PDF Oxu

Müxalifət

  • 10

Əli Kərimovun kondisioner dərdi

Əli Kərimovun kondisioner dərdi
Son günlər AXCP (i)-nin qurultayının keçirilməsi ilə bağlı səslənən fikirlər bu və ya digər formada partiya üçün yeni problemlər yaratmaqdadır. Çünki düşərgə təmsilçiləri açıq şəkildə AXCP (i) sədri Əli Kərimovun əsas niyyətinin qurultay keçirmək olmadığını bildiriblər. Onlar bunun Ə.Kərimovun Müsavat partiyası ilə yaxınlaşma məsələsinə görə baş verdiyini bildirsələr də, problemin əsasında dayanan səbəbləri başqa mətləblərə gedib çıxır.
AXCP (i)-nin avqust ayının 21-də qurultayının keçirilməsi barədə bəyanat verən Ə.Kərimov sonradan bu fikirini geri götürmüş olub. Artıq onun bu cür formalı mövqe sərgiləməsi isə heç kəsdə təəccüb doğurmur. Tamamilə qərarsız və iltizamsız olan Ə.Kərimov üçün gündə bir dona girmək su içimi kimi bir şeydir. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, bu gün AXCP (i)-də bir başıpapaqlı qalmayıb ki, onun qulağından yapışıb qurultaya çağırasan. Bu faktı bir çox məqamlarda gizlətməyə çalışan AXCP (i) yetkililəri nəyi necə gizlətməyi belə bacarmadıqlarından, reallıq ortalıqdadır. Boşbağazlığından qalmayan, qurultay üçün yerin olmadığını və partiyasının qərargahsız qaldığını bildirən Ə.Kərimov, əslində, siyasət adı altında şəxsi ambisiyalarını reallığa çevirməyə çalışır. Onu üçün partiyanın qurultayı keçirildi-keçirilmədi, AXCP (i)-yə nə oldu, kimin başı kimin harasında qaldı bunların qəti şəkildə Ə.Kərimova dəxli yoxmuş kimi görünür. Ona görə də, bu gün müxalifət düşərgəsində olacaqlardan hələ də, heç kim baş çıxara bilmir.
Olan isə ondan ibarətdir ki, bir neçə gün öncə AXCP (i) təmsilçiləri partiyalarının qurultayını keçirmək məqsədilə müəyyən instansiyalara yer vermək üçün müraciət etdiklərini bildirmişlər. Nizami rayonu ərazisində fəaliyyət göstərən "Təbriz" kinoteatrında AXCP (i)-yə qurultay keçirmək üçün yerin təklif edilməsinə baxmayaraq, Ə.Kərimov yenə də, məsələdən qəmbərqulu çıxarmağa çalışıb. Onun gülüş doğuran iddiasına görə, təklif olunan zalda sərinləşdirici kondisionerlər olmadığından onlar orada qurultay keçirə bilməzlər. Görəsən, istidən harasının və nəyinin əriməsindən qorxuya düşən Ə.Kərimov belə bir "arqumentlə" çıxış edib? Yoxsa ömrü boyu gün görməmiş Əli üçün isti qarınağrısı yaradacaq? Amma ona məsləhət görərdik ki, qurultay-zad lazım deyil. Adam da, bir qurultaydan ötəri özünü istiyə verərmi? Tamam yaddan çıxmışdı. Bəlkə Ə.Kərimov zalda yaranacaq istiliyin müqabilində meydana çıxan tər qoxusunu götürmədiyindən belə danışıb? Maraqlıdır? Nə bilmək olar onun qarnının ağrısını?
Ə.Kərimovun "kondisionersiz zalda qurultay keçirmərəm" deməsi onun riyakarlığını, hətta öz partiyasına münasibətdə belə açıq şəkildə göstərmiş olur. Çünki onun üçün müəyyən bir çətinlik az qala ölüm kimi dəyərləndirilir. Zəif cinsin nümayəndəsi kimi diskomfort məkandan hiddətlənən Ə.Kərimovun içi üzü açıla-açıla gedir. Açılmayan isə onun bu günə qədar gizlətmiş olduğu xəbis xislətidir. Görəsən, bundan sonra radikal müxalifət düşərgəsində olanlardan daha hansı ilginc vəziyyət yaradacaq söhbətlər eşidiləcək?

Digər xəbərlər