PDF Oxu

Müxalifət

  • 13

Müxalifətin "Fətullayev kartı" ilə spekulyasiyaları davam edir

Müxalifətin "Fətullayev kartı" ilə spekulyasiyaları davam edir
"Dənizdən-dənizə böyük Ermənistan" mifini gerçəkləşdirməyə çalışan erməni millətçilərinin iradəsi isə səsləşən "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevin Azərbaycadakı anti-milli fəaliyyəti erməni kəşfiyyatın verdiyi sifarişin nəticəsi idi. Xocalı sakinləri E.Fətullayevin, onun yerli və xarici müdafiəçilərinin Azərbaycan xalqına və dövlətinə qarşı düşmən münasibətini kəskin tənqid edir, belə hallara qarşı mübarizənin, ictimai qınağın gücləndirilməsinin vacib olduğunu bildirirlər. "Erməni soyqırımı"na dəstək verən E.Fətullayev kimi insanların Azərbaycanın milli təhlükəsizliyinə qənim kəsilməsi, təkcə xarici yox, həm də daxildə olan radikal ermənipərəst qüvvələrin arzusu idi. Yazdıqları ilə xocalılıların əsəblərini tarıma çəkən E.Fətullayevin özünü haqlı çıxarmaq cəhdi məhkəmədə yenə də gərginliyə səbəb oldu.
Xocalılıları təhqir edən E.Fətullayevin Xocalı soyqırımı haqqında dəhşətli yalanları erməni dəyirmanına su tökmək, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdi, Ermənistanın və erməni lobbisinin ölkəmizə qarşı informasiya müharibəsinə əməli dəstəkdir. Mücərrəd ideyalar ətrafında "Fətullayev kartı" ilə spekulyasiyalar edən müxalifət partiyaları, QHT-lər, mətbuat orqanları bununla həlak olan Xocalı sakinlərinin, xocalıların xilas edilməsi üçün canlarını qurban verən əsgərlərimizin ruhunu təhqir edir, erməni lobbisi tərəfindən maliyyələşdirilərək, Azərbaycana qarşı fəaliyyət göstərən xarici təşkilatların və dairələrin bu çirkin işinə yardımçı olurlar. E.Fəttulayevin müdafiəsinə qoşulan, hər iki halda, radikal müxalifət düşərgəsinin və erməni millətçilərinin üst-üstə düşən fikirləri Azərbaycanın milli-mənəvi dəyərlərinə, milli təhlükəsizlik maraqlarına zərbədir.
Cəmiyyətdə aşkarlığın, milli mədəniyyətin, mental ənənələrin assimilyasiyaya, yad təsirlərə məruz qaldığı qloballaşma dövründə "E.Fətullayev sindromu" Azərbaycan cəmiyyəti üçün göydəndüşmə olmadı. "Qarabağ gündəlikləri" ilə Xocalı soyqırımı haqqında dəhşətli yalanlar uyduran E.Fətullayevi Xocalıdan olan məcburi köçkünlərin məhkəmədə qaldırdıqları iddiaları əsasında həbsindən sonra onun mənəvi-əxlaqi fəzilətləri daha da devalvasiyaya uğrayaraq, daha da radiakallaşaraq Azərbaycanın mənəviyyat xadimlərinə qarşı mənəvi terrora başladı. "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru kimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi keçmişinə, ərazi bütövlüyünə mənəvi zərbə vuran E.Fətullayev "Qarabağ gündəlikləri"ndə öz imzası ilə, praktiki olaraq, təsdiqləyib. 2005-ci ildə dərc etdirdiyi "Qarabağ gündəlikləri" yazısında yüzlərlə Xocalı sakini ilə görüşməsi, faciənin başvermə səbəblərini "araşdırması" və "aşkara çıxarması" barədə uydurmaları ilə özünü on minlərlə azərbaycanlının qanına əlini batırmış, Xocalı soyqırımını törətmiş bir xalqın nümayəndəsi ilə bir sırada qoyması ilə millətin heysiyyətini siyasi predmetə çevirdi.
Son məhkəmə proseslərinin köynəyin üzərində ingiliscə "Some blood for oil" ifadəsi ilə diqqət çəkməyə çalışan E.Fətullayev, həmçinin, hakimdən beynəlxalq təşkilatların onunla görüşmək barədə müraciətlərinə münasibətin dəyişdirilməsini tələb etməklə, əməlində və fəaliyyətində antimilli mövqeyini ortaya qoyaraq, xarici dairələrə sığınmaq istəyindən qaynaqlanır. Bir sıra beynəlxalq təşkilatların tapşırıqları əsasında E. Fətullayevin Azərbaycan xalqına qarşı antimilli fəaliyyətinə don geyindirən hüquq müdafiəçiləri sırasında dayanan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərovanın onun siyasi motivlərə görə həbsini sığortalamağa çalışır. Çoxsaylı və rəngarəng avantüraların destruktiv predmetinə çevrilən bəzi hüquq müdafiəçiləri bildirirlər ki, biz Eynullanı sonadək müdafiə edəcəyik. Bütün varlığı xalqımızın milli qüruruna qənim kəsilən birinin destruktiv qüvvələr tərəfindən müdafiə olunması, onun antimilli hərkətlərinə demokratik don geyindirir, bir sıra beynəlxalq təşkilatların maraq obyektinə daxil edilməsi məqsədi daşıyır.
E.Fətullayevin cəmiyyətə bəlli olmayan antimilli fəaliyyəti bütün Ermənistan xüsusi xidmət orqanları tərəfindən ciddi-cəhdlə təqdir olunmaqdadır. Onun yazdığı "Qarabağ gündəlikləri" erməni millətçilərinin beynəlxalq təşkilatlara göndərdiyi qondarma soyqırım iddiaları ilə tamamilə uzlaşır. Bu, E.Fətullayevin fəaliyyətinin məntiqsiz nəticəsidir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi keçmişinə, qəhrəmanlıq ənənələrinə zidd cızmaqaraları, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdinə, Ermənistanın və erməni lobbisinin ölkəmizə qarşı informasiya müharibəsinə dəstək siyasətindən qaynaqlanır. Bu azmış kimi "Fətullayev kartı" ilə spekulyasiyalar edən milli maraq və mənafelərə zidd fəaliyyət göstərən ayrı-ayrı radikal müxalifət mətbuatı, jurnalist təşkilatları və hüquq müdafiəçiləri Azərbaycanı beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevirmək üçün bütün qüvvələrini səfərbər edib. Bir sıra mətbuat orqanları, xüsusilə, müxalifət qəzetləri mövcud söz və məlumat azadlığından sui-istifadə edərək, Fətullayevin özbaşınalıqları ətrafında spekulyasiyalar edir, obyektivlik, qərəzsizlik prinsiplərindən uzaq materiallar dərc edərək, onları qara piar üçün əsas mövzuya çevirib. Bu yolla oxucu auditoriyası qazanmaq, gündəmdə qalmaq niyyəti güdən və qərəzli prinsiplər üzərində köklənən ifrat radikal mətbuat Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərən daxili və xarici qüvvələrin sifarişlərini yerinə yetirirlər.

Digər xəbərlər