görüntü yaratmaqla israrlı görünürlər. Burada diqqət çəkən bir məqam isə ondan ibarətdir ki, adıçəkilən partiya rəhbərləri heç bir halda xarici donor təşkilatlardan asılı olmadıqlarını bildirirlər. Fakt isə onların nə dərəcə yalan və uydurma içində olduqlarını açıq şəkildə nümayiş etdirir. Müsavat başqanı İ.Qəmbərov bu il başqanlıq müddətinin sona çatmasına baxmayaraq, yenidən riyakarlığından və ikiüzlülüyündən geri qalmayaraq, düşərgədə özünə məxsus abı-hava yaratmağa cəhd edir. O, bu işdə özünə ən yaxşı köməkçi qismində gördüyü AXCP (i) sədri Ə.Kərimovun "moşşenik"liyindən istifadə etməklə müəyyən bir dövr üçün manevr etməyə çalışır. Ə.Kərimovdan plastilin kimi necə fiqur istəsən, düzəltmək mümkün olur. Bu baxımdan da, "MBH" lideri Lalə Hacıyevanın kurasiyasından çıxmış Ə.Kərimovun sonuncu sığındığı məkan elə Müsavat partiyası olub ki, burada da, vəziyyət özünün anormallığı ilə səciyyələnir. Çünki İ.Qəmbərov partiyanı elə günə qoyub ki, artıq burada demək olar ki, "lələ köçüb, yurdü qalıb" məsəli öz təsdiqini tapmış olur. Ona görə də, sadalanan faktlar bir daha təsdiqləyir ki, sona yaxınlaşdıqca, radikal müxalifət daha biabırçı vəziyyətə düşür.
Payızda keçiriləcək parlament seçkilərində birgə iştirakla bağlı İ.Qəmbərovla Ə.Kərimovun uydurduğu birlik taktikası isə özünün bütün çılpaqlıqları ilə sezilməkdədir. Bir neçə aydır ki, başsız başların sındırıldığı bu məsələdə hələ də, bir müsbət yenilik əldə olunmayıb. Üç-beş qotur basmış partiya üzvləri heç bir halda bir-birilərinə güzəştə getməyəcəklərini bildirdikcə, tərəflər arasında daha ilginc olaylar baş verir. Hələ də, tərəflər arasında normal münasibətlərə nail ola bilməyən İ.Qəmbərovla Ə.Kərimov sonuncu vida görüşü oldu. Artıq bu görüşün nəticəsindən asılı olaraq tərəflərin bir yerdə və ayrılıqda parlament seçkilərinə qatılacağı gözlənilir. Onu da əlavə edək ki, artıq Müsavat partiyası AXCP (i) ilə danışıqların nəticəsiz qalacağına işarə kimi namizədlərini MSK-da təsdiqlətməyə hazır olduğunu bildirib. Bütün bunlar isə onu göstərir ki, düşərgədə Ə.Kərimovla İ.Qəmbərovun uzun müddətdir ki, aralarında pıçhapıçla müzakirə apardıqları məsələ sabun köpüyündən başqa bir şey deyilmiş. Bu baxımdan da, tərəflər arasındakı görüşün nəyi həll edəcəyi artıq bəllidir. Bəlli olmayan isə odur ki, 20 illik zaman müstəvisində hələ də, komsomol təfəkküründən qurtula bilməyənlər üçün zaman başqaibrət dərsləri hazırlayır. Dərsindən həmişə iki qiymət almış Ə.Kərimovla İ.Qəmbərov üçün isə zaman qatarı çoxdan keçib. Ona görə də, onlara məsləhət görülür ki, canları çıxsın, qatarın dalınca ona çatana qədər qaçsınlar. Bəlkə haradsa ona çata bildilər. Amma çatsalar da, bir fayda əldə etməyəcəklər. İsa ilə Əli qatara minəndən sonra da, düşmək istəyəcəklər. Beləliklə də, qərarsızlıqdan və çaşqınlıqdan onların sonuncu dayanacağı məhz Afrika cəngəllikləri olacaqdır ki, burada da, onların özlərinə bab canlılar az deyildir. Bu baxımdan da, onları təbrik etmək olar ki, nəhayət, 20 illik həsrətdən sonra "vüsal" məqamı da yetişərmiş.