Hər il Milad bayramı ərəfəsində dünyanın bir çox iri rəsədxanalarında Vifleym ulduzu barədə mübahisələr qızışır. İstər xristian dini ədəbiyyatında, istərsə də intibah dövrü incəsənətində Həzrəti İsanın (ə) doğumu "Vifleym ulduzunun parlaması" adlı hadisə ilə əlaqələndirilir. "Vifleym ulduzunun parlaması" adlı hadisə xristianlığın ana qaynaqlarından sayılan dörd İncilin yalnız birində -Matfey İncilində qeyd olunub.
Bu hadisə çar İrodun hakimiyyət dövrünə və Həzrəti İsanın doğum gününə təsadüf edir. İndiyə qədər problemə elmi yöndən yanaşan astronomların bir suala cavab tapmağa çalışmaları nəticəsiz qalıb. Azərbaycanda isə Xocalı soyqırımın törədilməsində öz xalqını ittiham edən E. Fətullayevin həbsxanada yazdığı postulatlarda onun "Vifleym ulduzunun parlaması" istiqamətində "elmi axtarışları" təsadüfən ortaya çıxan bir gözlənti deyildi. Mirşahin Ağayevə yazdığı cavab məktubunda E.Fətullayev bütün varlığı ilə, İncildən özünə lazım olan kəlamları sitat gətirməyə çalışaraq, özünün sahib olduğu bütün mənəvi-əxlaqi parametrlərini ortaya qoyaraq, "Vifleym ulduzu"nu yox, xristian ehkamlarını təbliğ edən fikirləri ilə diqqət çəkir. Xaricdə islama qarşı missioner təşkilatların, erməni katalikosların girovuna çevrilən E.Fətullayevin "idealist" fəlsəfəsi həm yaş, həm də ictimai mövqeyə görə xüsusi əhəmiyyət daşımaqdadır.
Öz antimilli fəaliyyətinə müxtəlif vasitələrlə don geyindirməyə çalışan E. Fətullayev bütün varlığı ilə, İncildən özünə lazım olan kəlamları sitat gətirməyə çalışır. Öz çirkin niyyətlərini hər bir cümləsində xatırladan E.Fətullayev Mirşahin Ağayevə xristian ehkamlarını təbliğ etməklə yanaşı, etiraf edir ki, bir vətəndaş kimi, bu Vətənin daşını daşımağa qərar versəm də, illərdir başqa vətəndaşlarla birgə "daşı" yerindən tərpədə bilmirik. Burada söhbət "başqa vətəndaşlardan" gedir. Əsassız olaraq, Mirşahini "Dünyaya", "İnsana", "Kilsəyə" və "İsaya" nifrətini təhlil etməyə cəhd göstərən ermənipərəst azərbaycanlı bütün varlığı ilə erməni millətçisi kimi eyni mövqedən çıxış edərək, bəzəkli sözlərlə fikrini əsaslandırmağa çalışıb.
E.Fətullayevin həbsinə siyasi don geydirilir
Eyforiyaya qapılaraq, "Vifleym ulduzu"nu axtaran E.Fətullayev Azərbaycanı beynəlxalq ictimaiyyətin əsassız müzakirə predmetinə çevirməyə çalışmaqla, indi də dini qüvvələrin himayəsinə sığınmağa çalışır. Fəaliyyəti ilə düşmən hərəkətindən heç nə ilə fərqlənməyən QHT-lər, hüquq müdafiəçiləri xaricdən verilən sifariş hesabına "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru E.Fətullayevin həbsinə siyasi don geydirir. E.Fətullayevi bütün varlığı ilə müdafiə edən qüvvələr az qala onu Azərbaycan xalqının qürur yerinə çevirməklə, onun beynəlxalq statusuna işarə edir, ona imtiyazların tətbiq olunmasını, onun antimilli hərəkətlərini isə milli kontekst üzərində kökləyirlər. Baxmayaraq ki, E.Fətullayevin antimilli fəaliyyəti erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının 15-ci ildönümü ərəfəsində "Realnıy Azərbaydjan" qəzetində dərc edilmiş məqaləsi xocalılıların, xüsusilə, şəhid analarının hiddətinə səbəb oldu. Sözügedən qəzetin 2007-ci il 6 fevral tarixli nömrəsində müəllif E.Fətullayev Xankəndində, Xocalıda, Ağdamda olarkən erməni generallarından aldığı müsahibələr və Naftalan şəhərində məskunlaşan Xocalı sakinləri ilə görüşü əsasında yazır ki, guya bizim ana-bacılarımızı, qız-gəlinlərimizi soyqırıma uğradan, onlara min bir əziyyət verən Xocalı özünümüdafiə batalyonu olmuşdur. Bu yazıya cavab olaraq, xocalılar, şəhid anaları redaksiyanın yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirdi. Etiraz aksiyasına gəlmiş xocalılılar E.Fətullayevdən yazdıqlarına görə izahatla yanaşı, bütün xocalılılardan üzr istəməyi tələb etmişdilər.
