PDF Oxu

Müxalifət

  • 13

Rauf Arifoğlu şəxsi keyfiyyətsiz simvoluna çevrilir

Rauf Arifoğlu şəxsi keyfiyyətsiz simvoluna çevrilir
İnsani keyfiyyətlərin ayaqlar altında itib batdığı radikal müxalifət düşərgəsində payızda keçiriləcək parlament seçkilərinin vaxtı yaxınlaşdıqca, daha ağır olaylar baş verir. Düşərgədə kimi maraqları naminə illərdir bir yerdə olduğu şəxsi qurban verir, kimi də antiazərbaycan meyilli qüvvələrlə əməkdaşlıq müqabilində aldığı pulların hesabına özünü gündəmdə saxlamağa çalışır. Daima riyakarlıq və ikiüzlülüyü ilə seçilən "Yeni Müsavat" qəzetinin baş redaktoru bütün iyrənc keyfiyyətlərini tam mənada ortaya qoymuş olub. İstənilən formada maraqları təmin olunmadıqda, öz yaxınlarını belə pis vəziyyətdə qoymaqdan usanmayan R.Arifoğlu üçün insani dəyərlər ancaq onun özünün bildiyi yerlərdə qalıb. Hər halda bunu R.Arifoğlu bizdən də yaxşı bilir. Onun bilmədiyi bir şey var ki, o da, vətənə xəyanətinin ağır nəticələrini boş qafasına sala bilməməsidir. Çünki o, bu reallığı dərk etsəydi, Azərbaycanın iç məsələlərini qəzetində xaricə ötürməyə cəhd göstərməzdi. Amma görünür, R.Arifoğlu bir əsr də bundan sonra mənasız ömür sürsə belə şeyləri qanan deyil. Qanacaqsızlığın və mərifətsizliyin bütün kriteriyalarını aşan R.Arifoğlu bu il deputat olmaq xülyası ilə düşərgədə qabağına çıxan hər kəsi tapdalamağa çalışır. Ona görə də, bu gün radikal müxalifət düşərgəsində başlıca problem R.Arifoğludur. Hər halda, müxalifətçilərin özləri də bu şərəfsizlik sindromunu qıra bilmirlər. Olanların fövqündə çirkin maraqlarından asanlıqla əl çəkmək niyyətində olmadığını nümayiş etdirən R.Arifoğlu "Demokratiya Uğrunda İttifaq"dan deputatlığa namizədliyini irəli sürməklə məkrli niyyətini açıq şəkildə ortaya qoymuş oldu. Amma olanlar və olacaqlar isə, onu göstərdi ki, R.Arifoğlunun Müsavatdan imtina edərək, "DUİ"-dən namizədliyini göstərməsi həmkarları üçün başağrısına səbəb olub. O, iki gündən bir rəhbərlik etdiyi qəzetin səhifələrində, Müsavat başqanı İsa Qəmbərov başda olmaqla, mənsub olduğu partiyada ona qarşı çıxan hər kəs barəsində təhqirdolu məlumatlar dərc etdirməkdədir. R.Arifoğlu bu məqsədlə rəqiblərinə göz dağı verməklə niyyətini gizlətmədiyini də nümayiş etdirmiş olub. Görünür, maraqları təmin olunmadıqda quduzlaşan R.Arifoğlu, nəyin bahasına olur-olsun, deputat olmaq niyyətindədir. Çirkin işlərdən, bəd əməllərdən usanmayaraq, belə bir iddiada olan şəxsin cəmiyyət tərəfindən nə dərəcədə dəstək alması isə böyük sual doğurur. Çünki R.Arifoğlu təmsil olunduğu düşərgədə belə ən arzuolunmaz şəxslər sırasındadır. Onu müxalifətdaxili çəkişmələrin də baş rolunda görmək heç də təəccüblü qarşılanmır. Ara qarışdırmaqda beynəlxalq dərəcəli "ödüllərə" sahibi olan R.Arifoğlu üçün İ.Qəmbərovla Ə.Kərimovu, Lalə Hacıyeva ilə Sərdar Cəlaloğlunu qarşı-qarşıya qoymaq tum çıtlamaq kimi bir şeydir. İstəyi isə odur ki, təki marağı təmin olunsun. Əgər bu gün R.Arifoğluna qağalıq edən "Soros" fondundan göstəriş gəlsə ki, Müsavat başqanı ilə AXCP (i) sədrinin qucaq-qucağa şəklini qəzetdə ver. O, bunu dinməz-söyləməz bacaran "oğlan"lardandır. Təki əlləri ciblərində olsun. Onun üçün hər şey bazar qaydaları ilə müəyyənləşir. Gündə rəhbərlik etdiyi qəzetdə müəyyən şəxslərə şər və böhtan dolu həcvlər yazdıran R.Arifoğlu şəxsi keyfiyyətlərdən çoxdan əlini üzüb. Bu gün R.Arifoğlunun yaramazlıq səviyyəsini müəyyən qütblərə bölüb, Rixter cədvəli ilə ölçülsə, aydın şəkildə görünər ki, onun Türkiyənin İstanbul şəhərinə ayağı açılandan sonra bu hal daha da kritik səviyyəyə çatıb. Bu zalım orada nə hoqqadan çıxıbsa, bu gün də İstanbulun Laləli əhli ondan danışır. Gəlsinlər danışmasınlar da... "Kişi" orada can qoyub, tər töküb axı... Çox güman ki, daha qorxulu bir cəhətin də yaxınlaşması gözlənilir. Bu da, R.Arifoğlunun Avropaya ayağının açılmasıdır. Türkiyə başqası deyil, özümüzünkülərdir. Birini desələr də, birini deməyəcəklər. R.Arifoğlunun hoqqalarını bir avropalı görsə, komediya o zaman başlayacaq. Ondan sonra gərək İ.Qəmbərov eşşəklə mərəkə daşısın.

Digər xəbərlər