“Möhtəşəm" mitinq keçirmək xülyası ilə yaşayan müxalifət
Son günlər Azərbaycanın bəzi radikal müxalifət partiyaları, əsasən də, "Azadlıq" blokunu dağıdan AXCP (i) və Müsavat partiyaları elə zənn etdilər ki, birlik nümayiş etdirəcəklər. Ancaq necə deyərlər, "qaş düzəltdikləri yerdə, vurub o biri gözü də çıxartdılar". İndi də bir ola bilməyən İsa ilə Əli qarşıdan gələn parlament seçkilərini boykot etməyi çıxış hesab edərək çağırışları daha da güclü halda səsləndirmək istəyir. Amma bu çağırışın heç bir effekt verməyəcəyini də bilirlər. Əgər müxalifət sivil mübarizə metodu olan seçkilərdə iştirak etmirsə (və ya iştirak etməyə cəsarət edə bilmirsə), onda niyə fəaliyyət göstərir? Ay bədbəxtlər, indi başqa zamandır, yolu ilə hərbi çevrilişlər və daha nə bilim, sizin həlləm-qələm oyunlarınızın zamanı çoxdan ölüb. Demokratik mübarizə vasitəsindən - seçkilərdən imtinaya, demək olar ki, heç bir partiya getmir, bundan sonra da da getməyəcək. Çünki bu halda, həmin partiya cəmiyyətdə ciddi qəbul oluna bilməz. Bir çox müxalifət partiyaları kənardan hay-həşir salırlar ki, "ən güclü bizik", "bizim lider ən nüfuzlusudur" və s. Amma seçkidə uduzacaqlarını bildiklərindən, ya meydandan qaçır, ya da səslərini kəsib dururlar bir kənarda, guya ki, boykot aksiyası keçirirlər.
"Müsavat partiyası parlament seçkilərini boykot etməyəcək" fikrini söyləyən Müsavat Ali Məclisinin sədri Sülhəddin Əkbər bildirir ki, Müsavat partiyası seçkilərin boykot olunmasına dair çağırışları yanlış və zərərli hesab edir. Onun sözlərinə görə, artıq cəmiyyətdə seçkilərə böyük inam var: "Belə olan halda, "boykot" çağırışına nə ehtiyac? Eyni zamanda, bu cəmiyyətə xeyir gətirmir və əhalinin onsuz da aşağı səviyyədə olan fəallığına zərbə vurur".
Bu arada millət vəkili Pənah Hüseynov maraqlı açıqlama ilə çıxış edib. Onun sözlrinə görə, əgər müxalifət qüvvələri maliyyə dəstəyi tapa bilsələr, bu il onların qələbə ili ola bilər. Maraqlı fərziyyədir, amma Pənah bəy bu maliyyə dəstəyinin məbləği və onun qaynağı haqda heç zad deməyib. Əvəzində bildirib ki, müxalifət qüvvələri ən qısa müddətə seçki strategiyası və taktikasını işləyib hazırlamalıdır: "Bizim 15-16 illik seçki təcrübəmiz var və konkret olaraq, seçkilərdə iştirak etmək istəyən qüvvələrin və onların namizədlərinin bir araya gəlməsi, indiki halda, Seçki Məcəlləsinin təkimilləşdirilməsi istiqamətində səylər, müxalifətin istər intellektual, istər maddi, istərsə də, siyasi resurslarının mobilizasiya edib birləşdirilməsi olduqca vacibdir. Təəssüf ki, bu istiqamətdə problemlər həll edilməmiş qalır və bəzi siyasi partiyalar, ümumiyyətlə, onu sonraya saxlayırlar".
P.Hüseynovun dediyinə görə, müxalifətdə elə qüvvələr var ki, onlar iqtidarla müxalifət arasında mübarizənin ciddi mərhələsi kimi 2010-cu ili hesab edirlər: "Öncəki seçkilərdə vəziyyət qələbəyə imkan vermədi. Ona görə də, hesab edirəm ki, vəziyyət daha da ciddiləşdirilməlidir. Sadəcə, mübarizə formaları bir qədər dəyişdirilməlidir, seçkidən-seçkiyə hazırlanmış strategiyadan əl çəkilməlidir və seçkinin özünə də strateji hədəf kimi baxılmalıdır. Əgər şans varsa, ortaya siyasi iradə qoyulmalıdır. Bu da ki..."