PDF Oxu

Müxalifət

  • 11

Əli Kərimovun quldur dəstə üzvünün məhkəməsi niyə təxirə salınır?

Əli Kərimovun quldur dəstə üzvünün məhkəməsi niyə təxirə salınır?
Müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin yaramazlardan ibarət qrup olduğunu çoxsaylı faktlarla sübut etmək olar. Buraya onların terrorçuluq, təxribatçılıq və quldur dəstələri yaradaraq, istəklərini çirkin yollarla reallaşdırmağa çalışmalarını əlavə etsək, radikalların insani dəyərlərdən uzaq olan məxluqlar olduğunu söyləmək olar. AXCP (i) sədri Əli Kərimovun ifşa olunan cinayətkar dəstəsinin üzvü Qabil Məmmədrzayevin quldurluq yolu tutmasını qeyd etməklə müxalifətin fəaliyyətinin cinayətkarlıq təşkil etdiyini söyləmək olar. Ə.Kərimovun köməkçisi olan Q.Məmmədrzayevin özgəsinin əmlakını quldurluq yolu ilə ələ keçirmək cəhdinin qarşısı alındıqdan sonra AXCP (i) funksionerləri pis arvadlarsayağı bardaş qurub, qeybət xarakterli fikirlər səsləndirirdilər. Təbii ki, məhkəmə kimin haqlı, kimin haqsız olduğunu çoxsaylı araşdırmalardan sonra üzə çıxaran və bunun əsasında müvafiq qərar verən instansiyadır. Amma Ə.Kərimovun dəstə üzvünün müxtəlif məzhəkələr qurmaqla, məhkəmədən yayınmağa çalışması hüquqi prosedurlarda qeydə alınmayan məsələlərdəndir.
Maraqlıdır niyə Ə.Kərimovun köməkçisi Q.Məmmədrzayevin məhkəməsinin təxirə salınmasına səylər göstərilir? Məhkəmənin avqustun 12-dən müxtəlif bəhanə ilə 18-nə keçirilməsinə nail olan Ə.Kərimovun dəstəsi avqustun 31-də baş tutmalı olan məhkəməni sentyabrın ayının 8-nə qədər təxirə salınmasına nail olublar. Bəhanə isə ondan ibarətdir ki, zərərçəkənin və təqsirləndirilən şəxslərdən bəzilərinin vəkillərinin prosesə qatılmamasıdır.
Məhkəmə proseslərində diqqəti çəkən məqam Q.Məmmədrzayevin meydanda tək olmasıdır. Prosesdə onun nə yaxınları, nə də vəkili iştirak etdi. Qeyd edək ki, onun barəsində, hətta təmsil olunduğu partiyanın inhisarında olan mətbu orqanlarında uazılara da rast gəlinmir. Görəsən, AXCP (i) sədrini susmağı nədən irəli gəlir? Sözsüz ki, susmaq hər zaman razılıq əlaməti kimi qəbul olunur. Görünür, AXCP (i) sədri susmaqla quldurluq yolu ilə əldə olunan böyük məbləğdə vəsaitdə payı olduğunu etiraf edir. Bir halda ki, AXCP (i) sədri partiya və onun inhisarında olan mətbu orqana ayrılan qrantları mənimsəyir, onun köməkçisinin quldurluq yolu ilə əldə etdiyi pula göz dikməməsi, ondan pay ummaması inandırıcı görünə bilməz. Hətta ona bu vəsaiti ayıran iş adamı vaxtı çatanda məbləği də açıqlayacağını bildirir.
Məlum olduğu kimi, beynəlxalq təşkilatların, xüsusilə, ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib ki, onların da əsas müzakirə mövzusu partiyaların maliyyələşməsi məsələsi olub. AXCP (i) sədri daim bu müzakirələrdən müxtəlif bəhanələrlə yayınıb. Təbii ki, keçirilən hər bir tədbirin konkret mövzusu olur. AXCP (i) və Müsavat "lider"ləri tədbirə qatılmaqdan öncə, mövzu ilə maraqlanır. Onları razı salmayan məsələ olduqda, iştirak barədə düşünmədiklərini deməklə tərəddüdlərini ortaya qoyurlar. Zaman keçdikcə, bu yayınmaların səbəbi özü-özlüyündə açıqlanır. Şübhəsiz ki, bunun səbəbləri hamıya məlumdur. AXCP (i)-nin maliyyələşməsində çirkli yollarla əldə olunan pulların payı az deyil. Ə.Kərimovun köməkçisi olan Q.Məmmədrzayevin quldurluq yolu ilə böyük məbləğdə pul əl etməyə can atması da buna bir işarədir.
"Məhkəmə prosesi ədalətli qaydada sübut etsə ki, doğrudan da, Q.Məmmədrzayev bu cinayətdə bu və ya digər formada iştirakçı olub, o zaman AXCP (i) olaraq onun haqq etdiyi cəzanı çəkməsinin tərəfdarı olacağıq. Əks halda AXCP (i) Q.Məmmədrzayevin hüquqlarını sonadək müdafiə edəcək" kimi açıqlama ilə çıxış edən müxalifət yetkililəri elə bu fikirləri ilə özü-özlüyündə bir çox məqamlara aydınlıq gətirirlər. Q.Məmmədrzayev, doğrudan da, müxalifətin dediyi kimi şər-böhtana məruz qalsaydı, bu gün onların tabeliyində olan mətbu orqanların əks təbliğat maşınlarının sürətindən danışmaq belə mümkün olmazdı.
Ə.Kərimovun bu günədək fəaliyyətinə qısaca da olsa nəzər salsaq, onun hansı əməllərin sahibi olduğu aydın olar. Bir halda ki, milli maraq Ə.Kərimov kimilər üçün arxa plandadır, onlardan partiya üzvlərinin alacağı dərs, götürəcəkləri nümunə nə ola bilər? Quldurluq yolu ilə böyük məbləğdə pul əldə etdiyinə görə həbs olunan Q.Məmmədrzayevin məhkəmə prosesinin ilk iclasında özünü işsiz kimi təqdim etməsi də bu ssenarinin müəllifinin kim olduğunu açıqlayır. Quldurluq yolu ilə əldə olunan böyük məbləğdə pula şərik olan Ə.Kərimovun seyriçi mövqedə dayanmaqla özünü baş verən hadisədən xəbərsiz aparsa da, bunun mümkünsüzlüyü göz qabağındadır. Oğru sədrin müşavirinin quldur olması heç kimdə təəccüb doğurmur.

Digər xəbərlər