AXCP (i) və Müsavat daxilində zidiyyətlər dərinləşib
Parlament seçkiləri yaxınlaşdıqca radikal müxalifət daxilində qeyri-müəyyənlik, prosesdə iştirakla bağlı birmənalı mövqe formalaşmayıb. Düşərgə daxilində davam edən qeyri-müəyyən münasibətlərin nəticəsdir ki, tərəflər arasında gərginlik şəxsi müstəviyə keçib. Azərbaycanda siyasi partiyalar əsasən kütləvi maraqlar yox, lider xarizması üzərində qurulduqdan müxalifət düşərgəsinə təmsil olunan "demokratların" fəaliyyəti cəmiyyət tərəfindən qəbul olunmur. Bu, maksimalist tələblərə çıxış edən, lakin onu yerinə yetirməyə və reallığı qiymətləndirməyi bacarmayan radikal müxalifərin iflasını şərtləndirir. Azərbaycan siyasi arenasında mühafizəkar təfəkkürlü müxalifətin bütün mexanizmləri işə salaraq hakimiyyətin gördüyü işlərə qarşı qarayaxma kampaniyası üzərində öz ətrafına sosial dayaqlar toplamağa çalışır. Seçkilərdə sarsıdıcı məğlubiyyətdən sonra 2010-ci ilin parlament seçkilərində radikal müxalifətin "vahid namizədlik" uğrunda mübarizəsi əsasən iki partiyasının- AXCP (i) və Müsavat üzərində qurulması düşərgə daxilində ziddiyyətlərin ortaya çıxmasına zəmin yaradır. Ölkəmizin demokratik seçki tarixinin canlı iştirakçıları və şahidləri olan xalqa populist vədlər verərək, çıxışlarını yalnız hakimiyyəti ittiham etmək üzərində qururlar.
Parlament seçkiləri ərəfəsində "vahid namizəd" məsələsinin yenidən gündəmə gələməsi radikal müxalifət partiyalarını daxildə qeyri-müəyyənliyə gətirib çıxarıb. Seçkilərdə iştirakla bağlı konkret mövqeyin ortada olmaması düşərgədə ciddi problemlərin yaşandığından xəbər verir. Müxalifət təmsilçiləri ölkə rəhbərliyinin seçkiöncəsi yaratdığı demokratik şəraitdən istifadə etmək əvəzinə, mücərrəd ideyalar ətrafında spekulyasiyalar edirlər. Bu ərəfədə "vahid namizəd" məsələsinin yenidən gündəmə gəlməsi partiyalararası münasibətlərin qarşıdurma müstəvisinə qalxmasına gətirib çıxarıb. Müsavat partiyası ilə AXCP (i)-nin parlament seçkilərində birgə iştirakla bağlı nəzərdə tutduqları seçki bloku ətrafında gedən müzakirələrin nəticəsiz qalması düşərgə daxilində fikir ayrılığı yaradıb. Bu barədə mətbuata açıqlamasında Müsavat funksioneri Arif Hacıyev qeyd edib ki, düşərgə daxilində yaranmış vəziyyəti namizədlərin razılaşdırılmasında yaranan problemlərlə əlaqələndirib. A.Hacıyev bildirib ki, Müsavat və AXCP (i)-nin rəhbərliyinə daxil olan bir sıra şəxslər, hələlik, vahid namizəd kimi razılaşdırılmayıb. Onların bəziləri eyni dairələrdən namizədliklərini irəli sürmək niyyətindədirlər: "Eyni zamanda, Müsavat deputat qrupuna daxil olan şəxslərin heç biri hələ "vahid namizəd" kimi təsdiq olunmayıb. Bu da təbii ki, ciddi problemdir".
Göründüyü kimi, ölkənin radikal müxalifətinin Azərbaycanın gələcək inkişaf perspektivlərini özündə əks etdirən konsepsiyası ölkənin milli maraqlarını müəyyənləşdirməkdə aciz qalıb. Müxalifət daxilində seçkiöncəsi qeyri-müəyyənliyin hökm sürməsi, seçkilərə qatılmaq niyyətində olan partiyalarla hələ də mövqelərində dəqiqləşdirmə apara bilməyən təşkilatlar arasında qarşıdurmanın güclənməsi düşərgənin acınacaqlı durumundan xəbər verir. Müxalifət düşərgəsində iki qütbə bölünən partiyaların rəhbər strukturlarında təmsil olunan şəxslərin özləri seçkilərdə müxalifətin şansının sıfıra bərabər olduğunu etiraf etməsələr də son günlər müxalifət mətbuatında radikal düşərgə təmsilçilərinin verdikləri açıqlamalar başverənlərə tam aydınlıq gətirir. Mövcud seçki qanunvericiliyi ölkədə parlament seçkilərinin demokratik, şəffaf keçirilməsinə tam təminat verdiyi halda, ölkədəki demokratik seçki mühitindən istifadə etmək əvəzinə, radikal müxalifət təmsilçiləri müxtəlif qütblərə bölünərək əvvəlki ssenari üzrə qarşıdurmalara geniş rəvac veriblər. AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı isə seçki blokunun baş tutmayacağı haqda pessimist fikirləri bölüşmür və yaranan vəziyyətin çətin olduğunu da gizlətmir. "Yeni Müsavat"a açıqlamasında F.Qəhrəmanlı qeyd edib ki, əgər Müsavatla AXCP (i) seçki bloku yarada bilməsə, bu, seçki kampaniyasının elə başlanğıcındaca hər iki partiya dəhşətli zərbə alacağını istisna etmir.