PDF Oxu

Müxalifət

  • 378

Rauf Arifoğlu havalanıb

Rauf Arifoğlu havalanıb
Payızda keçiriləcək parlament seçkilərinin vaxtı daraldıqca, radikal müxalifət düşərgəsində deputat olmaq havası ilə alışıb- yanan tipajlar olmazın oyunlarından çıxırlar. Bu aralar düşərgədəki problemlərdən tamamilə başını itirmiş radikal yetkililər də nə baş verməsinin fərqində belə deyillər. Ona görə də, düşərgədə daha böyük iddialarda olan, başından yekə xəyallara düşənlər arasında, sözün əsl mənasında, qızğın münaqişə gedir. Həmişəki prinsiplərdən daha fərqli formada münasibətlərinə aydınlıq gətirmək istəyən radikal yetkililər arasında "Yeni Müsavat" qəzetinin riyakar, ikiüzlü baş redaktoru Rauf Arifoğlunu da, görməmək mümkün deyildir. Neçə illərdir ki, təmsil olunduğu düşərgədə adına bir şey olmayan bədniyyət baş redaktor üçün bu ilin, deyəsən, "xüsusi" önəmi var. Ona görə də, o, artıq nə iyrənc iş bacarırsa, hamısından istifadə etməklə fəal oyuna qatıldığını bildirib. Bir müddət öncə seçkilərdə namizədliyinin irəli sürülməsinin mümkünsüzlüyünü qərara alan Müsavat partiyası R.Arifoğlundan imtina etməklə başlıca problemdən uzaqlaşmış kimi mövqe sərgiləmiş oldu. Olanların fövqündə çirkin maraqlarından asanlıqla əl çəkmək niyyətində olmadığını nümayiş etdirən R.Arifoğlu "Demokratiya Uğrunda İttifaq"dan deputatlığa namizədliyini irəli sürməklə məkrli niyyətini açıq şəkildə ortaya qoymuş oldu. Amma olanlar və olacaqlar isə, onu göstərdi ki, R.Arifoğlunun Müsavatdan imtina edərək, "DUİ"-dən namizədliyini göstərməsi həmkarları üçün başağrısına səbəb olub. O, iki gündən bir rəhbərlik etdiyi qəzetin səhifələrində Müsavat başqanı İsa Qəmbərov başda olmaqla, mənsub olduğu partiyada ona qarşı çıxan hər kəs barəsində ilginc məlumatlar dərc etdirməkdədir. R.Arifoğlu bu məqsədlə rəqiblərinə göz dağı verməklə niyyətini gizlətmədiyini də nümayiş etdirmiş olub. Görünür, maraqları təmin olunmadıqda quduzlaşan R.Arifoğlu, nəyin bahasına olur-olsun, deputat olmaq niyyətindədir. Çirkin işlərdən, bəd əməllərdən usanmayaraq, belə bir iddiada olan şəxsin cəmiyyət tərəfindən nə dərəcədə dəstək alması isə böyük sual doğurur. Çünki R.Arifoğlu təmsil olunduğu düşərgədə belə ən arzuolunmaz şəxslər sırasındadır. Onu müxalifət daxili çəkişmələrin də baş rolunda görmək heç də təəccüblü qarşılanmır. Ara qarışdırmaqda beynəlxalq dərəcəli "ödüllərə" sahibi olan R.Arifoğlu üçün İ.Qəmbərovla Ə.Kərimovu, Lalə Hacıyeva ilə Sərdar Cəlaloğlunu qarşı-qarşıya qoymaq tum çıtlamaq kimi bir şeydir. Sadəcə olaraq, onun istənilən məsələdə marağı təmin olunsun. Əgər bu gün R.Arifoğluna qağalıq edən "Soros" fondundan göstəriş gəlsə ki, Müsavat başqanı ilə AXCP (i) sədrinin qucaq-qucağa şəklini qəzetdə ver. O, bunu dinməz-söyləməz bacaran "oğlan"lardandır. Təki əlin cibində olsun. Onun üçün hər şey bazar qaydaları ilə müəyyənləşir. Gündə rəhbərlik etdiyi qəzetdə müəyyən şəxslərə şər və böhtan dolu həcvlər yazdıran R.Arifoğlu şəxsi keyfiyyətlərindən çoxdan əlini üzüb. Bu gün R.Arifoğlunun yaramazlıq səviyyəsini müəyyən qütblərə bölüb Rixter cədvəli ilə ölçülsə, aydın şəkildə görünər ki, onun Türkiyənin İstanbul şəhərinə ayağı açılandan sonra bu hal daha da kritik səviyyəyə çatıb. Bu zalım, orada nə hoqqadan çıxıbsa, bu gün də İstanbulun Laləli əhli ondan danışır. Gəlsinlər danışmasınlar da... "Kişi" orada can qoyub, tər töküb axı... Çox güman ki, qorxulu bir cəhətin yaxınlaşması da, gözlənilir. Bu da, R.Arifoğlunun Avropaya ayağının açılmasıdır. Türkiyə bir yana qalsın, özümüzünkülərdir. Birini desələr, birini də deməyəcəklər. R.Arifoğlunun hoqqalarını bir avropalı görsə, komediya o zaman başlayacaq. Ondan sonra gərək İ.Qəmbərov eşşəklə mərəkə daşısın.

Digər xəbərlər