PDF Oxu

Müxalifət

  • 8

Əli Kərimovun quldur dəstəsi məhkəmə mühakiməsindən yayınmağa çalışır

Əli Kərimovun quldur dəstəsi məhkəmə mühakiməsindən yayınmağa çalışır
Müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin yaramazlardan və riyakarlardan ibarət dəstə olduğunu çoxsaylı faktlar sübut edib. Buraya onların terrorçuluq, təxribatçılıq və quldur dəstələri yaradaraq, istəklərini çirkin yollarla reallaşdırmağa çalışmalarını əlavə etsək, radikalların insani dəyərlərdən uzaq olan məxluqlar olduğunu söyləmək olar.
Maraq və diqqətçəkən məqam ondan ibarətdir ki, canlarına və qanlarına hopan bu tip anormal dəyərləri müxalifət bəzən qəbul etmək istəmir. Hər vəchlə təmiz, əqidəli məxluqlar olduğunu və bunu lazım gələrsə məhkəmə yolu ilə də sübut edə biləcəklərini iddia edirlər. Ancaq sözləri, əməli işə keçilməsi məsələsi ortaya çıxdıqda, radikallar sürüşkənliyə üstünlük verirlər. Buna misal olaraq elə AXCP (i) sədri Əli Kərimovun ifşa olunan quldur dəstəsinin üzvü Qabil Məmmədrzayevin keçirilməsi nəzərdə tutulan məhkəmə prosesində müxtəlif məzhəkələrin qurulmasını göstərmək olar. Ə.Kərimovun köməkçisi olan Q.Məmmədrzayevin özgəsinin əmlakını quldurluq yolu ilə ələ keçirmək cəhdinin qarşısı alındıqdan sonra AXCP (i) funksionerləri pis arvadlarsayağı bardaş qurub, qeybət xarakterli fikirlər səsləndirirdilər. Ə.Kərimovun özü "Azadlıq" radiostansiyasına verdiyi açıqlamasında köməkçisinin cinayət əməlində əlinin olmasına inanmadığını qeyd edib. Bildirib ki, onlar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə aparılacaq prosesdə onların haqlı olduğu üzə çıxacaq. Təbii ki, məhkəmə kimin haqlı, kimin haqsız olduğunu çoxsaylı araşdırmalardan sonra üzə çıxaran və bunun əsasında müvafiq qərar verən instansiyadır. Amma Ə.Kərimovun dəstə üzvünün müxtəlif məzhəkələr qurmaqla, məhkəmədən yayınmağa çalışması hüquqi prosedurlarda qeydə alınmayan məsələlərdəndir. Nədəndir ki, Ə.Kərimovun planına uyğun olaraq, Q.Məmmədrzayevin məhkəməsinin təxirə salınmasına səylər göstərilməsin. Ancaq bəlli olduğu kimi, məhkəmənin avqustun 3-dən müxtəlif bəhanə ilə 12-nə keçirilməsinə nail olan Ə.Kərimovun dəstəsi avqustun 18-də baş tutmalı olan məhkəməni ayın 31-nə qədər təxirə salınmasına nail olublar. Bəhanə isə ondan ibarətdir ki, guya vəkil Hüseyn Səfəroğlu məhkəməyə gəlməyib. Amma araşdırmalara görə, başlıca səbəb Ə.Kərimovun əməkdaşlıq etdiyi xarici maraqlı qüvvələrin məsələ ətrafında hay-küy yaratmaları ilə bağlı konkret tezislər əldə olunmayıb. Tezislər Ə.Kərimov tərəfindən əldə olunduqdan sonra hay-küylərin qaldırılması, beynəlxalq təşkilatlara donosların göndərilməsi geniş xarakter daşıyacaq. Ona qədər isə quldur dəstənin məhkəmənin təxirə salınması çıxış yolu hesab olunur. Amma Ə.Kərimovun hansı çirkin məqsəd planlaşdırmasına baxmayaraq, onun AXCP (i)-yə maliyyə yardımları əldə etməsində yararlandığı köməkçisi Q.Məmmədrzayevin rəhbərlik etdiyi dəstə məhkəmə qarşısında çoxsaylı qaranlıq suallara cavab verməli olacaq. Yəqin ki, bu halda Q.Məmmədrzayev cinayət yolu ilə əldə etdiyi pulları Ə.Kərimova necə verdiyini və ondan hansı təlimatlar aldığını açıq məhkəmə prosesində etiraf etmək məcburiyyətində qalacaq. 
Xatırlatmaq üçün bir daha yerinə düşər ki, istintaqın gəldiyi qənaətə görə, 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri Cavadxan küçəsi ev 36-da yerləşən 52 saylı mənzilindən quldurluq yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə cinayət işinə başlanılmışdır. Aparılmış ibtidai istintaq nəticəsində quldurluq cinayətinin Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlu tərəfindən törətmələri müəyyən edilmişdir.
29 noyabr 2009-cu il tarixdə  Məmmədrzayev Qabil Həsən oğlu şübhəli şəxs qismində tutulmuşdur. 30 noyabr 2009-cu il tarixdə Q.Məmmədrzayev təqsirləndirilən şəxs qismində həbs edilmiş və ona Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə ittiham elan edilmiş, 30 noyabr 2009-cu il tarixdə isə Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Digər xəbərlər