E. Fətullayevin cəmiyyətə bəlli olmayan antimilli fəaliyyəti bütün Ermənistan xüsusi xidmət orqanları tərəfindən ciddi-cəhdlə təqdir olunduğu açıq-aydın etiraf olunur. Onun yazdığı "Qarabağ gündəliyi" erməni millətçilərinin beynəlxalq təşkilatlara göndərdiyi qondarma soyqırımı ideyalarının gerçəkləşəməsi işində əsassız faktlar sırasındadır. E.Fətullayevin fəaliyyətinin məntiqsiz nəticəsidir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi keçmişinə, qəhrəmanlıq ənənələrinə zidd cızmaqaraları, ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və suverenliyi yolunda inamlı mübarizəsini qamçılayan E.Fətullayevin bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunması onun Azərbaycana qarşı fəaliyyətinin əhəmiyyətindən xəbər verir.
E. Fətullayev erməni kəşfiyyatının ruporudur
Erməni kəşfiyyatının əlində oyuncağa çevrilən, bütün varlığı ilə bədxah ermənilərə sədaqətlə xidmət göstərmiş E.Fətullayev Azərbaycanda destruktiv qüvvələr tərəfindən də ciddi-cəhdlə müdafiə olunmaqdadır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi keçmişinə, ərazi bütövlüyünə mənəvi zərbə vuran "Qarabağ gündəlikləri" ilə fəxr edən radikal müxalifət bundan siyasi məqsədləri üçün istifadə etməyə çalışır, E.Fətullayev anti-milli fəaliyyətinə qarşı barışmaz mövqedə dayanan ictimai xadimlərə qarşı hücuma başlayıb. Azərbaycan xalqını mənəvi terrora məruz qoyan E.Fətullayevin reablitasiyasına yönələn mübahisələr, ictimai fikri çaşdırmağa hesablanan siyasi gedişlər konkret məqsədlərə uyğun olaraq sürətlə icra olunmaqdadır.
Azərbaycan xalqının heysiyyətini siyasi predmetə çevirən erməni xüsusi xidmət orqanalarının nəzarətində olan çoxsaylı elektron nəşrlərdə E.Fətullayevin "fəaliyyəti" təqdir edilir. "Qarabağ gündəlikləri"ndə E.Fətullayev qondarma rejimin mövcud olduğu Dağlıq Qarabağda özünü "Azərbaycan mətbuatının stereotipdən" xilas edərək, erməni təsiri altına düşdüyünü, nəinki gizlətməyərək, Qarabağda olduğu ilk gündən bizim mətbuatı (Azərbaycan mətbuatını nəzərdə tutur- E.H) doldurmuş və insanlarımızın stereotip düşüncələrinə səbəb olmuş dezinformasiyanın bütün miqyasını dərk etdiyini bildirmişdir: "Gizlətməyəcəyəm, mən də bu stereotipin təsiri altında idim və özümü müşahidə edərkən, bu, mənə qəribə gəlirdi, dəqiq desəm, bizim jurnalistlər tərəfindən uydurulmuş miflər göz qabağında sabun köpüyü kimi dağılırdı".