PDF Oxu

Müxalifət

  • 4

Müsavat başqanı qüvvələr nisbətini öz xeyirinə dəyişməyə nail oldu

Müsavat başqanı qüvvələr nisbətini öz xeyirinə dəyişməyə nail oldu
Qarşıdan gələn parlament seçkiləri ərəfəsində radikal müxalifət yeniləşmə görüntüsü yaratmaq məqsədilə ictimai rəydə "konstruktiv əməkdaşlıq" və "sağlam siyasi rəqabət"də görən qüvvələr kimi təqdim olunmaqdadır. Seçkilərdə iştirak etmək üçün potensial imkanları olmayan müxalifət partiyalarının rəhbərləri bu mərhələdə müəyyən spekulyasiyalar etməklə, əslində, mövcudluqlarını göstərməyə çalışırlar. Cəmiyyətin siyasi birliyinə nail ola bilməyən radikal müxalifətin əsas qanadına çevrilən AXCP (i), Müsavat, "VİP", "MBH", ADP, AMİP, "KAXCP" siyasi prosesləri sivil məcraya yönəltmək imkanlarını düzgün istiqamətləndirməkdə aciz qalıb. Ötən seçki təcrübəsi göstərdi ki, imkanlarını böyük iddiaları ilə uzlaşdıra bilməyən və siyasi mübarizədə mühafizəkar metodlara üstünlük verən radikallar bununla da öz məğlubiyyətlərini şərtləndirdilər. Aparılan müşahidələr radikal müxalifət partiya rəhbərlərinin budəfəki seçkilərə də oxşar ssenari ilə qatılmaq niyyətlərinin olduğunu aşkara çıxarır. Belə bir şəraitdə İsa Qəmbərov, Əli Kərimov, Rəsul Quliyev, Lalə Hacıyeva, Əli Əliyev, Sərdar Cəlaloğlu, Mirmahmud Fəttayev kimi liderləri siyasi maraqlarına xidmət edir. Radikal müxalifətin fəaliyyəti proseslərin flaqmanı kimi görünmək istəyən İ.Qəmbərov və Ə. Kərimov arasında gündəmə gələn "siyasi müttəfiqlik" düşərgə daxilində yeni situasiya yaradıb. Mövsümi birlik modellərinin Azərbaycan müxalifətində müsbət təcrübəsinin olmadığı bu ideya yalnız konyuktur maraqlara hesablanıb. Xatırladaq ki, radikal müxalifət daxilində münaqişə yaratmaqda ad çıxaran Müsavat başqanı İ.Qəmbərovun Ə.Kərimovu "Azadlıq" blokundan çıxararaq öz tərəfinə çəkməsi gözlənilən idi. Ə. Kərimovu özünə təslim edən İ. Qəmbərovun vədlərinə boyun əyməyə məcbur olan AXCP (i)-nin gələcək taleyi İ. Qəmbərovun əlinə düşüb. Çünki bu məqsədlə İ.Qəmbərov dəfələrlə xəyanət etdiyi "KXCP" və AXCP (i) sədrləri ilə yeni bir blok ətrafında birləşmək təklifi ilə çıxış edib. Söhbət "KXCP", AXCP (i) və Müsavatın bir araya gələrək Elçibəy, yaxud da Rəsulzadə blokunu yaratmasından gedir. İ.Qəmbərov vaxtilə "KXCP" sədri sonra isə eyni ssenari ilə AXCP (i) sədri ilə müttəfiqlik edərək son məqamda onlara arxa çevirdi. Bununla bağlı, zamanında M.Fəttayev və Ə.Kərimov kifayət qədər İ.Qəmbərovun ünvanına sərt ittihamlar səsləndirdilər. 2005-ci il parlament seçkilərindən sonra İ.Qəmbərov-Ə.Kərimov arasında yaranan qarşıdurma bunun kulminasiya həddinə çatmışdı. Onlar istər seçki ərəfəsi, istərsə də seçkilərin gedişində qanunvericiliyə müvafiq fəaliyyət göstərmək əvəzinə, konyunktur maraqlarının girovuna düşərək nəticədə bir-birini məğlub edirlər. Siyasi maraqları naminə "şeytanla" belə, əməkdaşlığa getməyə hazır olduğunu dəfələrlə sübuta yetirən Müsavat başqanı müxalifətdəki qüvvələr nisbətini öz xeyirinə dəyişməyə və müəyyən siyasi dividendlər əldə etməyə çalışır. Seçkilərdə praqmatik, rasional proqramla çıxış edə bilməyən radikal müxalifət ölkədə təşviqat kampaniyasının təşkilini xarici qrantlar hesabına quraraq, ölkənin milli maraqların müəyyənləşdirməkdə aciz qalıb. Azərbaycan seçicisinin isə AXC-Müsavat hakimiyyəti dövründə tüğyan edən xaos, siyasi-iqtisadi böhranla bugünkü ictimai-siyasi sabitliyi, dinamik iqtisadi inkişafı müqayisə etmək imkanı olduğundan radikal müxalifətə inamın olmaması düşərgə daxilində siyasi münasibətlərin dərinləşməsinə mane olur, cəmiyyətin haqlı qınaq obyektinə çevrilir. Radikal müxalifət daxilində qarşılıqlı ittihamların son həddə çatması düşərgədə onsuz da dramatik vəziyyəti daha da gərginləşdirib. Vaxtilə eyni siyasi cərgədə addımlayan partiya rəhbərləri arasında fikir ayrılığının yaranması açıq müstəvidə qarşıdurmalara gətirib çıxarıb. 2005-ci ildə parlamentin işinə və təkrar seçkilərə qatıldığına görə "Azadlıq" blokundan kənarda saxlanılan Müsavata qarşı AXCP (i) və ADP rəhbərliyi tərəfindən başlanan savaş bu baxımdan diqqəti cəlb edirdi. Bu zaman ciddi hədəfə alınan İ.Qəmbərov müxalifətə xəyanət etməkdə günahlandırılırdı. Faktiki olaraq, seçkilərdəki uğursuzluqları ilə barışa bilməyən və bir vaxtlar ən sadiq silahdaş hesab etdiyi şəxsləri bu gün tənqid olunması təsadüfi deyildi. İndiki halda, konkret olaraq, xaricdən verilən tələblər əsasında fəaliyyət göstərən və radikalların uğursuzluğunu şərtləndirən amillər, dağıdıcı qüvvələrin vəziyyətini müəyyənləşdirir. Bununla yanaşı, AXCP (i) və Müsavatın xarici qüvvələrlə danışıqlara bərabər getməsi, digər radikal partiyaların seçki ilində vəziyyətini ağırlaşdırıb. Radikal müxalifət daxilində qarşılıqlı ittihamların və ziddiyyətlərin son vaxtlar daha da dərinləşməsi düşərgədə ciddi vəziyyətin hökm sürdüyünü deməyə əsas verir.

Digər xəbərlər