Radikal düşərgədə bloklaşma siyasəti iflasa uğradı
Radikal müxalifət düşərgəsində, sözün əsil mənasında, proseslər müstəvisində daha ilginc faktlar meydana çıxır. Artıq düşərgə özünün bütün eybərəcliklərini tam çılpaqlağı ilə ortaya qaymaqdadır. Bu isə müxalifət düşərgə sakinlərinin nəyə qadir olduğunu açıq şəkildə göstərir.
Qulamhüseyn Əlibəylinin jesti müxalifət üçün əlavə problem yarardıb
18 ilə yaxın uğursuz yol gedən ənənəvi müxalifətin nə liderləri, nə də ideyaları dəyişmədiyi üçün onların yaratdığı istənilən birliyin də heç bir perspektivi olmayacaq. "Aydınlar" partiyasının sədri Qulamhüseyn Əlibəyli verdiyi açıqlamasında bildirib ki, artıq radikal müxalifətə, nəinki Azərbaycan cəmiyyəti, hətta həmin partiyalarda təmsil olunan insanlar da inanmır: "İlk növbədə, radikal müxalifət liderləri istefa verməlidirlər. Həmçinin, həmin partiyalar öz siyasi kurslarına yenidən nəzər yetirməli və həmin kursda dəyişiklik etməlidirlər. Artıq müxalifət birmənalı şəkildə anlamalıdır ki, yanlış siyasi kurs həyata keçirir".
Q.Əlibəyli qarşıdakı parlament seçkisiöncəsi müxalifət partiyalarının yaratmış olduğu birliyin qısa müddətdən sonra həmin partiyalar arasında qarşıdurmalara gətirib çıxaracağını deyib. Məlum olduğu kimi, Müsavat və AXCP (i), istərsə də digər patiyaların yaratdıqları antiseçki bloklarının sonu ancaq və ancaq uğursuzluqdur. Çünki hər yaranan blok və ya qurum düşərgədə digər liderlər tərəfindən qəbul edilmir. Nəticədə isə, fiaskoya uğrayır.
AMİP funksioneri Əli Orucov isə bəzi partiyaların öz maraqları üçün çapaladıqlarını və məqsədlərinin ancaq və ancaq şəxsi istəklərini təmin emək olduğunu deyib. AMİP funksionerinin bildirdiyinə görə, artıq bu istiqamətdəki fəaliyyət bütün müxalifətin yenidən uçuruma aparılması demək olacaq. Onun açıqladığı fikirlərdən başa düşmək olar ki, AMİP rəhbərliyi hazırkı şəraitdə keçmiş ssenarilərin yenidən təkrarlanmasına qarşıdır və bunun qarşısının alınması üçün öz mövqeyini ortaya qoyur.
Ə.Orucovun açıqladığı daha bir fakt isə onunla bağlıdır ki, bəs artıq Müsavat və AXCP (i) öz maraqlarını reallaşdırmaq parlament seçkilərində öz ətraflarında qurumlar toplamaqla, bir növ beynəlxalq təşkilatlardan qrant almağa çalışırlar: "Bəzilərinin durub müxalifət adından nəsə demələri və özlərini düşərgənin cəfakeşi kimi göstərmələri əsil həyasızlıqdır. Kim nə deyir desin, bu, əsil biabırçılıqdır. Bir çoxları yenə köhnə ssenariləri təkrarlamağa can atırlar. Yoxsa bu vaxtı keçmiş oyunları yenidən ortaya atmaq nəyə lazımdır ki? Deməli, kimlərsə bu oyunları ortaya atmaqla, öz köhnə bosslarına hələ də onlara lazım olduqlarını nümayiş etdirirlər. Kimin əlində bir-iki qəzet varsa, o da bundan istifadə edərək, seçkiərəfəsi "qara piar" aparmaqla məşğuldur. Bu isə seçki kampaniyası ərəfəsində onların bu hərəkəti biz müxalifətə də zərbədir".
Yağışdan sonra radikal müxalifət düşərgəsində son bir həftədə yağışdan sonra çoxalan göbələklər kimi, təzə-təzə çiçəyi burnunda "bloklar" meydana çıxıb. Yeni blokların başlıca bir cəhəti ondan ibarətdir ki, bunlar konkret seçkidə iştirak edib, hər hansı bir uğur əldə etmək niyyəti ilə yaradılmayıb. Bu bloklar radikal düşərgədə bir-birinə qənim kəsilmiş yetkililər arasında gedən qızğın münaqişənin nəticəsində yaradılıb. Ona görə də, radikal düşərgədə baş verən son olaylardan belə nəticəyə gəlmək olur ki, gora gedən özünə yoldaş axtaran kimi, düşərgədə kim uçuruma yuvarlanır, digəri ona təklif edir ki, gəl blok yaradaq. Beləliklə də, radikal düşərgədə indi blok əlindən, demək olar ki, tərpənmək olmur. Hazırda radikal müxalifət düşərgəsində iti qovursan, blokun üstünə çıxır. Bloklaşmadan "braklaşmaya" bir addım qalmış müxalifət saman çöpündən belə yapışmağı çıxış yolu hesab edir. Ona görə də, bu gün düşərgədə gedən daxili çəkişmələr müstəvisində baş verən anormallıqlar buradakı zillətin səviyyəsini müəyyənləşdirir. Belə olan halda isə, qeyd etdiyimiz kimi, ölüm ayağında olan müxalifət camisi üçün sonuncu şans da artıq özünü çox gözlətməyib. Parçalanma, yoxolma təhlükəsi ilə real şəkildə üz-üzə olan müxalifət üçün sonuncu peryoddan yararlanmaq imkanı artıq özünü göstərməkdədir. Bu baxımdan da, düşərgədə heç bir nüfuza və imkana sahib olmayanlar da artıq meydana çıxmaq üçün məqam tapıblar. ADP sədri Sərdar Calaloğlu ilə "Ümid" sədri İ.Ağazadənin birləşmə əldə edərək, yaratmış olduqları "Qarabağ" bloku da, guya payızda keçiriləcək parlament seçkilərində bunların karına gələcək. Hamı bilir ki, düşərgədə yaranan və yaranmaqda olan birlik və bloklar nə məqsədə xidmət edir. Çox maraqlıdır ki, düşərgədə qeyd etdiyimiz birliklərin və blokların yaranması bir-birini təzyiq altında saxlamaq prinsipinə əsaslanır. Çünki S.Cəlaloğlu ilə İ.Ağazadənin yaratmış olduğu "Qarabağ" bloku sırf "MBH" lideri L.Hacıyevaya qarşı yönəlib. Bir neçə gündür ki, tərəflər arasında gedən mübarizənin məntiqi sonluğunun məhz bu cür olması da təbiidir. Bütün bunlar isə, onu göstərir ki, düşərgə öz ömrünün son çağlarını yaşadığı üçün burada olan anormallıqlar hələ bundan sonra da daha ilginc bir şəkil alacaq. Çünki hər şeyin bir sonu olduğu kimi radikal düşərgənin də, sonluğunun daha acınacaqlı formada keçməsi qaçılmazdır.